Tamara alacası
Tamara alacası (lat. Zygaena tamara) — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür.
Qanadları açılmış halda 25-30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır.
Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları.
Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları.