Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fridrix Şur
Fridrix Şur (ing. Friedrich Schur; 1856 – 1932) — Alman riyaziyyatçısıdır; əsas işləri həndəsəyə, çevirmələr qrupuna aiddir; sabit əyriliyə malik Riman fəzası üzrə işlərin müəllifidir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
Şur (1967)
== Məzmun == Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. == Festivallar və mükafatlar == 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Şur (dəqiqləşdirmə)
Şur — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Şur (simfonik muğam) — 1948-ci ildə Fikrət Əmirovun orkestr üçün bəstələdiyi simfonik muğamlardan biri. Şur (balet) — 1968-ci ildə Fikrət Əmirovun bəstələdiyi xoreoqrafik novella.
Şur (film, 1967)
== Məzmun == Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. == Festivallar və mükafatlar == 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.
Şur (simfonik muğam)
Şur — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. "Şur" simfonik muğamı aid olduğu janrda yazılmış ilk əsərdir. "Şur" və "Kürd Ovşarı" simfonik muğamları dulogiya xüsusiyyətinə malikdir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. F. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. == Tarixi == === Yazılma tarixi === F. Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi.
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Dizac-i Şur (Sərab)
Dizac-i Şur (fars. ديزج شور‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Filipp İohann Ferdinand Şur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. == Elmi işləri == Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. == Ədəbiyyat == Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etmişdir və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini məşğul etməkdədir. === Təqdimat və problemin versiyaları === M. Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikür problemin başqa bir təqdimatı əsrlər sonra Devid Yum tərəfindən Dinlə Dialoqlarında Filonun dili ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Xeyir və Şər
Xeyir və Şər - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər - Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər - Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması motivləri əsasında yaratdığı opera.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
EUR
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Tur
Tur (şəhər)
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. == Fəlsəfədə == İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Xeyir və Şər (balet)
"Xeyir və Şər" və yaxud "Ehtiras meteoriti" — bəstəkar Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı birpərdəli, üçeskizli balet, rəqs draması. Bu balet dahi Azərbaycan şairi Nizaminin 850 illyinə həsr olunmuş müsabiqədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı mükafata layiq görülmüşdür. Baletin librettisti Rəşid Əhmədovundur, xoreoqrafı Tamilla Şirəliyevadır. == Məzmun == Əsərin iştirakçıları – mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllər, onları əhatə edən reallıqda baletin dramaturji konfliktinin əsas qütblərini təşkil edir.
Xeyir və Şər (dəqiqləşdirmə)
Xeyir və Şər - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər - Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər - Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması motivləri əsasında yaratdığı opera.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Xeyir və Şər (opera)
Xeyir və Şər — Bəstəkar Oqtay Rəcəbovun 1991-ci ildə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması motivləri əsasında yazdığı opera. == Tarixçə == Operanın televiziya versiyası İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə çəkilib.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Sürü (dəqiqləşdirmə)
Sürü — canlılar qrupu. Sürü (teleserial, 2023) — teleserial.
Entoni Şer
Anthony Sher (14 iyun 1949, Keyptaun – 2 dekabr 2021, Stratford-Apon-Eyvon[d], Qərbi Mildlend[d]) ― İngilis teatr, kino və serial aktyorudur. == Filmoqrafiya == === Kino === 1981: Mark Gertler: Fragments of a Biography 1985: Shadey 1989: Erik the Viking 1993: Genghis Cohn 1995: The Young Poisoner's Handbook 1996: Alive and Kicking 1996: Mr.
La-Ser
La-Ser (fr. La Serre, oks. La Sèrra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12269. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şərqdə, Rodezdən isə 55 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 88 yaşda (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.5%, 1999-cu ildə 65.8%).
Ser (kanton)
Ser (fr. Serres) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0522. Ser kantonuna cəmi 12 kommuna daxildir, onlardan ən əsası Ser kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 571 nəfər təşkil edirdi.
Sər (Şəbüstər)
Sər (fars. سار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,504 nəfər yaşayır (371 ailə).
Şer (departament)
Şer (fr. Cher) — Fransa departamentlərindən biri, Mərkəz - Luara vadisi regionunun departamenti. Sıra nömrəsi — 18. İnzibati mərkəzi — Burj şəhəridir . Əhalisi — 319 600 nəfər (departamentlər arasında 73-cü yer, məlumatlar 2010). == Coğrafiya == Ərazisi — 7235 km². Departamentin ərazisində Oron, Sodr, Yevr və Şer çayları axır. == Tarix == Şer, 1790 Mart ayında qurulan ilk 83 departametnlərindən biridir. Keçmiş Berri əyalətinin ərazisində yerləşir. == Ədəbiyyat == Шер, департамент // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86 т.
Şer (müğənni)
Cher (ing. Cher; 20 may 1946[…], El-Sentro[d], Kaliforniya) — erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası. Əsl adı "Şerilin Sarkisyan Lapyer Bono Ollmen (ing. Cherilyn Sarkisian LaPiere Bono Allman) kimi səslənir. == Həyatı == Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olmuşdur. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlamışdır. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və Qızı Qlobus, Oskar kimi mükafatlara layiq görülmüşdür. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlmişdi.
