Demirören Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi.
== Tarixi ==
1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir.
== Məzmunu ==
Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.