avara-yüngül 2021

avara-yüngül
avara-sərgərdan
avaraçılıq
OBASTAN VİKİ
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. == Tarixi == İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül aviadaşıyıcı
Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər. Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər. Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar.İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Avara (film, 1951)
"Avara" (hind आवारा) — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi. == Məzmun == Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir. Rac təsadüfən bilir ki, Caqqa onun atasının anasını evdən qovmasına səbəbkar olub.
Avara illər (kitab)
Avara illər - Orxan Kamalın yazdığı və 1950-ci ildə nəşr olunan roman. Müəllif romanı 1949-cu ildə yazıb. Roman Orhan Kamalın "Kiçik Adamın Qeydləri" adı altında toplanıb. Seriyanın digər kitabları Ata evi (roman), Cəmilə (roman) və Dünya Evi (türk.) idi. == Məzmun == Avara illər, xalqına inanan bir yazıçının dili ilə desək, çətin uşaqlıqdan sonra yetkinliyə keçid zamanı şəxsiyyətin həqiqəti tapmaq mübarizəsindəki qorxularını, qaçışlarını, xatirələrini əks etdirən romandır. Ata evi (roman)dan sonra ədəbiyyatımızda “insan məsələsini” hər yönüylə ən yaxşı qələmə verən yazarlardan biri olan Orxan Kamalın qələmə aldığı “Boş illər” həm də bir maarifçilik romanıdır...
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. == Qısa məlumatlar == Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company LimitedSavage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. == Tekstil sənayesi == Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı. Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Avara aşiq (film, 1993)
== Məzmun == Quldurlar tərəfindən gənc taksi sürücüsü və onun arvadı həlak olur. Onların oğulu Cimi, dələduzlarla dostluq edir və yalan hesabına yaşayır. Böyük qaçaqmalçıya aid olan qızıl oğurlayır. Cimi Polislərdən qaçmağa məcbur olur. O, Bir vaxtlar Atası xilas etdiyi və həlak olduğu şəxsin evinə düşür. Hadisədən Ciminin xəbəri olmur. Cimi özünü ABŞ-dən gəlmiş ev sahibinin qızının adaxlısı kimi aparır. Sonda Cimi Quldurlardan qisasını alır.
Xanım və Avara (film, 1955)
Xanım və avara (ing. Lady and the Tramp) — 1955-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 15-ci cizgi filmi. İlk nümayişi 22 iyun 1955-ci ildə təqdimatı olmuşdur. Uord Qrinin eyniadlı romanının ekranlaşdırmasıdır. 27 fevral 2001-ci ildə Disney studiyası filmin sikvelini - "Xanım və Avara 2: Yaramazın sərgüzəştləri" (Lady and the Tramp II: Scamp's Adventure) cizgi filmini təqdim etmişdir. 28 fevral 2006-cı ildə "Xanım və avara" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2012-cü ildə "Xanım və avara" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Barbara Laddi - Xanım Peggi Li - Darlinq, Si, Am, Peq Larri Roberts - Avara Bill Tompson - Cok, Co, Bulldoq, Datçsi, Polismen Bill Byukom - Trasti Sten Freberq - beaver Verna Felton - Sara xala Alan Rid - Boris Törl Reyvenskroft - Alliqator Al Corc Civot - Toni Dallas Mak-Kennon - Togi, Pedro, Professor, Hayena Li Millar - Cim Diər, İt ovçusu Mellomen - Xorus (it) == Xarici keçidlər == Rəsmi sayt Xanım və avara — Internet Movie Database saytında.
Azər Əhmədov (yüngül atlet)
Azər Əhmədov — Azərbaycanlı yüngül atletdir. Azərbaycanı 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Azər Əhmədov 28 fevral 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 2004-cü ildən yüngül atletika ilə məşğul olur. Azər Əhmədovun şəxsi məşqçisi Ziyad Xalfayevdir. == Karyerası == Azər Əhmədov birinci uğurunu 2015-ci ildə qazandı. O Azərbaycan Çempionatında hündürlüyə tullanmada 1-ci yeri tutaraq qızıl medal qazandı. 2015-ci ildə isə Azər Əhmədov Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında iştirak etdi. Hündürlüyə tullanmada Azər Əhmədov 2.08 nəticə göstərdi və 13 idmançı arasında 7-ci yeri tutdu.
