Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığın
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Splin
Splin — Rusiyanın rok qrupudur. 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də — Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır. 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar.. Beləliklə, "Mitra" qrupu yaranır. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər. 1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir. Orada da mahnılar yazmağa davam edir. Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.
Şilim
Şilim — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidinin tərkibində kənd. Əhalisi 388 nəfərdir. Bəzi tədqiqatçıları görə, oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrifə uğramış formasıdır. Yaşayış məntəqəsi ləpədöyəndə yerləşdiyi üçün belə adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Kristina Siliç
Kristina Siliç (15 may 1990-cı ildə anadan olub) — Belarusu təmsil edən qadın badmintonçu.
Nilin axarları
Nilin axarları — Xartum və Əsvan arasında Nil çayının altı axarından ibarət silsilə. Nil çayının ənənəvi nömrələnməsi aşağıdan yuxarıya, Əsvandan Xartuma doğru gedir. Nubiya birinci və dördüncü axarlar arasında yerləşir (digər mənbələrə görə, birinci və altıncı arasında). Aşağı (1-2 eşik) və Yuxarı olaraq bölünür. İkinci, üçüncü və dördüncü axarlar Nubiya dağlarının ərazisində, Nil çayının güclü şəkildə əyildiyi, kursunun istiqamətini dəfələrlə dəyişdirən dağlıq ərazidə yerləşir. Burada çay səhra-ərəb plitəsinin zirzəmisinin kristal süxurlarından keçir. Region seysmik aktivliklə səciyyələnir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Selin (Əbyəlil)
Selin kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askar): 49 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 3 km. Maqnitaqorsk:60 km ən yaxın şəhər Sibay: 40 km. Dəniz səviyyəsindən hündürlüyü: 372 m. Совет муниципальных образований Республики Башкортостан.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…], Monreal, Kvebek) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Selin Dəmiratar
Selin Dəmiratar (20 mart 1983 və ya 21 mart 1983, İstanbul) — aktrisa. Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda dünyaya gəlmişdir. Ən çox aktrisa kimi tanınmışdır. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərdə yaşamışdır. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Burada mükəmməl bir aktyorluq edən Selin Dəmiratar şöhrət olma yolundakı ən böyük addımını beləcə atmışdır. Lisey təhsilini bir çox şəhərdə oxuyan Gözəl aktyor Universiteti isə Memar Sinan Universitetində oxumuşdur. 1999-cu ildəki keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyə də birinci dünya da isə 3-cü Sırada yer alıb. Göstərdiyi bu uğur ilə önü açılmış, şöhrət qazanmışdır.
Sibin dialekti
Sibin dialekti — sibo xalqının dili. Çinin Sintsyan-Uyğur muxtar vilayətinin Çapçal-Sibo muxtar qəzasında məskunlaşıblar. Altay dilləri Tunqus-mancur dilləri xətinə aiddir. 2000-ci il üçün danışanların sayı 30 min nəfərdir. Çin alimləri sibin dialektini müstəqil dil hesab edirlər, rus tədqiqatşıları isə onu mancur dilinin dialekti qəbul edirlər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Li Shulan, Zhong Qian, Wang Qinfeng, (1984) Xībóyǔ kǒuyǔ yánjiū, Beijing: Minzu Chubanshe; Norman, Jerry. 1974. "Structure of Sibe Morphology", Central Asian Journal; K. Yamamoto. Mashūgo kōgo kiso shū. A Classified Dictionary of Spoken Manchu.
