Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı
, Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir.
== Tarixi ==
Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür.
Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var.
Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.