Aspidiotus nerii
Aspidiotus nerii (lat. Aspidiotus nerii) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin diaspididae fəsiləsinin aspidiotus cinsinə aid heyvan növü.
== Xarici quruluşu ==
Çanağı az və ya çox dərəcədə dəyirmidir, yastıdır, nazikdir. Cavan fərdlər də əksərən ağ rənglidir, yaşlılarda açıq qəhvəyi rənglidir, qıraqlar daha açıq rənglidir. Sürfə çanaqcığı sarıdır, çanağın mərkəzində yerləşir. Dişi fərdin çanaqdaxili bədəni açıq-sarı rənglidir. Bədən yumurtavaridir, qabıq zəif surətdə xitinləşmişdir. Erkəyin nimfal çanağı ovaldır, uzunsovdur, ağdır, sürfə çanaqcığı sarımtıl rənglidir.
== Həyat tərzi ==
Polifaqdır. Palma, plyuş, şümşad, zeytun, yukka, asparaqus, legistrum, akasiya, oleandr, adi dəfnə bitkilərinin müxtəlif orqanları üzərində yaşadığı müəyyənləşdirilmişdir.