Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülqəni Nuxəvi
Əbdülqəni Nuxəvi (1817-1879) — Nuxa qəzasının baş qazısı, dövrünün görkəmli ədəbiyyatşünası, pedaqoqu, xəttatı, əlyazma kitabı tərtibatçısı, Azərbaycanlı alim. Əbdülqəni Məhəmməd əfəndi oğlu 1817-ci ildə Şəkidə anadan olmuşdur. XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı. Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur. Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur.
Əbdülqəni Əliyev
Əbdülqəni Zəhmət oğlu Əliyev (21 oktyabr 1963, Bakı) — aktyor, rejissor. Əbdülqəni Əliyev 21 oktyabr 1963-cü ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1980-1984), Moskvada ÜDKİ-nin quruluş fakültəsinin aktyor şöbəsində təhsil alıb (1986-1990). Yuğ Teatrında, NRC-da, ABA, Space, AzTV, İTV televiziya kanallarında çoxsaylı verilişlərin rejissoru olub. Reklam və kliplər çəkib. Sahilsiz gecə (film, 1989) Oyun (film, 1996) Fatehlərin divanı Hər şey yaxşılığa doğru Yalançılar (film, 2008) Əlavə təsir (film, 2010) Sirr (serial, 2012) Qanun naminə (serial, 2013) 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Nail) Məryəm (serial, 2016) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Əbdülqəni Nuxəvi Xalisəqarızadə
Əbdülqəni Nuxəvi (1817-1879) — Nuxa qəzasının baş qazısı, dövrünün görkəmli ədəbiyyatşünası, pedaqoqu, xəttatı, əlyazma kitabı tərtibatçısı, Azərbaycanlı alim. Əbdülqəni Məhəmməd əfəndi oğlu 1817-ci ildə Şəkidə anadan olmuşdur. XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı. Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur. Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur.
Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə

Əbdülqədir Geylani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Əbdülqədir Marağayi
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Əbdülqədir Paşa
Əbdülqədir Paşa (ö. 1685) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Atası Sultan Mehmed dönəminin kaptan-ı dəryalarından Hüsambəyzadə Əli Paşadır. Bu səbəblə bəzi mənbələrdə Hüsambəyzadə olaraq anılır. Dərya bəylərindən olub, atasının vəfatının ardından 1661-ci ilin dekabrında kaptan-ı dəryalığa gətirildi. Ancaq 2 ay sonra vəzifədən alınaraq Rodos bəylərbəyi, 1663-cü ildə isə Sivas sancaqbəyi olaraq təyin edildi. Ardından ikinci dəfə Rodos bəylərbəyliyinə təyin edilsə də, çox keçmədən kaptan olaraq Qara dənizə göndərildi. 1680-ci ildə Mustafa Paşanın vəfatı ilə başsız qalan Osmanlı donanmasını İstanbula gətirmişdir. Bu xidməti mükafatlandırıldı və üçüncü dəfə Rodos bəylərbəyi təyin edildi.
Əbdülqədir Əfəndi
Əbdülqədir Əfəndi (1514, Konstantinopol – 18 aprel 1594, Konstantinopol) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı. 1514-cü ildə İstanbulda dünyaya gəlmişdir. Yavuz Sultan Səlim dövrünün Rumeli başqazılarından Müəyyədzadə Əbdürrəhman Əfəndinin qardaşı Şeyx Hacı Əfəndinin oğludur. Bu səbəblə Şeyxi təxəllüsü ilə tanınır. İlk təhsilini aldıqdan sonra dayısı və qaynatası olan Əbusuud Əfəndinin müridi oldu və ondan mədrəsə təhsili aldı. Müdərrisliyə isə Gəliboludakı Saruca Paşa və Bursadakı İldırım mədrəsələrində başladı. Daha sonra 1551–1562-ci illərdə Çorluda Əhməd Paşa, İstanbulda Hasəki, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris, ardından Dəməşq, Misir, Bursa və İstanbulda qazı olaraq xidmət göstərdi. 1570-ci ildə Anadolu, 1571-ci ildə Rumeli başqazısı oldu. 1573-cü ildə bu vəzifədən öz istəyilə ayrıldı və 1583-cü ildə Süleymaniyə darülhədisinə müdərris oldu. 8 may 1587-ci ildə Çivizadə Mehmed Əfəndinin ölümü ilə şeyxülislamlığa gətirildi.