Şer Ami
Şer Ami (fr. Cher Ami tərcümədə — "Əziz dost" deməkdir) — 1918-ci ildə ABŞ siqnal korpusu ilə birlikdə ABŞ-dən Fransaya köçürülmüş hərbi poçt göyərçinidir. Birinci Dünya müharibəsinin son bir ilində Qərb cəbhəsində, göyərçin çoxlu uçuşlar edərək xüsusi əhəmiyyətli mesajları çatdırırdı. Meuse-Argonne hücumu zamanı ordunun əsas hissəsindən düşmənin bölərək ayrı saldığı 77-ci piyada diviziyasının itirilmiş batalyonunun 194 əsgərini xilas etməklə məşhurlaşmışdı. == Birinci Dünya müharibəsi hadisələri == 3 oktyabr 1918-ci ildə mayor (ing. Charles White Whittlesey) və 500-dən çox insan kiçik irəliləyiş etmiş, ancaq qidasız və məhdud sayda silah-sursatla mühasirəyə düşmüşdülər. 4 oktyabrda onlar, cəbhənin digər tərəfindən göyərçinlə qeyri dəqiq koordinatlarını göndərdilər. Tabor müttəfiqlərin atəşinə tutuldu. Elə ilk gündə amerikanlıların çoxu öldürüldü və yaralandı. Amerika ordusunun olduğu yerə mesaj daşıyan iki poçt göyərçini göndərildi, lakin hər ikisi öldürüldü.
Şer Loyd
Şer Loyd (ing.
Eden Şer
Eden Rebekka Şer (26 dekabr 1991-ci ildə anadan olub) — Amerikalı aktrisa, Sitcom serialı The Middle (2009–2018) filmindəki Sue Heck rolu və Disney Channel animasiya dram fantazi filmi olan Ulduz Şər Qüvvələrinə qarşı (2015–2019) serialındakı Ulduz Kəpənək rolu ilə məşhurdur. O, "Orta" filmindəki performansına görə 2013-cü ildə Komediya Serialında Ən Yaxşı Köməkçi Aktrisa üçün Tənqidçilərin Seçdiyi Televiziya Mükafatını qazandı. == Erkən həyat == Şer Kaliforniyanın Los Anceles şəhərində anadan olub. O, məktəb müəllimi olan anası tərəfindən yəhudi olara böyüdü. O, aktyorluq karyerasına səkkiz yaşında məktəb tamaşalarında, yerli teatr tamaşalarında iştirak etməklə və ibtidai məktəb xorunda oxumaqla başlayıb. Jay Leno ilə The Tonight Show- da Jaywalking seqmentində görünməsindən sonra onun aktyorluğa marağı alovlandı. == Karyera == Aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində televiziya seriallarında bir sıra rollar oynadı, lakin seriallar ya ləğv olundu, ya da personajı silindiyi üçün bunların çoxu qısa müddətli oldu. 2006-cı ildə Showtime komediya-dram serialı Weeds -də əsas personajlardan biri Alexander Gouldın məktəbli sevgilisi Gretchen rolunu oynadı. Elə həmin ilin sonunda o, ilk mövsümündə 11 seriyası ləğv edilmiş Sons & Daughters serialında Carrie Fenton rolunu oynadı. 2007-ci ildə Şer Fox dram seriyası The OC- nin son mövsümündə Harbour High-da oxuyan tələbə rolunu oynadı.
Ser Sandford
Ser-Sandford (ing. Mount Sir Sandford) - Kolumbiya dağlarının ən yüksək zirvəsidir, Britaniya Kolumbiyasının on dördüncü ən yüksək zirvəsidir (Peakbagger.com -a görə on səkkizinci). Kinbasket su anbarının Qızıl qol qolunun cənub-qərbində Selkerk dağlarının Big Bend silsiləsinin Sir Sandford alt silsiləsində yerləşir. Mütləq hündürlüyü 3519 metr, nisbi hündürlüyü 2707 metrdir. İlk dəfə bu zirvəyə 1912-ci ildə Howard Palmer, E. V. D. Holvay, Rudolf Aemmer, Edvard Fyuz qalxmışdır.. Zirvə Kanada dəmir yolu şəbəkəsini yaradan və onun ərazisində saat qurşaqlarını tətbiq edən görkəmli mühəndis Ser Sandford Fleminqin adını daşıyır. == İstinadlar == == Xarici keçidlər == "Peakware.com". www.peakware.com (ingilis). İstifadə tarixi: 2022-09-20.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sürü (teleserial, 2023)
Sürü (ing. Swarm) — Canin Nabers və Donald Qlover tərəfindən yaradılmış amerikan qorxu-komediya serialı. Serial pop ulduzunun böyük pərəstişkarı olan gənc qız Dredən bəhs edir. == Süjet == Serial məşhur müğənni Ni'Jahın "Sürü" kimi bilinən fandomunun üzvü olan Dre adlı qızdan bəhs edir.
Luar və Şer
Luar və Şer (fr. Loir-et-Cher) — Fransa qərbində yerləşən, Mərkəz - Luara vadisi regionun departamentlərindən biri. Sıra nömrəsi — 41. İnzibati mərkəzi — Blua. == Coğrafiyası == Sahəsi — 6343 km². (Fransada 31-ci yer) Departamentə 3 rayon, 30 kanton və 291 kommun daxildir və həmçinin Er və Luar, Luar, Şer, Endr, Endr və Luara və Sarta departamentləri ilə sərhəddir. Departamentdə Luar və Şer çayları axır. == Tarixi == Luaravə Şer — 1790-cı ilin martında Fransız İnqilabı dövründə yaradılan ilk 83 departamentən biridir. Keçmiş Orleane və Turen əyalətlərinin ərazisində yerləşir. Adı Luar və Şer çaylarından gəlir.
Ser (Yuxarı Alplar)
Ser (fr. Serres, oks. Sèrres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05166. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 708 nəfər (15-64 yaş) arasında 505 nəfər iqtisadi cəhətdən fəal, 203 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 66.2%). Fəal olan 505 nəfərdən 429 nəfər (227 kişi və 202 qadın), 76 nəfər işsiz (33 kişi və 43 qadın) idi.
Sər-i Pul
Sər-i Pul — Əfqanıstanın şimalında şəhər.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 və ya 1472 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.