Oğlaq (astrologiya)
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər.
Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları.
Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar.
Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit.
Metalları: qurğuşun.
Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq.
Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə.
Tilsimləri: qara pişik, şeytan.