Əbdülqədir Aksu
Əbdülqədir Aksu – 12 oktyabr 1944 Diyarbakır. Türkiyəli siyasətçi. Türkiyənin keçmiş Daxili İşlər naziri və hazırda Vakıfbankın idarə heyətinin üzvü. O, Türkiyənin 59-cu hökumətində Daxili İşlər naziri, TBMM-nin 22, 23 və 24-cü dövrlərində Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkillərindəndir. Daha əvvəl TBMM-nin 18 və 20-ci dövründə Ana Vətən Partiyası Diyarbəkir millət vəkili, 21-ci dövrdə Fəzilət Partiyasının İstanbul millət vəkili olub. 47-ci hökumətdə 2 il Daxili İşlər naziri, 53-cü hökumətdə isə Cənub-Şərqi Anadolu layihəsindən məsul olan dövlət naziri vəzifələrində çalışıb. Cümhuriyyət tarixində Şükrü Kaya (4028 gün) və Süleyman Soyludan (2521 və hələ də davam edir) sonra ən uzun müddət (2444 gün) Daxili İşlər naziri olan üçüncü şəxsdir. Əbdülqədir Aksu 1944-cü il 12 oktyabrda Diyarbəkirda anadan olub. Ailəsi əsasən kürd mənşəli olan Aksunun babası isə Rumelidən sürgün edilmiş bir alban idi. Babası Osman ağa, Diyarbəkirə gələndən sonra kürd Cəmil Paşanın kürəkəni olub.
Əbdülqədir üsyanı
Əbdülqədir üsyanı — 1832–1847 illərdə Əmir Əbdülqadirin rəhbərliyi ilə Əlcəzairdə fransız işğalçılarına qarşı xalq üsyanı. Üsyanın gedişində Oran vilayətinin ərəb-bərbər tayfaları fransızları dəfələrlə məğlubiyyətə uğratmış, onları 24 fevral 1834-cü il və 30 may 1837-cü ildə sülh müqavilələri bağlamağa məcbur etmişdilər. Fransa Əbdülqadirin hakimiyyətini tanımışdı. Üsyançılar Qərbi Əlcəzairin çox hissəsində əmirlik yaratmışdılar. Əmirliyin müxtəlif tayfalarının könüllüləri ilə yanaşı, nizami ordusu da var idi. Silah və hərbi sursat istehsalı nizama salınmış, bir neçə müdafiə xətti yaradılmışdı. 18 oktyabr 1838-ci ildə Fransa hökuməti 1837-ci il sülh müqaviləsini pozmuşdu. General Büjonun 100 minlik ordusu 1843-cü ildə iri feodalların satqınlığı nəticəsində zəifləyən əmirliyin ərazisini işğal etmişdir. Əbdülqadir Mərakeşdə gizlənmişdir. 1845–1846 illərdə mübarizəni davam etdirən Əlcəzair xalqı yenidən işğalçılara qarşı çıxdıqda, Mərakeşdən qayıdan Əbdülqadir üsyana başçılıq etmişdir.
Əbdüləli Karəng
Əbdüləli Karəng (1923-?) — İran ədəbiyyatşünası. 1954-cü ildə «Heydərbabaya salam» əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng pоemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də pоemanın xüsusi məziyyətlərindən söhbət açır.
Əbdüləli Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri. Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib. Daha sonra Şəki, Lənkəran və Bakıda müəllim kimi fəaliyyət göstərib. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi.
