HƏSSASLIQ

is.
1. Həssas adamın xüsusiyyəti, keyfiyyəti.
[Dilbər Əbdüləli bəyə:] Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. C.Cabbarlı.
Gülər [Elmarın] bu həssaslığına heyrətdən çox, tavanasız bir dərd ilə baxırdı. İ.Əfəndiyev.

2. Həssas şeyin keyfiyyəti. Cihazın həssaslığı. Dərinin həssaslığı.
3. Həssaslıqla şəklində zərf – diqqətlə, qayğı ilə, qayğıkeşliklə, ürək yanğısı ilə, xeyirxahlıqla. Şikayətçini həssaslıqla dinləmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏSSASLIQ canıyananlıq — qayğıkeşlik — diqqətlilik
  • HƏSSASLIQ sayıqlıq — ayıqlıq — hüşyarlıq
  • HƏSSASLIQ təsirlilik — kəskinlik — ehtiraslılıq
HƏSSAS
HƏŞƏM

Digər lüğətlərdə