Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adı Şəfa Hüseynova — azərbaycanlı müğənni. Kişi adı Şəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. Təxəllüs Şərafət Şəfa — jurnalist, şairə Digər Şəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Şəfa (müğənni)
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. == Həyatı == Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.
Şəfa Hüseynova
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. == Həyatı == Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.
Şəfa piri
Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə bu pirin binası möhrədən olmuşdur. Hazırda pirin binası bərpa edilmiş və daşdan inşa olunmuşdur. Bina dördkünc formalıdır. İçərisində uzunsov, dördkünc formalı qəbir daşı vardır. Daşın üzəri nəbati ornamentlə yüksək zövqlə naxışlanmışdır. Lakin bəzi qismlər aşındığından naxışlar pozulmuşdur. Müxtəlif xəstəliyə tutulan insanlar piri ziyarət edib şəfa tapdığı üçün yerli əhali pirə Şəfa piri adı vermişdir. İnama görə sarı yara xəstəliyi olanlar həftənin çərşənbə günləri o ocağın torpağından götürüb sürtəndə sağalarmışlar. Hazırda pirin içərisində müxtəlif vaxtlarda buraya gətirilmiş nəzirlər qalmaqdadır.
Şəfa stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Şəfa Əliyev
Əliyev Şəfa Tiflis oğlu (30 sentyabr 1959, Birinci Mahmudlu, Füzuli rayonu) — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şəfa Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir. 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir. === Ailəsi === Şəfa Əliyev ailəlidir. Üç övladı və 6 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlamışdır. 1981-1984-cü illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində işləmişdir. 1984-1986-cı illərdə Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, 1986–1989-cu illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışmışdır.
Şəfa FK
Şəfa FK — və ya rəsmi adı ilə Şəfa Futbol Klubu. Azərbaycanın Bakı şəhərini təmsil edən, Şəfa klubu 1998-ci ildə fəaliyyətə başlamışdır. 2005-ci ildə maddi problemlər səbəbi ilə fəaliyyətini dayandırsa da, 2022-ci ildə yenidən fəaliyyətini bərpa etmişdir. == Tarixi == Klubun bünövrəsi 1998-ci ildə qoyuldu. 1998/1999-cu il mövsümü. İlk mövsümün elə ilk oyunundan klub təcrübə toplamağa başladı. Təbii ki, Şəfa liqada yeni klub idi. 15 avqust 1998-ci ildə ilk oyunu Şəmkirə qarşı oldu, 2-0 məğlubiyyətlə üzləşdi. Klub ilk qolunun ikinci qarşılmasında, 9 sentyabr tarixində, Kəpəzin qapısından keçirdi. Daha sonra ard-arda məğlubiyyətlər almağa başladı.
Şəfa Bakı FK
Şəfa Məmmədova (müğənni)
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. == Həyatı == Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. == Həyatı == Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.
Şəfa bulağı (film, 1981)
== Məzmun == Kinolentdə bərəkətli torpağımızın əvəzsiz neməti olan şəfa qaynaqlarından, şərbət bulaqlarından söbət açılır. Filmin qəhrəmanı cövhərində sağlamlıq məlhəmi olan su-Darı Dağ suyudur. Qədim Naxçıvanın yenicə arayıb ərsəyə gətirdiyi şəfa qaynağı. Darı Dağın mərgümüşlü suyunun şəfaverici xüsusiyyəti ilə yanaşı xalq təsərrüfatında, yeyinti sənayesində istifadə edilməsi vacib olan bir sıra xassələri də aşkar edilmişdir. Film bu barədə söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Sabir Əhmədov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Şəfa nöqtələri (film, 1977)
Şəfa nəğməsi (film, 1944)
== Məzmun == Film gənc həkim Hüsniyyə Diyarova haqqındadır. O, Abşeronda hərbi qospitalda işləyir və yüzlərlə cəbhəçinin sağlamlığını özünə qaytarırdı. Sonralar bu həkim cərrah-endokrinoloq, tibb elmləri doktoru, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının professoru kimi məşhurlaşmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Qəmər Salamzadə Rejissor: Qəmər Salamzadə Bəstəkar: Tofiq Quliyev Operator: Seyfulla Bədəlov Səs operatoru: İlya Ozerski Mahnıların mətni: Məmməd Rahim Mahnı ifa edən: Bülbül == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 87-88.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Məmməd Səfa
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). == Həyatı == Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Səfa Abasov
Abasov Səfa ( tam adı Səfa İslam oğlu Abasov; d.10 iyun 1946; Azərbaycan, Bakı) — Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009). == Həyatı == Səfa Abasov 1946-cı il iyunun 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Metanın dehidrotsikloheksabirləşmə və karbohidrogenlərin izomerləşməsində istifadə edilən yüksək dispersli Pt və Pt/Re katalizatorların xemosorbsiya və katalitik xassələri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Hetrogen kataliz” laboratoriyasına rəhbərlik edir. S.İ.Abasovun bir sıra beynəlxalq konqreslərin və konfransların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur, 150-dən artıq elmi məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru və 3 nəfər elmlər namizədi işini müdafiə etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları katalizatorların və onların iştirakı ilə gedən proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı rayonu, Azərbaycan SSR – 1992, Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir. === Ailəsi === Evli idi, iki oğlu yadigar qaldı. == Döyüşlərdə iştirakı == 1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. == Fəaliyyəti == Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səfa Mirzəhəsənov
Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Hüseyn-Səfa Mirzəhəsənov 27 iyun 1959-cu il Balakən rayonunda anadan olmuşdur. == Mükafatlar == Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017-ci il, 9 may 2018-ci il, 10 may 2019-cu ildə, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il == Filmoqrafiya == Zirzəmi (film, 1990) Nə gözəldir bu dünya...
