alabuğa
alacadamaq
OBASTAN VİKİ
Alaca
Alaca (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Alaca (cins) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi.
Alaca (cins)
Alaca (lat. Zygaena) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi. == Təsviri == Orta ölçüyə malikdir. Ön qanadları iri və ləkəlidir. Göy və ya, yaşıl metal rəngində olurlar. Günün əsasən şəfəq saçarkən aktiv olurlar. Bəzi növləri isə gecə həyatı keçirir. Pupları qısa enlii formaya malik olurlar. == Sistematikası == == Ədəbiyyat == K. A. Efetov, W. G. Tremewan & G. M. Tarmann (eds). Proceedings of the 7th International Symposium on Zygaenidae.
Qoçhisar (Alaca)
Qoçhisar — Çorumun Alaca ilçəsinə aid kənd.
Alaca (Qars)
Alaca — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 380 nəfərdir (2022).
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Cəsur ürək gəlini alacaq (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Tamara alacası
Tamara alacası (lat. Zygaena tamara) — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür. Qanadları açılmış halda 25-30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır. Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları. Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları.
Alacahöyük
Alacahöyük - Çorumun Alaca rayonundan 15 km şimal-qərbdə, Alacahüyük kəndində yerləşən abidədir. Bu abidədə dörd müxtəlif mədəni mərhələyə aid 15 tikinti qatı müəyyən edilmişdir. == Məskunlaşma == Arxeoloji qazıntılar və araşdırmalar nəticəsində əldə edilən arxeoloji tapıntılara əsasən Alacahöyük sakinlərinin yanğından sonra yaşayış məntəqəsini tərk etmədiyi bəlli olmuşdur. Onların mərhumlarını eyni qəbiristanlıqdakı (nekropoldakı) D, H, B və R qəbirlərində hoker və ya cenin vəziyyətində dəfn etdiyi müəyyən edilib. Ən qədim və ən yeni yaşayış məskəninin qəbir formalarında heç bir dəyişiklik izlənilmir. Yanğından əvvəl və sonrakı qəbir tapıntıları da fərqli bir mədəni prosesi əks etdirmir. == Dövrləşmə == Erkən Tunc və Het dövrlərində çox əhəmiyyətli sənət mərkəzi olan Alacahöyükdə dörd sivilizasiya dövrü aşkar edilmişdir. Alacahöyük arxeoloji tədqiqatlarında ilk tapıntılar e.ə. 3500-cü ilə aid olsa da, bəzi tapıntılar tarixi daha 1500 il əvvələ aparır və abidənin eramızdan əvvəl 5000-ci ilə aid olduğunu göstərir. Orta Anadoluda təxminən eramızdan əvvəl 1750-ci ilə qədər davam edən Hatti Dövrü Hetlərin Anadoluya gələrək krallıq qurması ilə sona çatmışdır.

Digər lüğətlərdə