arçi

arçi
arçan
arçilər
OBASTAN VİKİ
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
Arçil Cordcadze
Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 21 mart 1913, Batum) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri. == Həyatı == Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə Paris və London universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.
Arçil Gelovani
Arçil Viktoroviç Gelovani (gürc. არჩილ გელოვანი , rus. Арчил Викторович Геловани; 27 noyabr 1915 – 19 avqust 1978, Moskva) — sovet zabiti, sonra Mühəndis Qoşunlarının Marşalı, II Dünya Müharibəsi zamanı və ondan sonra istehkam, hərbi infrastruktur və logistika üzrə məsul. Ona İkinci Dünya Müharibəsi zamanı və ondan sonra bir neçə dəfə strateji əhəmiyyətli ərazilərin, o cümlədən bütün Qara dəniz limanlarının möhkəmləndirilməsi və yenidən qurulması tapşırılıb. O, ilk növbədə hərbi mühəndislik və müdafiə strategiyası vəzifələrində, o cümlədən müdafiə nazirinin müavini vəzifəsində çalışıb və Soyuq Müharibə dövründə Sovet silahlı qüvvələrinin və strateji raket qüvvələrinin struktur inkişafında böyük rol oynayıb. Gürcüstanın paytaxtı Tbilisidə prospektə və Sevastopol şəhərində bir küçəyə marşal Gelovaninin adı verilib. == Erkən həyat == Gelovani 27 noyabr 1915-ci ildə Gürcüstanın Tsageri bələdiyyəsinin Spataqori kəndində anadan olub. Qafqazda mühəndis Viktor Gelovani kimi tanınan atası tif xəstəliyindən öləndə onun hələ altı yaşı yox idi. Yetim, yaşamağı və büyüməyi çətin yoldan öyrənmək məcburiyyətində qaldı. Ancaq bu, gənci sındırmaq yerinə, onun xarakterini gücləndirməyə kömək etdi.
Arçil Qomiaşvili
Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966). == Həyatı == Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur. 1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır. Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir.
Arçin dili
Arçin dili — arçinlərin dili. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi yayılmış dil. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma). Arçin dili ləzgi dillərindən biridir. Dialektləri yoxdur. == Ədəbiyyat == Дирр А. М. Арчинский язык // Сборник материалов для описания местностей племён Кавказа. В. 39. Тифлис, 1908; Микаилов К. Ш. Арчинский язык. (Грамматический очерк с текстами и словарём).
Arçinlər
Arçinlər (arç. аршишттиб, arşishttib, rus. арчинцы, arçinsı) – Rusiyada, Cənubi Dağıstanın səkkiz kəndində yaşayan etnik qrupdur. Arçib bunların içərisindəki əsas kənd hesab olunur, çünki ilin üç ayı arçinlər kommunal işlə məşğul olmaq üçün Arçibdə toplaşırdı. Onların mədəniyyəti Dağıstanın bütün mədəniyyətləri içərisində ən fərqli və ən yaxşı qorunanlardan birisidir. Arçilərin cəmi 1200 nəfər əhalisi var və öz dillərində danışırlar. Onların yaşayış yeri Qafqaz sıra dağlarının ərazisindəki Qara-Göysu hövzəsində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir. == Tarixi == Arçin xalqının mənşəyi məlum deyil. Onların adı ilk dəfə 13-cü və ya 14-cü əsrdə Məhəmməd Rəfinin Şirvandan yazdığı tarixi salnamələrdə qeyd edilmişdir. Avar icması olan Dursax (və ya Rissib) bir hissəsi idilər və zaman-zaman Qazıqumux xanlığına xərac verirdilər.
Cüzeppe Arçimboldo
Cüzeppe Arçimboldo (it. Giuseppe Arcimboldo) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis. Arçimboldo əsasən insan təsvirlərini meyvə, tərəvəz, heyvan və kitab kimi xüsusiyyətlərin üzərində təsvir etməklə tanınır. İkili məna daşıyan bu əsərlər, XX əsrdə başda Salvador Dali olmaqla bir çox rəssamın fəaliyyətinə təsir etmişdir. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. == Həyatı == Cüzeppe Arçimboldo 1527-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Həmin dövrdə Milan, eyni adlı hersoqluğun mədəni və siyasi mərkəzi idi. Arçimboldonun ilk önəmlini işini atası ilə birlikdə Milan kafedralının restavrasiyası zamanı görmüşdür. Atasının ölümündən sonra rəssam bu işi tək başına görməyə davam edir.