Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Buşaki
Şahnaz Buşaki (22 oktyabr 1985-ci ildə anadan olub) GS Pétroliers və Əlcəzair komandalarında oynayan əlcəzairli basketbolçudur. == Klub karyerası == Bushaki 2002-ci ildən bəri MC Alger-də səkkiz mövsüm oynadı və ilk mövsümünü orada qırmızı köynəklə keçirdi.Peşəkar karyerasına 2010-cu ildə Əlcəzair Qadın Basketbol Kubokunun GS Petroliers komandası ilə başlamışdır. Buşaki final matçında rəqibləri OC Algeri 73-55 hesabı ilə məğlub edən GS Petroliers komandası ilə 2015 Əlcəzair Qadınlar Basketbol Kubokunu qazanmışdır.O, GS Pétroliers komandası ilə Ərəb Klub Basketbol Çempionatı çərçivəsində bir neçə basketbol yarışında iştirak etmişdir, yəni: Misirdə 2014 Ərəb Qadınlar Klub Basketbol Çempionatı. 2016 Ərəb Qadınlar Klub Basketbol Çempionatı 3x3 Şarjada. == Beynəlxalq karyera == Buşaki 2010-cu ildən Əlcəzair milli basketbol komandasının üzvü idi. 2017-ci ildə o, 2017-ci ildə FIBA Afrika Qadın Klublar Çempionlar Kubokuna vəsiqə qazanan Əlcəzair qadın milli basketbol komandasının üzvü idi. === FIBA === O, yüksək səviyyədə dörd FIBA Afrika zonası tədbirində iştirak edib: 2013 Mozambikdə Qadınlar üçün FİBA Afrika Çempionatı. 2015 Qadın Afrobasket Kamerunda. 2016 Mozambikdə Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku. 2017 Anqolada Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (22.10.1997-01.12.2016). Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti (1975-hal hazıradək). Gəncə Musiqi Kollecinin xanəndə müəllimi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979).
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. == Elmi fəaliyyəti == 1979-1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Vasil Şahnazaryan
Vasil Şahnazaryan (15 noyabr 1992) — Ermənistanlı oxatan. Vasil Şahnazaryan Ermənistanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Vasil Şahnazaryan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 108-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor. == Həyatı == Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır.
Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. == Həyatı və fəaliyyəti == 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. == Ailəsi == == Təltifləri == 23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilmişdir.
Şahbaz Şahbazov
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. == Həyatı == Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Şahbaz Şahbazov (həkim)
Şahbaz Hüseynqulu oğlu Şahbazov- 1926-cı ildə Bakı şəhəri Binə kəndində anadan olub. == Həyatı == Şahbaz Şahbazov Hüseynqulu oğlu 1926-cı ildə Binə kəndində aəanad olub. Orta məktəbi bitirdikdən sonra Bakı feldşerlik məktəbinə daxil olmuş və 1948-ci ildə oranı fərqlənmə ilə bitirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin sanitar-gigiyena fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == 1954-1961-ci illərdə Türkmənistan Respublikasında əvvəlcə Taşauz vilayətinin sanitariya-epidemoloji stansiyasında epidemologiya şöbəsinin müdiri sonralar isə Taşauz şəhər sanitar epidemioloji stansiyasında Baş həkim və çəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 1961-ci ildən 1964-cü ilə kimi o, Azərbaycan Respublikası Elmi Tədqiqat Epidemiologiya və Gigiyena İnstitutunun uşaq damcı infeksiyaları laboratoriyasında kiçik elmi işçi,1964-1970-ci illərdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun təşkilat şöbə müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildə Azərbaycan Respublikasının baş epidemoloqu təyin edirlər. 1981-ci ilə qədər bu vəzifədə çalışır. 1974-1988-ci illər ərzində institutun qarın yatalağı laboratoriyasına və epidemoloji şöbəsinə rəhbərlik etmişdir.
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996; Qaracəmirli, Şəmkir rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şövkət Şahbaz qızı Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. == Həyatı == Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. == Müharibə illəri == İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. == Elmi-pedaqoji fəaliyəti == 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Şahbal
“Shahbal” 2006-cı ildən ”Shahbal Group” tərəfindən istehsal olunur. İran istehsalı olan hərbi təyinatlı, çoxməqsədli PUA-dır. “Şahbal” modelinin uzaqdan idarə olunan vasitələri yalnız hərbi məqsədlər üçün istifadə olunur. PUA kəşfiyyat, patrul, döyüş yerlərinin monitorinqi və s. ilə əlaqəli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Kifayət qədər dar təyinatı səbəbindən “Şahbal” məhdud tətbiq sahəsinə malikdir, lakin bu dronun aşağı qiyməti onu PUA operatorlarının təlimi ilə əlaqədar digər vəzifələrin icrası üçün istifadə etməyə imkan verir. Hərbi təyinatlı pilotsuz hava vasitəsi üçün “Shahbal” pilotsuz aparatı kifayət qədər yığcam ölçülərə malikdir, bu da ona yüksək uçuş sürətini inkişaf etdirməyə və manevrli olmasına imkan verir. 2 metr 5 santimetr füzelaj uzunluğu olan “Shahbal” PUA-sının qanadları 2 metr 48 santimetr, kütləsi isə cəmi 9,5 kiloqram təşkil edir. Cihazın maksimum uçuş çəkisi 17.5 kiloqramdır. “Shahbal” PUA-sı 180 km/saat yüksək uçuş sürətini inkişaf etdirməyə imkan verən aşağı gücə malik porşenli daxili yanma mühərriki ilə təchiz edilir.
Şahbuz
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimik izahı == Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. == Əhali == == İstinadlar == == Xarici keçidlər == Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
Şahdağ
Şahdağ (zirvə) — Azərbaycanın Qusar rayonunda zirvə. Şahdağ platosu — Böyük Qafqazda plato. Şahdağ (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Şahdağ bələdiyyəsi — Azərbaycanın Gədəbəy rayonunda Şahdağ kəndinin bələdiyyəsi. Şahdağ xalqları — Azərbaycanın aborigen əhalisi, etnik azlıqlar. Şahdağ milli parkı — 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmış milli park. Şahdağ Turizm Mərkəzi — Azərbaycanın ilk və ən böyük xizək kurortu. Şahdağ Quba FK - Azərbaycanın Quba rayonunda futbol klubu Şahdağ Qusar — Azərbaycanın Qusar rayonunda futbol klubu. Şahdağ-Şirvan QVK — Azərbaycanın Şirvan şəhərində voleybol klubu.
Şahmar
Şahmar (Culfa)
Şahmat
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move.
Şahnamə
Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir. Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub. Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır. Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
Şahnavaz
Aşağı Şahnavaz (Çaroymaq)
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şahbuz (kənd, Şahbuz)
Şahbuz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Ağnaz
Sasnaj
Sasnaj və ya Sassenaj (fr. Sassenage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38474. Kommunanın 2007-ci il üçün əhalisi 10631 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 199 ilə 1649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 6 km şimal-qərbdə yerləşir.