Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya baxım, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. == Arıçılıqla əlaqədar məlumat == Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. == Arıçılıq təbabətdə == Arıçılıqla təbabəti bir- birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları və həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Çayçılıq
Çayçılıq — çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çayçılıqda ən çox çay bitkisinin (Camellia sinensis) iki əsas variantı işlənilir: Camellia sinensis var. sinensis Çin çaylarının böyük hissəsi üçün, C. sinensis var. assamica isə puer və Hindistan (Darcilinq çayından başqa) çayları üçün işlənilir. Çayın kultivasiyası ən gec Çjou sülaləsi dövründə (e.ə. 1046-256) başlamışdı. Han sülaləsi dövründə, çayçılıq inkişaf etmişdi və Tan sülaləsi (618-907) dövründə, çay içmə artıq yayımladığına görə, ilk böyük sahəli çay plantasiyaları peyda oldu. Çay haqqında ilk kitab, Çayın kanonu (çin. 茶經) Lu Yu tərəfindən 760-cı və 780 illərin arasında yazılmışdı. Orada bitkinin özü, onu becərmək üçün işlədilən alətlər, yarpaqların keyfiyyətiç çay hazırlamaq üçün alətlər, plantasiyaların və tanınmış çayxorların tarixi haqqında bəhs olunur.
Azərbaycanda arıçılıq
Azərbaycanda arıçılıq — Azərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır. == Tarixi == Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir.
Azərbaycanda narçılıq
Azərbaycanda narçılıq — Azərbaycan Respublikasında narın istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycanda ümumi nar bağının sahəsi 24.000 hektara yaxın təşkil edir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax və Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, İri gilə və sair sortlar becərilir. Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur. == Azərbaycanda olan nar sortları == Azərbaycanda ən çox rast gəlinən nar sortları aşağıdakılardır. Bala Mürsəl - Bu sort Şirvan zonasında çox yayılmışdır.
Azərbaycanda çayçılıq
Azərbaycanda çayçılıq — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. == Tarixi == Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir. Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln.
Hindistanda çayçılıq
Hindistanda çayçılıq — Hindistan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Hindistan dünyada çay istehsalının həcminə görə ikinci yerdədir. Yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 %-i daxili tələbatın ödənilməsinə yönəldilmişdir. Beynəlxalq bazarlara ildə təxminən 200 min ton çay çıxarılır.
Keniyada çayçılıq
Keniyada çayçılıq — Keniya Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Keniyada çay istehsalçılarının 90 %-nin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, ölkə yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə dünya bazarına 370 min ton çay ixrac etmişdir.
Türkiyədə çayçılıq
Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir.
Çində çayçılıq
Çində çayçılıq — Çin Xalq Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay istehsalının həcminə görə Çin Xalq Respublikası dünya bazarında ən böyük istehsalçılardandır. Ölkə hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Şri-Lankada çayçılıq
Şri-Lankada çayçılıq — Şri-Lanka Demokratik Sosialist Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. == İstinadlar == == Xarici keçidlər == "Официальный сайт МФПА" (ingilis).
Litva Qədim Arıçılıq Muzeyi
Litva Qədim Arıçılıq Muzeyi (Senovinės bitininkystės muziejus) 1984-cü ildə Litvanın şimal-şərqindəki Stripeikiai yaxınlığında yaradılmış ərazidə arıçılığın tarixini nümayiş etdirir. Aukštaitija Milli Parkının bir hissəsi olan muzey arıçı Bronius Kazlas tərəfindən təsis edilmişdir. 2006-cı ilə qədər muzey altı binadan, 500-ə yaxın eksponatdan və 25 heykəldən ibarət idi. Litvada arıçılığın tarixini göstərməklə yanaşı, muzeyin bəzi taxta heykəllərinin özündə arı pətəkləri var. Heykəllər bal arısının dünya mifologiyasında və folklorunda, o cümlədən Misir və Yerli Amerika fiqurları, eləcə də Litva tanrısı Babilas və ilahə Austėja da daxil olmaqla, arının yerinə hörmət edir. Onlar Teofilis Patiejunas və İpolitas Užkurnis tərəfindən həkk olunub. Sərgilərə ziyarətçilərə iş yerində arıları izləməyə imkan verən şüşə üzlü pətəklər, alət kolleksiyaları və arıların tozlanmada oynadığı rolun təsvirləri daxildir. Pətəklərin geniş çeşidinə 15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər istifadə edilən çoxlu ağac gövdələri daxildir. Litva Baytarlıq Akademiyası Litva arılarının xüsusilə dinc olduğunu iddia edir. Avropa bal arısının alt növüdür və italyan arılarından kiçik, Qafqaz bal arılarından isə böyükdürlər.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.
Carcılı (Urmiya)
Carcılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 7 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.380 nəfər yaşayır (370 ailə).
Carçılı (Qoşaçay)
Carçılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmədabad kəndistanında, Miyandab qəsəbəsindən 11,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 835 nəfər yaşayır (210 ailə).