ŞÜBHƏSİZ


1. zərf Mütləq, şəksiz. Şübhəsiz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik.
[Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A.Şaiq.

2. ara s. Əlbəttə, təbii. O, şübhəsiz, doğru deyirdi. Şübhəsiz, mən onu təhqir etmək istəmirdim.
□ (Heç) şübhəsiz ki, şübhəsizdir ki… – yəqin ki, əlbəttə ki, görünür ki, yəqin ki.
Şübhəsizdi ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi. M.S.Ordubadi.
Heç şübhəsiz ki, Zərdabiyə qarşı olan şiddətli, həyasız hücum, Seyid Əzim Şirvani kimi qüdrətli bir şair mövcud ikən, cavabsız qalmayacaqdı. M.İbrahimov.
[Məmmədov:] Şübhəsiz ki, hamının işlədiyinə baxmayaraq, bu işlərdə [Kərimovun] böyük fəaliyyəti olmuşdur. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜBHƏSİZ 1. ŞÜBHƏSİZ [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə (A.Şaiq); BİGÜMAN (kl
  • ŞÜBHƏSİZ şəksiz — sözsüz — yəqin
ŞÜBHƏLİLİK
ŞÜCAƏT

Digər lüğətlərdə

-яжн-(ый) землячо́к зять многосаже́нный натяже́ние отпо́лдничать притравле́ние рассу́дочность ферме́нты центрифу́га корреспонде́нция лапида́рный клейстер aery director-plane door-stop field engineer girl Friday hip-roll Pekingese revetment springal wollastonite раджа спичка