Mirzə Əbdülqədir Vüsaqi
Mirzə Əbdülqədir Vüsaqi və ya Əbdülqadir İsmayılzadə (1865, Sayadlı, Xızı rayonu – 1914, Bakı) ― azərbaycanlı şair, yazıçı. “Şah İsmayıl”, “Seyfəlmülk” opera librettolarının, “Yusif və Züleyxa”, “Əli xan” və “Şahzadə İsmayıl” adlı dram əsərlərinin müəllifidir. Mikayıl Müşfiqin atasıdır. Əbdülqadir İsmayılzadə 1865-ci ildə Xızıda Sayadlı kəndində anadan olub. Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub. İbtidai təhsilini əvvəl öz atası Molla İsmayıldan alıb. Bir az sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib. Sonra 1902-ci ildə Bakıya köçmüş burada müəllimlik fəaliyyətinə davam etmişdir. Bir müddət Cəfər Cabbarlıya da dərs deyib.
Əbdülqədir Həmidi Çələbi
Əbdülqədir Həmidi Əfəndi (İsparta – 1548, Bursa) — Osmanlı alimi, müdərrisi, şairi və şeyxülislamı. Həmid sancaqbəyliyinə bağlı İspartalı Mehmed Əfəndinin oğludur. Bu səbəblə Həmidi və ya İsparta Çələbisi olaraq anılır. Müxtəlif şəxslərdən din dərsləri aldı və Qara Seyid Əfəndi tərəfindən məzun oldu. Zeyrəkzadə Rüknəddin Əfəndinin müridi olmuş, Bursadakı Sultan mədrəsəsində onun xidmətini görmüşdür. Bir müddət sonra Sultan Süleyman Qanuninin yaxın adamlarından Mustafa ağaya xüsusi dərslər verdi. Onun vasitəçiliyi ilə İstanbulda Hacı Həsənzadə, Bursada Sultan və ardından İstanbulda Sahn-ı Səman mədrəsələrində müdərris oldu. Daha sonra qazı olaraq Bursa və İstanbulda fəaliyyət göstərdi, 1523-cü ildə isə Anadolu başqazısı oldu. 14 il qaldığı bu vəzifədə dürüstlüyü ilə tanınan Əbdülqədir Əfəndi bir çox hadisəyə də şahid oldu. Rumeli başqazısı olan Fənarizadə ilə birlikdə Molla Qabizi divan məclisində mühakimə edə bilmədiyi üçün Sultan Süleyman tərəfindən danlanmış, elmi yetərsizliyi və bəzi siyasi məsələlər səbəbilə 1537-ci ildə 150 axca təqaüdlə vəzifədən alındı.
Əbdülqədir Kamil Məhəmməd
Əbdülqədir Kamil Məhəmməd (ərəb. عبد القادر كميل محمد‎; fr. Abdoulkader Kamil Mohamed; 1 iyul 1951, Obok regionu[d]) — 2013-cü ildən etibarən Cibutinin Baş naziri olan cibutili siyasətçi. Məhəmməd 1951-ci ildə indiki Cibutinin şimalında yerləşən Obok bölgəsindəki Souali şəhərində anadan olub. Fransanın Limoja Universitetində təhsil alıb, texniki elmlər dərəcəsinə sahibdir, ixtisası isə su təsərrüfatı və ətraf mühitdir. Məhəmməd fəaliyyətinə Cibutidə su idarəsində başladı. Orada 1978–1979-cu illərdə müvəqqəti baş direktor, 1983–2005 -ci illərdə isə baş direktor olaraq çalışdı. 1981-ci ildə Məhəmməd Tərəqqi uğrunda Xalq Partiyasına qatıldı. 2012-ci ilin sentyabr ayında TXP-ın vitse-prezidenti seçilənə qədər tədricən siyasi arenada yüksəldi. 2012-ci ilin noyabrında birliyin prezidenti təyin edildi.
