aman

is. 1) aman m ; 2) grâce f ; pitié f ; 3) sécurité f ; ~ vermək faire grâce ; accorder une grâce ; ~ istəmək demander l’aman ; solliciter la grâce ; ~ı kəsilmək 1) être à bout de force (taqətdən düşmək) ; être épuisé, -e (gücdən düşmək) ; être accablé, -e ; n’en pouvoir plus ; 2) être obligé, -e de faire qch (forcé, -e de ; réduit, -e à faire qch) ; ~ evi abri m ; Aman Allah! Oh, Mon Dieu!

amalqamlaşdırmaq
aman-aman
OBASTAN VİKİ
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. == Həyatı == Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Teodor Aman
Teodor Aman (20 mart 1831[…], Kımpulunq – 19 avqust 1891[…], Buxarest) — rumın rəssamı, çap ustası və professoru.
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. == Tarixçə == Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. == Dağılması == Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
Sent-Aman-Monron (rayon)
Sent-Aman-Monron (fr. Saint-Amand-Montrond) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şer (departament). Suprefektura — Sent-Aman-Monron. Rayon əhalisi 2006-cı ildə 67 468 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 2670 km².
Sent-Aman-de-Kot
Sent-Aman-de-Kot (fr. Saint-Amans-des-Cots, oks. Sant Amanç) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12209. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 39 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 773 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 411 nəfər (15-64 yaş) arasında 308 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 74.9%, 1999-cu ildə 64.3%) idi.
Sent-Aman-de-Kot (kanton)
Sent-Aman-de-Kot (fr. Rignac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1230. Sent-Aman-de-Kot kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Sent-Aman-de-Kot kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 228 nəfər təşkil edirdi.
Akira Amano
Akira Amano (天野 明, Amano Akira, d. 1973) – "Reborn!" şonen manqa seriyasına görə tanınan qadın manqaka. "Reborn!" manqasının ilk versiyaları seynen manqası jurnallarında nəşr olunurdu. 2003-cü ilin sonunda manqanın qısa hekayəsi "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur. Qısa hekayənin uğurundan sonra seriya 2004-cü ilin ortalarında jurnalda nəşr olunmağa başlamışdır. Manqa əsasında anime, 5 ranobe, video oyunlar istehsal olunmuşdur. Nikkei Entertainment ən uğurlu manqakalar siyahısında Akiranı 12-ci yerdə göstərmişdir. == İşləri == Shōnen Spin Neppuu Yakyuu Densetsu Picchan Petit Petit Rabbit (ぷちぷちラビィ, Puchi Puchi Rabii) (2000, Bessatsu Young Magazine və Young Magazine jurnallarında nəşr olunub) Monkey Business Bakuhatsu HAWK!! Reborn!
Almaz Amanova
Almaz Hüseyn qızı Amanova (28 noyabr 1965, Sumqayıt) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb. Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s. Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç. Aytmatov), Şiranə ("Burlaxatun" N. Xəzri), Rəqqasə ("Aydın" C. Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C. Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B. Vahabzadə), Arikiya ("Fedra" J. Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H. Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H. Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ. Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Həyat ("İkinci səs" B. Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu), Zəhra ("Vəsiyyət", Hüseynbala Mirələmov). Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Amanda O (teleserial, 2008)
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Amanda Oliveyra
Amanda Oliveyra (d. 6 yanvar 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Amanda Oliveyra, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Amangildə
Amangildə (Uçalı)
Amangildə (Uçalı)
Amangilde (başq. Амангилде, rus. Амангильдино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 65 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Amangildə (Əbyəlil)
