Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehmed Əbdülhəlim Əfəndi
Mehmed Əbdülhəlim Əfəndi (27 sentyabr 1894 – 18 noyabr 1926) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Əbdülhəlim Əfəndi 27 sentyabr 1894-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun üçüncü xanımı Fatma İqbal xanımdır. 1899-cu ildə Hayri Əfəndi və Cəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. 1914-cü ildə Hayri Əfəndi və Fuad Əfəndiylə birlikdə Almaniya kayzeri II Vilhelmin dəvətiylə Potsdam Hərbi Akademiyasına göndərildilər. Daha sonra onlara Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndi də qatıldı. II Vilhelm bu 4 Osmanlı şahzadəsini şəxsi qvardiyasına üzv seçdi. Potsdamdakı hərbi təhsilini tamamladıqdan sonra, Əbdülhəlim Əfəndi Berlin kral sarayında kapitan rütbəsiylə xidmət etməyə başladı. Birinci Dünya Müharibəsi illərində mühüm vəzifələrə yüksəldi.
Əbdülhəmid
Əbdülhəmid — kişi adı. Ərəb dilində olan bu sözün (ərəb. عبد الحميد ‎) mənası "Həmidin qulu" deməkdir. Bu adı olan tanınmış insanlar I Əbdülhəmid — 1774-1789-cu illər Osmanlı imperatoru. II Əbdülhəmid — 1876-1909-ci illər Osmanlı imperatoru. Əbdülhəmid bəy Qaytabaşı — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.
Əbdülkərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim.DigərƏbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Əbdülməlik
Əbdülmalik — kişi adı. Əbdülmalik əl-Husi — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Əbdülmalik ibn Abdullah əl-Cuveyni — İslam alimi.
II Əbdülhəmid
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
II Əbdülməlik
II Əbdülməlik (Samani) — Samanilər sülaləsinin hökmdarı. II Əbdülmalik (Dərbənd əmiri) — Dərbənd əmiri.
I Əbdülhəmid
I. Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد اول Əbdül-Həmid-i əvvəl) (20 mart 1725[…], Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 7 aprel 1789[…], Konstantinopol) — 27. Osmanlı padşahı və 106. İslam xəlifəsidir. III. Əhmədin oğlu və III. Mustafanın qardaşıdır. == Səltənəti == === Kiçik Qaynarca sülhü === Sultan I. Əbdülhəmid 1768–1774 Osmanlı-Rus Döyüşünün pis vəziyyətdə davam etdiyi bir dövrdə taxta keçdi. Ruslara qarşı qoyula bilməyəcəyini anlayan Osmanlı Dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə imza atdı. Bu müqaviləyə görə Krıma müstəqillik verildi. Ruslar Qara dənizdə ticarət edib, donanma saxlaya bilərdi, Balkanlarda Pravoslav topluluqların hüquqlarını qorumalı idilər. Osmanlı Dövləti, Rusiyaya döyüş təzminatı verəcək; ancaq Rusiya; Əflak, Boğdan, Bessarabiya və Aralıq dənizində işğal etdiyi adaları Osmanlı Dövlətinə geri verəcəkdi, lakin bu bölgələrdə Osmanlı Dövləti ümumi əfv elan edəcək, xalqa din və məzhəb azadlığı verəcək, xalqdan vergi almayacaq, istəyən istədiyi yerə köç edə biləcəkdi. == Ailəsi == === Hərəmxanası === Ayşə Başqadınəfəndi (ö.
Paytaxt:Əbdülhəmid
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943). == Həyatı == 1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır. Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü. === Deportasiya illəri === 1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi.
Əbdülhəmid xan
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
Əbdülhəmid Əfəndizadə
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi. Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Əbdülkərim (Baymak)
Əbdülkərim (başq. Әбделкәрим, rus. Абдулкаримово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 43 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Əbdülkərim Buxari
Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi. == Həyatı == Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi.
