Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 2
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Cəlil Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur.
Cəlil Cavadov
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı. Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur. Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi. Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub.
Cəlil Cavanşir
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist. Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub. Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib. "Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib. 2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
Cəlil Cəfərov
Cəlil Cəfərov (8 avqust 1998, Şorkənd, Neftçala rayonu – 16 oktyabr 2020, Təpəkənd, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur. Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 19-da Şorkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlil Hüseynov
Cəlil Qafar oğlu Hüseynov (1 aprel 1957) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2005). Cəlil Hüseynov 1 aprel 1957-ci ildə anadan olmuşdur. 1973–1977-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1977–1982-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda monumental rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Cəlil Hüseynov pedaqoji fəaliyyət də göstərərək 1982–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. O, 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olmuşdur. Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında çəkilmiş rəsm əsərləri əhəmiyyətli yer tutur. Onun Abşeron mövzusuna dair "Dübəndi" (1995), "Zeytun bağları" (1995), "Balıqçı evi" (1998), "Ağaclar" (1997), "Köhnə hamam" (1998), "Abşeron bağları" (2016), "Abşeron. Köhnə məscid" (2010), "Abşeron" (2010), "Xəzərin sahili" (2008), "Abşeron motivi" (2011) və başqa peyzajları, eləcə də Naxçıvan təbiətinə həsr olunmuş "Nehrəm kəndi" (1979), "Köhnə Naxçıvan" (1978), "Nehrəm motivi" (1978) əsərləri özünəməxsusluğu ilə seçilir. Rəssamın qadın dünyasına həsr etdiyi "Qadın portreti", "Düşüncə", "Bəyaz geyimli qadın" portretləri, o cümlədən "nyu"lar silsiləsinə aid edilən "Molbert qarşısında" (1996), "Emalatxanada" (1998), "Yatmış qadın" (1999), "Uzanmış qadın" (2001), "Ağ geyimli qadın" (2002), "Qız albalı ilə" (2002), "Çılpaq qadın" (2015) kimi əsərləri onun portret janrındakı fəaliyyətinin əhəmiyyətli hissəsidir.
Cəlil Kiyekbayev
Cəlil Kiyekbayev (rus. Джали́ль Гиния́тович Киекба́ев; 25 oktyabr 1911 – 19 mart 1968, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — başqırd əsilli SSRİ alimi, türkoloq, Başqırd Muxtar Sovet Sosialist Respublikasında elm və ali təhsil təşkilatçısı, professor, yazıçı. SSRİ Yazıçılar İttifaqının üzvü olan Kiyekbayev başqırd dilçiliyinin, Ural-Altay dilində təhsil verən və Başqırd məktəbinin yaradıcısıdır. Cəlil Kiyekbayev 25 oktyabr 1911-ci ildə Başqırdıstanın Qafuri rayonunun Karan-Elga kəndində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini Makarovo kəndindəki məktəbdə başa vurdu. Daha sonra Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman filologiyası fakültəəsini bitirdi. Müəllim kimi fəaliyyət göstərib, müxtəlif orta məktəblərdə və ali məktəblərdə xarici dillərdən dərs demişdir. 1943-1944 illəri arasında Başqırd Nəşriyyat Evində baş redaktor vəzifəsində işləmişdir. 1948-ci ildə "Başqırd ədəbiyyatı dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda işə başladı. Bu dövrdə SSRİ Elmlər Akademiyasının həmkarı, türkoloq Nikolay Dmitrievin Kiyekbayevin elmi görüşlərinin formalaşmasında rolu olmuşdur.
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədov
Cəlil Qəhrəman oğlu Məmmədov (20 sentyabr 1999, Qonaqkənd, Quba rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədzadə
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (Məhəmmədzadə, Sadıqov; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934). Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub, sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib. 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı: 1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub. Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub.