Səfa Mirzəyev
Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu. == Həyatı == Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.
Səfa Qaraxanov
Səfa Yenişər oğlu Qaraxanov (22 fevral 1994, Xələc, Salyan, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Qaraxanov 22 fevral 1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub. 2001-2012 illərdə orta məktəbdə oxuyub. 2012-cu ildə əsgərliyə çağırılıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. Oktyabrın 1-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Səfa Qaraxanov Səlyanda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi.
Səfa İsazadə
Səfa Əmirxan oğlu İsazadə (d. 17 may 1999; Xaçmaz, Oğuz rayonu, Azərbaycan — ö. 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Madagizin azad edilməsində qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. == Həyatı == Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə," Bacarıqlı əllər" və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980–1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984–1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən — Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990 — SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000–2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010-cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz) Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit) Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Adının mənası == Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Sapma
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Sefa Zengin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Gəray
Səfa Gəray (1637 – 1703, Karnobat[d]) — XXIX Krım xanı. Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Səfa Gərayın (ö. 1637) oğludur. Əmisi oğlu I Səlim Gərayın səltənətində nurəddin, Murad Gərayın səltənətində isə kalqay ünvanları almışdır. Avstriya cəbhəsində gedən döyüşlər əsnasında vəzifədən alınan III Səadət Gərayın yerinə xanlığa gətirilmişdir (dekabr 1691). Əmisi Adil Gərayın oğlu Dövləti kalqay, digər əmisi III İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra ağır vergilər təyin etmiş, sarayda rüşvət həddindən çoxalmışdır. Yerli tatar əsilzadələrinə təyin etdiyi ağır vergilər ona qarşı ayaqlanmalarına səbəb oldu. Avstriya cəbhəsinə yollanmaq üzrə ordu toplamağa çalışan Səfa Gəray əsilzadələrin ayaqlanması ilə taxtdan çəkilməyə məcbur oldu. Beləcə, əsilzadələrin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692).
Səfa Zengin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa məscidi
Səfa məscidi və ya Parlı məscid — Türkiyənin Diyarbəkir ilində yerləşən Ağqoyunlu abidəsi. Məscid Diyarbəkir şəhər divarının şimal-qərb qanadında, Mələk Əhməd küçəsinin şimalında, Ulu məscidinin qərbində yerləşir. Kompleks şəklində inşa edilən Səfa məscidi məscid və mədrəsədən ibarətdir. Mədrəsə məscidin qarşısındadır. == Tarixi == Türkiyənin Diyarbəkir ilinin Sur ilçəsində yerləşən Səfa məscidinin günümüzə gəlib çatan hər hansı bir kitabəsi yoxdur. Bu səbəbdən abidənin dəqiq tikilmə tarixi və kim tərəfindən tikildiyi bizə məlum deyil, lakin abidənin Ağqoyunlu dövründə inşa edildiyi bilinir. Ehtimal olunur ki, Səfa məscidi Şah İsmayılın babası Şeyx Cüneydin xahişi ilə Uzun Həsən tərəfindən tikdirilmişdir. Cami-üs Safi adını şeyxə olan hörmətdən götürdüyü güman edilir. Məscid həmçinin Şeyx Səfa, İpariə, İparla, Palo adlarıyla da tanınır. Övliya Çələbi də öz səyahətnaməsində ondan İpariyyə məscidi kimi bəhs etmişdir.
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. == Coğrafiyası və iqlimi == Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.