Əbdüləli bəy Xələfov
Əbdüləli bəy İsmayıl bəy oğlu Xələfov (1873-)— I Dünya müharibəsi veteranı. İsmayıl bəyin ikinci oğlu Əbdüləli bəy 1873-cü ildə Zəngəzur qəzasının Ağanus kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Əbdüləli bəy Xələfov I Dünya Müharibəsində iştirak etmişdi. Sultan Laçın babası haqqında yazır: "Əbdüləli bəy 120 ilə yaxın ömür sürmüşdü. Savad almasa da, sinədəftər olan bu müdrik kişidən şirin söhbətləri, bayatıları ilə yanaşı, bir neçə əşya da xatirə qalmışdı. Uşaq ikən ən çox diqqətimi cəlb edən babamın quzu dərisindən olan buxara papağı, böyük nağarası və bir də iri polad xəncəri idi… Həmin xəncərlə o, məşhur el qəhrəmanı Sultan bəyin dəstələrindəki döyüşlərdə neçə erməni başı kəsmişdi. Əbdüləli bəy 1914-cü ildə könüllü olaraq I Cahan Savaşına yollanmış azsaylı Azərbaycan türklərindən biri idi. "Dikiy (vəhşi) diviziya" adlanan məşhur müsəlman hərbi hissəsinin tərkibindəki süvari alayında Polşanın Krakov quberniyasına qədər döyüşlərdə iştirak etmişdi.
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri. Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib. Daha sonra Şəki, Lənkəran və Bakıda müəllim kimi fəaliyyət göstərib. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi.
Əbdüləli mirzə Ehtişamüddövlə
Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi. Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi. Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi. Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Əbdüləli xan Qaragözlü
Əbdüləli xan Abdulla xan oğlu Qaragözlü (1870-?)—Şamlı elinin Qaragözlü oymağından olan iran ordusunun generalı. Azərbaycan xalqının vətəni müdafiə uğrunda hərbi şücaəti qədim və zəngin tarixə malikdir. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Belə qəhrəman oğullardan biri də Əbdüləli xan Qaragözlüdür. Hərbçi ailəsində doğulan bu igid sərkərdə tez bir zamanda İran ordusunda nizam-intizamı, bilik-bacarığı, sərrast strategiyası ilə ad çıxarmışdı. Əbdüləli xan Qaragözlü Mənsurəddövlə ləqəbini daşıyırdı. Tanınmış Qaragözlü tayfa başçısı Nasirülmülkün nəvəsi idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 5, səh.66–79.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. == Həyatı == 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.
Əbdülqeys
Əbdülqeys (ərəb. عبد القيس‎) — Şimali Ərəbistan tayfalarının Rəbiə qolundan olan qədim ərəb qəbiləsi. Qəbilənin adı “Qeysin (tanrı) qulu” mənasındadır. O, əvvəlcə Cənubi Ərəbistandakı əl-Arid bölgəsində məskunlaşan və şimal-qərbə doğru şimaldan Sudeyr və cənubdan əl-Xarca qədər uzanan əraziyə köç edən qəbilə qruplarına mənsub idi. Sonralar ərəb şəcərə ənənəsində bu qəbilələr şimal ərəb Məad konfederasiyasının bir qolu olan Rəbiə adlanırdı. İslamdan əvvəlki dövrlərdə Əbdülqeys qəbiləsi tez-tez İrana basqın edirdi. Sasani şahı II Şapur (h. 309-379) ərəb qəbilələrinə qarşı ekspedisiyaya başçılıq etmiş və bu ekspedisiya zamanı Əbdülqeys qəbiləsinin əksəriyyətini qətlə yetirmişdir. Daha sonra bir neçə Əbdülqeys qəbiləsi Şapur tərəfindən İranın Kirman əyalətinə köçürüldü. 5-ci əsrə qədər Əbdülqeys qəbiləsi köçəriliyə keçərək cənubi Nəcddə (mərkəzi Ərəbistan) Tuveyq dağından kənarda məskunlaşdılar. 6-cı əsrdə qəbilə Şərqi Ərəbistandakı Əl-Əhsa və Qətif vahələrindən şimal-şərqə doğru köç etdi.