Simin Behbahani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Behbəhani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Daneşvar
Simin Daneşvar (28 aprel, 1921 – 8 mart, 2012) - iranlı akademik, romançı, tərcüməçi. O, ilk əsas iranlı qadın romançı olaraq tanınır. Bir çox ilklər onun adı ilə bağlıdır. Fars dilində nəşr olunan hekayələr toplusunun (1948) müəllifi olan ilk iranlı qadındır. Onun bestseller olan "Savuşun" ("Siyavuşun ağıçıları", eyni zamanda "İranın matəm musiqisi" olaraq da tanınır) (1966) romanı iranlı qadın tərəfindən yazılmış ilk romandır. 5 hekayə və 2 avtobioqrafik əsərdən ibarət "Teatr" adlı toplusu iranlı qadın yazıçı tərəfindən yazılan ilk topludur ki, xarici dilə tərcümə olunmuşdur. O, iranlı yazıçı Cəlal Ale-Əhmədlə evlənmiş, onun yaradıcılığına güclü təsir göstərmişdir. Eyni zamanda çox yaxşı tərcüməçi olan Simin Anton Çexovun "Albalı bağı" və Nataniel Hotornun "Qırmızı ləkə" əsərləri daxil olmaqla, bir sıra əsərləri tərcümə etmişdir. Hal-hazırda son kitabının harada olduğu bəlli deyil və bunun Siminin trilogiyasının son hissəsi olduğu güman olunur. Simin Daneşvar 1921-ci il 28 apreldə İranın Fasa şəhərində anadan olmuşdur.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir. Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Solmaz Şirin
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır ( ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır. Tədqiqatın nəticələri 1966-cı ildə "Verbal Learning and Verbal Behavior" jurnalında dərc edilmişdir.
Selin Genç
Selin Genç (21 iyun 1994, İstanbul[…]) — Bir Zamanlar Çukurova serialında Gülten Taşkın Ciğerci rolu ilə tanınan türk aktrisa və modeldir. Selin Gənc 21 iyun 1994-cü ildə İstanbulda (Türkiyə) anadan olub və ata tərəfdən Adanadandır. Orta məktəbdə oxuyarkən teatra maraq göstərdi. Selin Gənc liseydə oxuduğu müddətdə məktəbin teatr qrupuna qatılıb. Orta məktəbi bitirdikdən sonra Şile (İstanbul vilayəti) Işık Universitetinin sənaye mühəndisliyi fakültəsinə daxil olmaq qərarına gəlib və bir neçə ildən sonra oranı bitirib. Aktyorluğa olan marağının ardınca Konyadakı Səlcuq Universitetinin dram fakültəsinə yazılmaq qərarına gəldi və bir neçə ildən sonra aktyorluq dərəcəsi aldı. Kollec təhsilinin son ilində aktyorlar Vahide Perçin və Altan Gördüm tərəfindən idarə olunan Akademi 35 Half Art House adlı aktyor məktəbində ən yaxşı aktyorluq təhsili alıb. Selin Genç ilk teatr təcrübəsini 2016-cı ildə "Cinayət balladası" şousu ilə etdi. Aldığı təhsildən sonra ona seriallarda çəkilmək təklif olunub. 2018–2022-ci illərdə ATV Bir Zamanlar Çukurova yayımlanan serialda Gülten Taşkın Ciğerci rolunu oynamaq üçün seçilib və Hilal Altınbilek, Uğur Güneş, Murat Ünalmış, Vahide Perçin, kimi aktyorlarla birlikdə rol alıb.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Bılıx
Bılıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.
Calın
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 267 nəfərdir. Rvarud Orand Nücü Təngəbin 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Yıyın
Yıyın — Başqırdların sosial-siyasi həyatında ciddi rol oynamış və tayfa idarəçiliyini həyata keçirilən xalq yığıncağı. XIV əsrə qədər başqırdların həyatında mühüm statusa malik olmuşdur. XIV əsrdən etibarən isə yıyınlar əvvəlki statusunu itirmiş Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə etməyə başlamışlar. ХIV-ХV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri "biy"lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.
Şalıx
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.
Şıxlı
Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
ISIN
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
Düzkənd (Talın)
Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd.1728-ci ildən məlumdur == Tarixi == Rayon mərkəzindən 7–8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik, düzəngah" mənasında işlənən düz sözü ilə türk dilində "şəhər, yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. == Əhalisi == 1886-cı ildə ermənilər və kürdlər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur.
Dədəli (Talın)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib. Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Fərrux Şıxlı
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988) Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) == Həyatı == === Ailəsi === Evlidir və iki övladı var. === Təhsili === Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. == Karyerası == Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
II Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
I Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. == Əfsanələr == === Susano tərəfindən tapılması === Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.