Əbdülkərim Qasım
Əbdülkərim Qasım Məhəmməd Bəkr əl-Fədli əl-Zübeyiri (21 noyabr 1914, Bağdad, Bağdad vilayəti, Osmanlı imperiyası – 9 fevral 1963[…], Bağdad) — İraqın 24-cü baş naziri. == Həyatı == Əbülkərim Qasımın atası, Əsli şiə olan Məhəmməd Qasım bəy Bağdadda kiçik sahədə əkinçilik və fermerlik edirdi. 1 ci dünya müharibəsində həlak olan ata oğlunu görmədən vəfat etmişdi.12 yaşında ikən yoxluq içində olan Qasımın anası 4 uşağı ilə oradan köçür. 1931-ci ildə Qasım dövlət məscidində təhsil almağa başlayır. 3 ay sonra Şamiyyə məktəbində oxumağa başlayır. 3 il orda oxuyur, 1934-cü ildə isə təhsilini kollecdə davam etdirir. Kollecdə 7 il oxudqdan sonra bütün işlərini siyasətə yönəldir. 1951-ci ildə İngiltərədəki kursa gedir. İlanların sehrbazı kimi tanınan Qasım siyasətə olan sevgisini yarımçıq qoymur. Həmçinin Kürdüstan müharibəsi, iraq-anqlo müharibəsi,Ərəb-İsrail müharibəsində iştirak edən Qasımın hərbdə də böyük uğurları vardı.
Əbdülkərim xan
Əbdülkərim xan(tatar. Ğabdelkərim, Габделкәрим; ? — 1520)—Həştərxan xanlığının hakimi. == Həyatı == Əbdülkərim xan Əhməd xanın nəvəsidir.Böyük ordanın yardımı ilə Qasım xanı devirib hakimiyyətə yiyələndi. Bu ordanın tərəfində Krım xanlığı və Rusiya ilə müharibələr apardı. Böyük ordanın zəifləməsindən sonra müstəqil siyasət yürütməyə başladı.1498-ci ildə Seyid Məhəmməd xanın yürüşünü dəf etdi. Böyük ordanın süqutundan sonra Krım xanlığı və Noqay Ordasıına meyl etdi.
Əbdülkərim Əfəndiyev
Əfəndiyev Əbdülkərim Yusif əfəndi oğlu (1895, Ərəbşahverdi, Göyçay qəzası – 1934, Göyçay rayonu) – Göyçayın Potı kəndində yaşayıb. Atası Yusif əfəndi Musa əfəndi oğlu, anası Mələknisə Hacı Əbdürrəhman əfəndi qızıdır; öncə Göyçay 2 sinifli məktəbini (1906–1911), sonra Qori seminariyasını bitirib (1914) (burada ona F.B.Köçərli şəriətdən dərs keçib); öncə Göyçay 2 sinifli məktəbində (1916), sonra Sabunçu 1-ci kişi məktəbində müəllim (1917); Tiflis Müəllimlər İn-tu təbiiyyat-coğrafiya fak. girib (1917), ancaq ölkədəki siyasi çaxnaşmalar nəticəsində in-tu buraxaraq yenidən Sabunçuya qayıdaraq müəllimlik edib; 1918–1919-cu tədris ilində ailə işləriylə bağlı oradan çıxıb, ancaq Göyçay əvəzinə Ucara göndərilib; Göyçay rüşdiyyə (ali ibtidai) məktəbinin müəllimi (17.8.1919-dan); Göyçay XTŞ müdiri (1922).
Əbdülkərim Əlizadə
Əbdülkərim Əlizadə (11 yanvar 1906 – 3 dekabr 1979) — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955), 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur. Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi. Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi. Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir.
Əbdülhəmid Momənd
Əbdülhəmid Momənd (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba (1660, Pişəvər – 1732, Pişəvər) — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. == Həyatı == 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Əbdüləzim Sərkar
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az.-əbcəd ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. == Həyatı == Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Əbdüləli Karəng
Əbdüləli Karəng (1923-?) — İran ədəbiyyatşünası. == Həyatı == 1954-cü ildə «Heydərbabaya salam» əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng pоemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də pоemanın xüsusi məziyyətlərindən söhbət açır.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967.
II Əbdülməlik (Samani)
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar.Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs. ISBN 0-521-20093-8 E. Merçil (1989).
II Əbdülməlik Samani
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar.Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs. ISBN 0-521-20093-8 E. Merçil (1989).
Mehmed Əbdülkərim Əfəndi
Mehmed Əbdülkərim Əfəndi (26 iyun 1906, Konstantinopol – 3 avqust 1935 və ya 30 avqust 1935, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Əbdülkərim Əfəndi 1906-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi, anası isə Nilüfər xanım idi. Qalatasaray litseyindən məzun olmuşdur. Hərb akademiyasında təhsil alarkən 1924-cü ildə çıxan qanunla bütün ailəsi ilə birlikdə sürgünə göndərildi. Əvvəlcə atasıyla birlikdə Livanın Cuniyə şəhərində məskunlaşdı. Burada xristian qonşularının qızı ilə bir-birini sevdilər. Qız dinini dəyişərək Nemət adını aldı və cütlük 1930-cu ildə evləndi. Buna baxmayaraq atası Səlim Əfəndi bu evliliyi qəbul etmədi.