Cəlil Nağıyev
Cəlil Nağıyev (azərb. Cəlil Qərib oğlu Nağıyev‎; d.25 iyul 1945, Azərbaycan, Gəncə) — Ədəbiyyatşünas, tərcüməçi 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru (1990), professor (1992). 1945-ci il iyulun 25-də Azərbaycanda Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdikdən sonra 1970-73-cü illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alır. 1974-cü ildə "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1974-78-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin xarici ədəbiyyat tarixi kafedrasında müəllim, 1978-1984-cü ildə baş müəllim, 1984-1990-cı illərdə isə dosent, kafedra müduirinin əvəzi vəzifəsini icra etmişdir. 1993-cü ildən Bakı Asiya Universitetinin rektoru olan C.Nağıyev "Azərbaycan-Yuqoslav ədəbi əlaqələri və təmasları (folklor və klassik ədəbiyyat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 70-ci illərdən dövri mətbuatda elmi, publisist əsərlər və bədii tərcümələrlə çıxış edən professor bır sıra elmi simpoziumlarda çıxış etmişdir. 1991-93-cü illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsi nəzdində ixtisaslaşdırılmış şuranın elmi katibi olmuş C.Nağıyev eyni zamanda 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatı Yanında Ali Attestasiya Komissiyasının fioloji elmlər üzrə Ekspertlər Şurasının üzvüdür. Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatının aktual problemləri, Avropa romantizmi və Şərq, Qərb ədəbiyyatında Şərq kompensasiyası, Bosniya müsəlman poeziyası professorun araşdırmalarının əsasını təşkil edir.
Cəlil Qasımov
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Cəlil Səfərov
Cəlil Səfərov (28 yanvar 1962, Lecbəddin, Marneuli rayonu – 15 may 1992, Turşsu, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969–1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C. Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi.
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi. İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998; Cavid dünyası. Naxçıvan, 2005.
Cəmil Əlibəyov
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984). Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır.
Cəmil Əliyev
Cəmil Əziz oğlu Əliyev (30 mart 1946, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru. Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində "onkologiya" ixtisası üzrə "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində "onkologiya" ixtisası üzrə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə "onkologiya" ixtisası üzrə professor elmi adı almışdır. Professor C. Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C. Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir. C. Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. C. Ə. Əliyev hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
Cəmil Əmirov
Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi. Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb. Atası Fikrət Əmirov Anası Aidə Əmirova Bacısı Sevil Əmirova Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983) Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989) Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991) Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992) Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992) R.Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995) Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bu günə qədər) Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985) Beynəlxalq caz festivalı (Tbilisi, 1986) "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989) Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993) "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002) Etnomusiqinin Ümümdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005) Ümümdünya caz festivalı (Astana,2006) Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2020-ci ildən F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan "F.Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir. Armudu (film, 1986) Bir dəfə görmək... (film, 1984) Dəvətnamə (film, 1989) Həvəskarlar və ya peşəkarlar (film, 1987) İkinci həyat (film, 1984) Kədərimiz... Vüqarımız...
Cəyli bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəllər Cəyir
Dəllər Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Dəllər Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndi Cəyir çayının yuxarı axarı boyunda, dağlıq ərazidə yerləşən Dağ Cəyir kəndindən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cəyir kəndi" mənasındadır. Murad Niyazlı — XX əsrdə tanınmış ustad aşıq, şair. Taleh Həmid — şair, publisit-jurnalist, Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Bəyli
Bəyli (Qəbələ)
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Təvil
Təvil (Vərziqan)
Təyin
Təyin — cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilir. Təyin necə?, nə cür?, hansı?, neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sinifdə iyirmi şagird var. Təyin daha çox sifət, feili sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifətlə). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzliklə). Yatmış körpə səsə oyandı (feili sifət).
Vəkil
Vəkil (ərəb. ماحم‎) Vəkalətə əsasən iş görən şəxs -Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M. F. Axundzadə). Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat.
Xəşil
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Çəlik
Cəlik (Ərdəbil)
Çəpli
Çəpli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Çəpli Kəlbəcər rayonunun Çəpli inzibati ərazi vahidində kənd. Lev çayının sahilində, dağlıq ərazidədir. Tədqiqatçıların fikrincə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni/cabanı) adı ile bağlıdır. Etnotoponimdir.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.