ALİ-RƏSUL

peyğəmbər övladı, peyğəmbər nəsli, ali-nəbi, ali-kisa.
ALİ-NƏBİ
ALİHƏ
OBASTAN VİKİ
Kadam Rəsul
Qadam-e-Rəsul (ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidiətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Qadam Rəsul
Qadam-e-Rəsul (ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidiətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Rəsul (Uçalı)
Rəsul (başq. Рәсүл, rus. Расулево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Rəsul Balayev
Rəsul Ənvər oğlu Balayev (2 avqust, 1956)— iqtisad elmləri doktoru, professor. Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. 1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfaтı İnstitutunda oxumuş, institutu "İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1981-ci illərdə Ümumittifaq Elmi-Тədqiqat Layihə-Тexnoloji İnstitutunun Azərbaycan filialında işləmişdir. 1981-1984-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2001-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXТİ-də elmi işçi, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. Hazırda həmin universitetin professoru və "İnformatika" kafedrasının müdir əvəzidir. 4 monoqrafiyanın, bir neçə dərslik,dərs vəsaiti, kitabçanın, ölkədə və xaricdə çap olunmuş 80-dən artıq (cəmi 100 çap vərəqindən artıq həcmdə) elmi məqalənin müəllifidir.
Rəsul Bayram
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Cəfərov
Rəsul Cəfərov (17 avqust 1984, Bakı) – azərbaycanlı hüquq müdafiəçisi. Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi. O, Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham olundu və 2015-ci il aprelin 16-da 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Rəsul Cəfərovun həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən Azərbaycan iqtidarına, onun azad edilməsi üçün çağırışlar edilməyə başlanıldı. "Freedom House" və "Amnesty International" insan haqları qurumları Rəsul Cəfərovu siyasi məhbus olaraq tanıdı. ABŞ-nin Azərbaycan Səfirliyi və Dövlət Departamenti, habelə Avropa Şurası Parlament Assambleyası (AŞPA), "Amnesty International", "Freedom House" və "Human Rights Watch" Azərbaycan iqtidarına Rəsul Cəfərovun azad edilməsi üçün dəfələrlə çağırışlar etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə əfv edildi. Rəsul Ağahəsən oğlu Cəfərov 1984-cü il avqustun 17-də Bakı şəhərində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhərində 20 №-li məktəb-liseyi bitirən Rəsul Cəfərov, 2000–2004-cü illərdə Qərb Universitetində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr təhsili, 2004–2006-cı illərdə isə həmin universitetdə "Avropa hüququ" ixtisası üzrə magistr təhsili alıb. 2006–2007-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olan Rəsul Cəfərov, 2018-ci ildə Mərkəzi Avropa Universitetində (CEU) "Konstitusiya hüququ" üzrə magistr təhsili alıb.
Rəsul Həmzətov
Rəsul Həmzətoviç Həmzətov (8 sentyabr 1923, Sada[d], Dağıstan MSSR – 3 noyabr 2003, Moskva) — tanınmış avar şairi, yazıçısı, publisisti və siyasi xadimi. Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləmişdir. 1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur.
Rəsul Mirhəşimli
Rəsul Mirhəşimli (1968, Qubadlı rayonu) — müxbir, redaktor, araşdırmaçı-jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Birinci Qarabağ müharibəsi iştirakçısı. Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda anadan olub. 1985-ci ildə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbi bitirib. 1986–88-ci illərdə sovet ordusu sıralarına hərbi xidmətdə olub. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında Qubadlı rayonunun müdafiəsində, Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib. 1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. Jurnalistlik fəaliyyəti zamanı Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında müxbir, parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində işləyib. "Qafqazinfo" saytında çalışıb. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şöbə müdirinin müavini vəzifəsində işləyib.
Rəsul Mirzayev
Rəsul Mirzayev (30 mart 1986, Qızılyar, Dağıstan MSSR) - əslən Dağıstanlı rus MMA döyüşçüsü. 1986-cı ildə Dağıstanın Qızlar şəhərində anadan olmuşdur. Dəfələrlə Pankration və Döyüş Sambosu üzrə Rusiya və beynəlxalq yarışların qalibi həmçinin Qarışıq döyüş sənəti (MMA) üzrə keçirdiyi döyüşlərdə məğlub olmamışdır. 13 avqust 2011-ci ildə "QARAJ" adlanan klubda Rusiya Polis Akademiyasının tələbəsi olan İvan Aqofonov və Rəsul Mirzayev arasında baş vermiş kiçik mübahisə sonradan ikincinin boksda "bakavoya"(yandan zərbə) adlandırılan zərbə ilə İvanın çənə nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnmişdir. Boyu 190 sm olan İvan Aqofonov aldığı zəbədən yerə sərilmiş, nakaulta düşmüş bir qədər sonra isə ətrafdakıların və dostlarının köməyi ilə özünə gəlmiş və yaxınlığdakı 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin diaqnozuna görə zərərçəkmiş baş-beyin travması almışdır. Bir müddət həkim nəzarətində müalicə alan İvan onların səyinə baxmayaraq 18 avqust gecəsi düşdüyü komadan ayılmamış və vəfat etmişdir. Bu hadisədən sonra şübhəli qismində saxlanılan Mirzayev məhkəmənin qərarı "Ehtiyatsızlıqdan ölümə səbəb olma (RF CM 109-cu maddəsi)" maddəsinə əsasən 15 il müddətə azadlıqdan məhrum edilir və 100.000 rubl cərimə edilir. 27 noyabr 2012-ci ildə yenidən ekspertiza təşkil edildi və bu həbs qərarına bir daha baxıldı və bəzi qaranlıq məqamlara aydınlıq gəlir və iki il təcdirxana həyatı yaşayan Mirzayev 21 yanvar 2013-cü ildə sərbəst buraxılır.
