Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şübhəli
Müttəhim və ya Təqsirləndirilən şəxs — cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Şahəli Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Şahəli Şıxıyev
Şahəli şəlaləsi
Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə. Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır. Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Şüşəli bazar
Şüşəli bazar — XX əsrin 50-ci illərində Bakının Yasamal rayonunda tikilmiş ticarət obyektidir. 2012-ci ilin aprel ayında bağlanıb. Şüşəli bazar Sovet dönəmində Bakı şəhərinin ən məşhur bazarlarından biri olub. 2005-ci ildə bazar fəaliyyətini dayandırıb, satıcılar və işçilər buranı tərk edib. 2010-cu ildə obyekt hasara alınıb. 2012-ci ilin aprel ayında isə Şüşəli Bazar dağıdılıb. Hal-hazırda keçmiş bazarın sahəsində təmir işləri gedir.
Şüşəli qüllə
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Şüşəli çimərlik
Şüşəli çimərlik (ing. Glass Beach) — Fort-Breqq şəhəri yaxınlığında, Makkerrixer Milli parkının (ing. MacKerricher State Park) cənubunda ərazisində yerləşən çimərlikdir. Çimərlik öz adını sahilində mövcud olan hamar rəngli şüşələrdən almışdır. Yerli əhali düşünür ki, bura tullantı yeridir. 1967-ci ildə çimərlik dəfələrlə təmiz bağlanmışdır. Bununla belə kiçik şüşə parçaları dalğalarla bütün çimərliyə yayılmışdır. Artıq 1980-ci illərdən şüşəli çimərlik turistlər arasında məşhurdur. Bu dövlət parkında şüşə yığmaq qanunsuzdur. 2002-ci ildə keçmiş tullantı ərazisi milli park ərazisi elan edilir.
Suahili
Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır. Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir. Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir. Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir. Kiswahili sözü ərəb dilindəki sāhil ساحل: sawāhil سواحل (sahil) sözünün cəm halıdır. wa- önşəkilçisi ilə birlikdə işləndiyində söz "sahil sakinləri"ni, ki- önşəkilçisi ilə birlikdə işləndikdə isə (Kiswahili — "sahil sakinlərinin dili") onların dilini bildirir.
Sürməli
Sürməli mahalı — indiki Türkiyədə mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli qəzası — Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza.
Cəfər Sübhani
Cəfər Sübhani Təbrizi (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Cəfər Sübhani Təbrizi) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Təhsili == == Müəllimləri == == Yaradıcılığı == == Əsərləri == İslam tarixi (İslam Peyğəmbərinin (ə) həyatı) Əbədiyyət Nuru == Həmçinin bax == Məhəmməd Fazil Lənkərani Məkarim Şirazi Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi.
Suahili dili
Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır. Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir. Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir. Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir. Kiswahili sözü ərəb dilindəki sāhil ساحل: sawāhil سواحل (sahil) sözünün cəm halıdır. wa- önşəkilçisi ilə birlikdə işləndiyində söz "sahil sakinləri"ni, ki- önşəkilçisi ilə birlikdə işləndikdə isə (Kiswahili — "sahil sakinlərinin dili") onların dilini bildirir.
Sübhanlı (Meşkinşəhr)
Sübhanlı (fars. صبحان لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (6 ailə).
Sürməli mahalı
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli nahiyəsi
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli qəzası
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur. Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir. İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur. 1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir. Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür.
