Çəkikimilər
Çəkikimilər (lat. Cypriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Bədəninin uzunluğu 6sm-dən 1,7 m-ə qədər olan sümüklü balıqlardır. Təbaşir və pliosen çöküntülərindən məlumdur. 3200-dən artıq növü 3 yarımdəstədə birləşir: xarasinşəkillilər (16 fəsilə), himnotşəkillilər 914fəsilə) və karpşəkillilər (7 fəsilə). Xəzər hövzəsində dəstə 2 fəsilə ilə təmsil olunmuşdur: çəkilər (karplar) və ilişgənlər. Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərinin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır.Onlar duzluluğu az olan Xəzərdə artıb böyümək üçün özlərinə əlverişli şərait tapmışlar. Çəkikimilər çaylardan başqa, dənizlərdə də böyük sahədə yayılmışlar. Mühüm vətəgə əhmiyyəti daşıyan çəki, külmə, çapaq kimi növlər əsasən Şimali Xəzərdə cəmləşmişdir. Cənubi Xəzərdə Kür və Atrek hövzə lərində xəzər şirbiti, şəmayı, qarasol və s.