Rəsul Qazımətov
Rəsul Quliyev
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Rza
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910, Göyçay – 1 aprel 1981, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir: Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış.
Rəsul Rzayev
Rəsul Rəsulzadə
Rəsul Rəsulzadə — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu. Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb".
Rəsul Sultanov
Rəsul Sultanov Hacı oğlu (1899, İlisu, Zaqatala dairəsi – 1970) — coğrafiya elmləri doktoru. R.H.Sultanov Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində doğulmuşdur. 1924–1929-cu illərdə indiki Neft Akademiyasının tələbəsi olmuşdur. 1939-cu ildə həmin Ali təhsil müəssisəsinin aspiranturasını bitirmişdir. Qafqazın ön dağlıq hissəsinin tufagen-vulkanik süxurlarının yaşı" mövzusunda, namizədlik 1955-ci ildə isə "Böyük Qafqazın Cənub yamacının tektonik və geomorfoloji quruluşu (faydalı qazıntı yataqlarının aşkar edilməsi ilə əlaqədar)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1930–1937-ci illərdə Respublika geoloji kəşfiyyat idarəsində goloji partiya rəisi, 1937–1950-ci illərdə Azərbaycan EA Geologiya institutunun böyük elmi işçisi, 1950–1952-ci illərdə Azərbaycan Pedaqoji institutunda dosent, 1952–1955-ci illərdə kafedra müdiri, 1955–1958-ci illərdə BDU-nun geologiya fakultəsində dosent vəzifəsində işləmişdir. 1958–1970-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda paleocoğrafiya şöbəsinin müdiri olmuşdur. 1946-cı ildə Azərbaycanda fosforit yatağının tapılması münasibətilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan ərazisində dördüncü dövr paleocoğrafi təkamülün elmi araşdırılması ilə ilk dəfə o məşğul olmuşdur. Bu sahədə bir neçə silsilə elmi əsərlərin müəllifi olmuşdur.
Rəsul Süleymanlı
Rəsul Süleymanov
Rəsul Təvəkkül oğlu Süleymanov — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovik-leytenantı olan Rəsul Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Rəsul Tağıyev
Rəsul Afiq oğlu Tağıyev (18 avqust 1976) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətlə işlər üzrə rəis müavini, Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, Vətən müharibəsi iştirakçısı. Rəsul Tağıyev 1976-cı il avqustun 18-də Azərbaycan SSR-də anadan olub. Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib — biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamına əsasən kapitan Rəsul Tağıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2005-ci il tarixli Sərəncamına əsasən mayor Rəsul Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Rəsul Tağıyev "İgidliyə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli 2274 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2018-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Rəsul Xətibi
Rəsul Xətibi Sentyabr.22 1978 də İranının Təbriz şəhərində anadan olub. O indi bir peşəkar futbolçudur və Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Rəsul Çunayev
Rəsul Abakar oğlu Çunayev (7 yanvar 1991; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rəsul Çunayev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Rəsul Çunayev həmçinin 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalını qazanıb. Rəsul Çunayev həmçinin 2014 və 2018-ci illərdə Avropa Çempionatının gümüş medallarına sahib oldu. 2013-cü ildə o, Kazan Universiadasının da qalibi olub. Rəsul Çunayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Karyerası ərzində 37 beynəlxalq yarışa qatılan Rəsul Çunayev onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanıb. Rəsul Çunayev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir. Rəsul Abakar oğlu Çunayev 1991-ci il yanvarın 7-də Balakən rayonunun Yeni Şərif kəndində anadan olub.
Rəsul İbrahimov
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəsul İlyasov
Rəsul Şahverdiyev
Rəsul Səlimov
Rəsul Səlimov (26 dekabr 1981) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. Karyerasının birinci uğuruna Rəsul Səlimov 1998-ci ilin noyabrında imza atdı. Rumıniyanın Buxarest şəhərində baş tutan U-20 Avropa Çempionatında Rəsul Səlimov turnirin bürünc medalına sahib oldu. Bir il sonra, 1999-cu ilin mayında isə Rəsul Səlimov Bratislava şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ilin noyabrında Rəsul Səlimov həm də İtaliyanın Roma şəhərində baş tutan U-20 Avropa Çempionatında növbəti dəfə bürünc medala sahib oldu. 2000-ci ilin mayında Rəsul Səlimov Polşanın Vrotslav şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ildə Rəsul Səlimov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Rəsul Səlimovun olimpiadanın 1/16 final mərhələsində rəqibi Çili nümayəndəsi Qabriel Lama oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kanada cüdoçusu Keyt Morqan oldu.