Rəsul Kamaləddin oğlu Qazımətov (14 iyun 2001; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəsul Qazımətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qusar rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Rəsul Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub.[1] Milliyyətcə ləzgi idi. 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Hadrutun azad edilməsi zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edən Rəsul Qazımətov, Ermənistan tərəfinin atdığı sonuncu, dördüncü güllənin başına dəyməsi nəticəsində şəhid olub. Bir həftə nəşi neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]