Amangildə kəndi (başq. Амангилде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildə kənd sovetliyinə daxil olan kənd. == Əhali == 1 yanvar 2009-cu il məlimatına görə kənddə 779 nəfər yaşayır. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Abdulqazi kənd ərazisin milli tərkibi: başqırdlar — 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 77 km. == Adının etimalogiyası == Kəndin adı Amangildə adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Amangəldi İmanov
Amangəldi İmanov (qaz. Аманкелді Үдербайұлы İmanov; d. 3 aprel 1873 – ö. 18 may 1919) — Qazaxıstanda qazax xalqının milli-azadlıq üsyanın təşkilatçısı və fəal iştirakçısı, kommunist, inqilabçı. == Həyatı == 1873-ci il aprelin 3-də Qazaxıstanda kasıb ailədə anadan olub. 1916-cı ildə Turqay vila­yətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslarda əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Amangəldi İma­nov 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.
Amankənd
Amankənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Amankənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor. === Şəhidləri === Babayev Rauf Əzizağa oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini. Kərimov Eyvaz Əzizağa oğlu (1975-1994) — Birinci Qarabağ müharibəsi şəhidi.
Amankənd bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Amanlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Amanoa
Amanoa (lat. Amanoa) — malpigiyaçiçəklilər sırasının fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Amanoa anomala
Amanoa anomala (lat. Amanoa anomala) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Amanoa bracteosa
Amanoa bracteosa (lat. Amanoa bracteosa) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Amanoa strobilacea
Amanoa strobilacea (lat. Amanoa strobilacea) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Amanos dağları
Nur və ya Amanos (türk. Nur Dağları, Amanos Dağları) — Türkiyədə sıra dağlar.
Amanoxasidate
Amanoxasidate yap. 天橋立 - dil olaraq Yaponiyanın Kioto prefekturası ərazisində yerləşir. Yaponiyanın üç məşhur mənzərəsindən biridir. Amanoxasidate iki sahili birləşdirir və Miyadzu körfəzi ilə laqunu ayırır. Dilin uzunluğu 3,3 km təşkil edir. Buradan dağlara gözəl mənzərə açılır. Dil turistləri və fotoqrafları özünə cəlb edir. Dil iki sahili tam birləşdirmir. Onun sonunda açılan körpü vardır. Cənub qutaracağına yaxın buddist məbədi olan Tion-Dzi yerləşir.
Amansız qatillər (film, 1994)
Amansız qatillər — rejissor Oliver Stounun 1994-cü ildə çəkdiyi film. Əsas rolları Vudi Harrelson, Culyett Lyuis, Robert Dauni-kiçik və Tommi Li Cons ifa edirlər. == Məzmun == Film uşaqlıq travmasına məruz qalmış iki psixopat sevgilinin əhvalatıdır. Onların serial qətlləri KİV tərəfindən işıqlandırıldıqca onlar bütün ölkədə məşhurlaşırlar.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Amanzimtoti çayı
Amanzimtoti çayı (həmçinin Manzimtoti kimi də tanınır), Cənubi Afrikanın KvaZulu-Natal əyalətində Adams Misyon adlı şəhərin şimal-qərbindəki qısa bir çaydır və Cənubi Afrikanın Amanzimtoti şəhərindən keçir. == Etimologiyası == Zulu Kralı Şaka deyilənə görə bu çayın suyundan içdikdən sonra onu "Kanti amanzi mtoti" ,yəni "Şirin su" adlandırdı və vu ad ingilis dilçiləri bu çayı Amanzimtoti adlandırmağa başladılar. Lakin isizulu dilində şirin mənasına gələn söz mnandi Şakanın anasının adına bənzədiyindən o 'toti' kəlməsini istifadə etməyi daha uyğun hesab etdi. Həmçinin çayın adı ilə daha bir etimologiyada var. Bu, isiZulu sözü olan 'udoti'-dən 'toti' yaranmasıdır ki, bu söz də "Kirkli su" mənasını verir. == Tarixi == Çay əvvəllər bataqlıqlarla əhatə olunmuşdur, lakin daha sonra şəhərinərazisin genişləndirilmə və zibillərin atılması üçün bu bataqlıqlar dolduruldu.İndi bu zibilliklərin üstü örtülmüş idman meydançalarına çevrilmişdir. Çay indi İlanda Vilds təbiət qorğunun bir hissəsi tərəfindən əhatə olunmuşdur.Çay və əhatə etdiyi ərazi indi bir sıra nəsli tükənməkdə olan heyvanlara ev sahibliyi edir və çayın yerləşdiyi ərazinin kiçikliyi nəzərə alınarsa, həddən artıq bio müxtəlifliyə sahibdir.

Digər lüğətlərdə