ACINDAN KÖPÜK QUSMAQ
ACINDAN ÖLMƏK
OBASTAN VİKİ
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.
Google Fit
Google Fit — Android, Wear OS və iOS üçün Google tərəfindən hazırlanmış sağlamlıq izləmə platforması. Bu birdən çox proqram və cihazdan məlumatları birləşdirən tək API dəstidir. Google Fit istifadəçinin fiziki fəaliyyətlərini (məsələn, gəzinti, velosiped sürmək və s.) qeyd etmək üçün istifadəçinin fəaliyyət izləyicisindəki və ya mobil cihazındakı sensorlardan istifadə edir. Bu fəaliyyətin hərtərəfli görünüşünü təmin etmək üçün istifadəçinin qoyduğu məqsəd ilə müqayisə olunur. == Tarixi == Google Fit 25 iyun 2014-cü ildə Google I/O konfransında elan edildi. Google Fit üçün proqram təminatı tərtibat dəsti 7 avqust 2014-cü ildə yayımlandı. Fit 28 oktyabr 2014-cü ildə ictimaiyyətə təqdim edildi. 2018-ci ilin avqustunda Google Android Fit platformasına Amerika Ürək Assosiasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müxtəlif hədəflər əlavə etdi. Güncəlləmələr Fit-ə gəzintidən başqa digər fəaliyyətlər üçün ölçüləri daha yaxşı təmin etməyə kömək etmək və istifadəçilərin idman zalına getməsini tələb etmədən ürək döyüntüsünü artıracaq fəaliyyətlərlə məşğul olmağa təşviq etmək üçün nəzərdə tutulub. 2019-cu ilin aprelində Google iOS üçün Google Fit-i elan etdi.
Discovery Fit & Health
Discovery Fit & Health Discovery Communicationsun fitness və sağlamlığa həsr olunmuş yeni televiziya kanalı. Bu kanal Discovery Health və FitTV kanallarının birləşməsi nəticəsində yaradıldı.Kanal 1 fevral 2011-ci il tarixində yayıma başlamışdır.
Fit dağı qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Əl-qanun fit-tibb
“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب‎) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.