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT-76-nin surətidir. WZ211 olaraq da tanınır.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Xanım və Avara (cizgi filmi, 1955)
Xanım və avara (ing. Lady and the Tramp) — 1955-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 15-ci cizgi filmi. İlk nümayişi 22 iyun 1955-ci ildə təqdimatı olmuşdur. Uord Qrinin eyniadlı romanının ekranlaşdırmasıdır. 27 fevral 2001-ci ildə Disney studiyası filmin sikvelini - "Xanım və Avara 2: Yaramazın sərgüzəştləri" (Lady and the Tramp II: Scamp's Adventure) cizgi filmini təqdim etmişdir. 28 fevral 2006-cı ildə "Xanım və avara" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2012-cü ildə "Xanım və avara" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Barbara Laddi - Xanım Peggi Li - Darlinq, Si, Am, Peq Larri Roberts - Avara Bill Tompson - Cok, Co, Bulldoq, Datçsi, Polismen Bill Byukom - Trasti Sten Freberq - beaver Verna Felton - Sara xala Alan Rid - Boris Törl Reyvenskroft - Alliqator Al Corc Civot - Toni Dallas Mak-Kennon - Togi, Pedro, Professor, Hayena Li Millar - Cim Diər, İt ovçusu Mellomen - Xorus (it) == Xarici keçidlər == Rəsmi sayt Xanım və avara — Internet Movie Database saytında.
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (ing. Lady and the Tramp II: Scamp's Adventure) — 2001-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 27 fevral 2001-ci ildə təqdimatı olmuşdur. 1955-ci ildə yaradılmış "Xanım və Avara" cizgi filminin davamıdır. Cizgi filminin süjetini Xanım və avaranın oğlu Yaramazın başına gələnlər təşkil edir. O, ev iti olmaq istəmir və atası kimi "əsl küçə iti" olmaq arzusundadır. Cizgi film Volt Disney şirkətinin hazırda ləğv olunmuş Avstraliya nümayəndəliyi tərəfindən yaradılmışdır. == Rollarda == Skot Volf - Yaramaz Alissa Milano - Mələk Codi Benson - Xanım Cef Bennet - Avara, Kok, it ovçusu Ket Susi və Debi Derriberri - Anneta, Daniela və Koleta Nik Ceymson və Barbara Gudson - Cim Diər və Darlinq Endryu MakDonehyu - Cunior Tres MakNil - Sara xala Meri Key Berqman və Tres MakNil - Si və Am Cim Kamminqs və Maykl Gug - Toni və Co Çaz Palminteri - Baster Bronson Pinçot - Fransua Bill Faqerbeyk - Muç Keti Moriarti - Rubi Miki Runi - Sparki == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Xanım və avara 2: Yaramazın sərgüzəştləri — Internet Movie Database saytında.
Yüngül Atletika üzrə Avropa Çempionatı
Yüngül Atletika üzrə Avropa Çempionatı — Avropa Atletika Assosiasiyasının ev sahibliyi etdiyi yarış. 1970-ci ildən bəri keçirilən çempionat 1966-cı ildən etibarən qapalı məkanlarda Avropa yüngül atletika oyunları kimi keçirilmişdir. 1990-cı ilə qədər hər il, 1992-ci ildən - hər iki ildən bir keçirilir. Ən çox (5 dəfə) turnir Fransada, 4 dəfə İtaliyada, İspaniyada və 2013-cü il çempionluğu nəzərə alınmaqla İsveçdə keçirilib.
Yüngül atletika 2015 Avropa Oyunlarında
Yüngül atletika 2015 Avropa Oyunlarında — 21, 22 iyun tarixlərində Bakının Olimpiya Stadionunda keçirildi. Yarışlarda idmançılar 1 dəst medal uğrunda yarışdılar. Yarışlarda çıxış edən idmançılar qarışıq komanda növündə mübarizə apardılar. Ümumi olaraq Azərbaycan paytaxtına - atlet gəlmişdir. Onlar Avropanın 13 ölkəsini təmsil edirdilər. İştirakçı atletlər arasında ən məşhuru Azərbaycanı təmsil edən Hayle İbrahimovdur. Yüngül atletika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Bakı Olimpiya Stadionunda keçirildi. Bu arena 2015-ci ildə istifadəyə verilmişdir. Arena 68 700 nəfər üçün nəzərdə tutulub. Yarışların qalibi adını Slovakiyanı təmsil edən atletlər yiyələndilər.
Yüngül atletika üzrə Dünya çempionatı
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.
2016 Yüngül atletika üzrə Afrika çempionatı
2016 Yüngül atletika üzrə Afrika çempionatı — 22 və 26 iyun aralığında CAR-ın Durban şəhərində keçirilən XX Yüngül atletika üzrə Afrika çempionatıdır.
ба́нщица в прах неодобри́тельность приучи́ться различи́тельный селекти́вность синева́ тряпи́чка беззу́бо вы́думка где только недобира́ться ситово́й emblematist foreign deficit intermezzi lamb-ale phantasmagoric revers smit straight razor superhelix whang объективизм чаеводческий