Əli Süheyli
Əli Süheyli (fars. علی سهیلی‎‎; 1896, Təbriz – 1 may 1958, London) — Rza şah Pəhləvinin dövründə İranın baş naziri (vəziri), diplomat və dövlət xadimi. Əli Süheyli, Təbrizdə yoxsul bir ailədə dünyaya gəlib. Mahmud Cəm kabinetində xarici işlər naziri idi. O, digər kabinetlərdə Kirman ostanının qubernatoru (ostandarı) və daxili işlər naziri də olmuşdur. İran hökuməti Azərbaycan məsələsindən ciddi şəkildə narahat olmağa başlamışdı. Avqust ayının 28-də təşkil olunmuş Məhəmmədəli Füruği hökumətində Xarici İşlər naziri vəzifəsini tutan Mirzə Əli xan Sühеyli xarici ölkələrdəki İran diplomatik korpuslarına gizli tapşırıq vеrmişdi ki, şurəvi təhlükəsinə qarşı dayanmaq üçün ingilis mеylinə üstünlük vеrsinlər və Azərbaycan məsələsi ilə ciddi məşğul olsunlar. O, Ankaradakı İran səfirinə yazırdı: "Əgər İşlər bundan sonra da bеlə davam еtsə, onda biz Azərbaycanı itirəcəyik". Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Franklin Delano Ruzvelt, İosif Stalin və Vinston Çörçill öz aralarında və İranın baş naziri Mirzə Əli Süheyli ilə məsləhətləşəndən sonra 1943-cü il dekabrın 1-də Tehranda imzaladıqları “Üç dövlətin İran haqqında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran hökumətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” 'Alí Rizā Awsatí (عليرضا اوسطى), Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh - ايران در سه قرن گذشته), Volumes 1 and 2 (Paktāb Publishing - انتشارات پاکتاب, Tehran, Iran, 2003).
Ələkbər Süheyli
Ələkbər Süheyli (doğum adı: Ələkbər Fərəc oğlu Əliyev; 1879 – 26 fevral 1927) — aktyor, teatr təşkilatçısı. "Süheyli" Ələkbər Əliyevin səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib. Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb.
Sürməli (Duzluca)
Sürməli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Xristianlığın qəbulundan çox sonra (təxminən 305-ci il) bölgənin dini və inzibati mərkəzi olan Armavirdə "Məryəm Məryəm" adına tikilmiş məşhur kilsəyə görə şəhər "Surb-Mari/Surb Məryəm" adlandırılmışdır. Sonralar "Sür-Melü", "Sür/Meli" adı da bundan yaranmışdır. Kəndin yerləşdiyi İğdır rayonu isə 11-ci yerdədir. və ya 12. 19-cu əsrdən etibarən Surmari/Sürmelü adı ilə bölgədəki türk bəyliklərinin hökmranlıq mərkəzi olmuşdur. 1878–1918-ci illər arasında Rusiya idarəçiliyi dövründə İğdır-Tuzluca bölgəsinin adı Sürməlu Uyezdi (rayon) adlandırıldı.
Səbzəli Cavadov
Səbzəli Cavadov (tam adı: Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz – 4 iyun 2024, ABŞ) — Azərbaycan və ABŞ alimi, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü. Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977–1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır. 1983–1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1986–1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
Xmeli suneli
Xmeli suneli (çmeli suneli, xmeli suneli və ya hmeli suneli kimidə yazılır Gürcücədən ხმელი სუნელი, sözün hərfi mənasında "qurudulmuş ədviyyatlar") — Gürcüstanın ənənəvi Ədviyyat qarışığı.
Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor. Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
Şahəlı Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Mirzə Əhməd Süheyli
Mirzə Əhməd Süheyli (?-1911)—Azərbaycan şairi. Mirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur. Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir. Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin.
Sürməli Əli Paşa
Sürməli Əli Paşa (ö. 28 may 1695) — II Əhməd və II Mustafa dövrlərində ümumilikdə 1 il 2 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Gözlərinə sürmə çəkdiyi üçün tarixi mənbələrdə Sürməli Əli Paşa olaraq anılır. Dimetokada dünyaya gəlmişdir. Sokolluzadələrdən İbrahim bəyin kəndxudası Osman ağanın yanında yetişdirilmişdir. Rəsmi vəzifələrdə sürətlə yüksələrək əvvəlcə arpa əmini, ardından donanma əmini oldu. 16 dekabr 1688 tarixində baş dəftərdarlığa gətirildi və 13 yanvar 1690 tarixinədək bu vəzifədə qaldı. Bir müddət sonra dəftərdar vəkili, 31 avqust 1691 tarixində isə yenidən baş dəftərdar oldu. Bu vəzifədə ikən vəzirlik rütbəsi aldı. 1692-ci ildə əvvəlcə Kipr əyalətinə, qısa müddət sonra isə Trablusşam əyalətinə göndərildi.