Apis (Arqos padşahı)
Apis (q.yun. Ἄπις) — qədim yunan mifologiyasındakı personaj, Fonorey və Teledikanın oğlu, Arqosun üçüncü padşahı. Peloponnes Apiya onun adınadır. Apiya padşahı (və ya Sikion padşahı) olmuşdur. Arqos versiyasına görə, o, Telxion və Telxinin sui-qəsdinə məruz qalmışdır. Uşaqsız idi. O, tanrılar arasında sayıldı və Serapis adını almışdır. Başqa bir versiyaya görə, o, gəmilərlə Misirə getmiş və Serapis olmuşdur. Arkadiya versiyasına görə, o, təsadüfən Etol tərəfindən öldürülmüşdür.
Sikion versiyasına görə, Apis Sikionun dördüncü padşahı, Telxinin oğlu və Telksonun atasıdır.