APOSTROF
APREL
OBASTAN VİKİ
Appendisit
Appendisit (lat. appendicitis) — kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının irinli iltihabı) və qanqrenoz (divar qişalarının hamısının ölməsindən tutmuş bəzən onun deşilməsinə – qanqrenoz-perforativ Appendisitədək) Appendisitlər var. Xəstəlik inkişaf etdikcə sağ qalça çuxurunda periton iltihab prosesinə cəlb olunur və yerli, sonra isə yayılmış peritonit baş verir. Orqanizmin müdafiə qüvvəsi yaxşı olduqda iltihabi proses məhdudlaşır (məs., böyük piyliklə, nazik bağırsaq ilgəklərilə) və infiltrat formalaşır. O isə sonradan absesə (irinliyə) çevrilə bilər.

Digər lüğətlərdə