Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfqanıstan
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Əfqanıstanda futbol
Əfqanıstanda futbol — Əfqanıstanda iki ən məşhur idman növündən biri. Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş, Əfqanıstan Futbol Federasiyası 1948-ci ildən FİFA-ya üzv olmuşdur. Təhlükəsizlik məsələlərinə görə ölkədə futbolda iştirak yüksək səviyyədə deyil. "Taliban"ın hakimiyyəti illərində Əfqanıstanda idmana ciddi qadağalar qoyulmuşdu. Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu. Həmin dövrdə Əfqanıstanda futbol qarşılaşmaları məhz ölkədə baş verən hadisələrin fonunda keçirilirdi. "Taliban" tərəfdarları futbolçuların müasir geyimini "ədəbsiz" sayaraq, onlara şort geyinməyi qadağan etmişdir. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə baxmayaraq, əfqan xalqı yenə də "Qazi" stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Amma tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.
Əfqanıstanda xristianlıq
Xristianlar tarixən Əfqanıstanda kiçik icmadan ibarət olublar. Beynəlxalq Xristian Konserninə görə Əfqanıstandakı xristianların ümumi sayının hazırda 15.000 ilə 20.000 arasında olduğu təxmin edilir. Əfqan xristianlarının demək olar ki, hamısı islamı qəbul etmişlər. Pyu Araşdırma Mərkəzi 2010-cu ildə Əfqanıstanda 40.000 əfqan xristianın yaşadığını təxmin edir. Əfqanıstan İslam Respublikası bir çox mühacir (baxmayaraq ki, 2014-cü ildən 2021-ci ilə qədər ölkənin birinci xanımı olan Rula Qani Livandan olan maronit xristiandır) istisna olmaqla, heç bir Əfqanıstan vətəndaşını xristian kimi tanımırdı. Əfqan vətəndaşlarına xristianlığı qəbul etməyə qanuni icazə verilmir; qeyri-müsəlmanların müjdə verməsini qadağan edən açıq qanunlar olmasa da, bir çox səlahiyyətlilər və Əfqanıstan cəmiyyətinin əksər üzvləri bunun tətbiqini islama zidd hesab edirlər. Əfqanıstanda qanuni olaraq tanınan yalnız bir xristian kilsə binası var, bu da İtaliya səfirliyində 1930-cu illərdən etibarən fəaliyyət göstərən Katolik kilsəsidir. Əfqanıstan Konstitusiyası islam qanunlarının hüquqi çərçivəsi daxilində olduğu və islam dinini təhdid etmədiyi halda islamdan başqa dinlərin etiqadına icazə verir. Ancaq inancını xristianlığa dəyişən müsəlmanlar ictimai və rəsmi təzyiqlərə məruz qalırlar ki, bu da əmlaklarının müsadirəsi, həbs və ya ölümlə nəticələnə bilər. Bir neçə əfqan xristianı konstitusiya hüquqlarına zidd olan sərt şəriət tərəfdarlarının təsiri nəticəsində öz inanclarını tətbiq etdikləri üçün həbs edilib.
Əfqanıstanda rabitə
Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil. Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi.
Feyzabad (Əfqanıstan)
Feyzabad — Əfqanıstanda şəhər.Feyzabad şəhəri 7 kvadrat kilometr əraziyə malikdir və cəmi 44.421 nəfər əhaliyə malikdir və dəniz səviyyəsindən 1.254 metr yüksəklikdədir.
Qarabağ (Əfqanıstan)
Qarabağ (fars. قره‌باغ‎) — Əfqanıstanın Kabil vilayətinin Qarabağ vulusvalisində şəhər. Ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Əfqanıstan Prezidenti
Əfqanıstanın Prezidenti (puşt. د افغانستان د اسلامي جمهوریت رئیس) — Əfqanıstan İslam Respublikasının prezidenti konstitusiyaya görə Əfqanıstan İslam Respublikasının dövlət və hökumət başçısı (2004–2021) və Əfqanıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuşdur. 2004-cü il Əfqanıstan Konstitusiyasının 62-ci maddəsində deyilir ki, Prezident vəzifəsinə namizəd üçün: Əfqan vətəndaşı olan, müsəlman vətəndaşı olmaq; başqa ölkənin vətəndaşı olmamaq; namizədliyini elan edərkən ən azı qırx yaşında olmaq; bəşəriyyətə qarşı törədilmiş cinayətə, cinayət əməlinə görə məhkum edilməmiş və ya məhkəmə tərəfindən vətəndaş hüquqlarından məhrum edilmiş; əvvəllər prezident olaraq iki dəfədən çox vəzifə etməmişlər.
Əfqanıstan Respublikası
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Əfqanıstan bayrağı
Əfqanıstan bayrağı — Əfqanıstanın dövlət rəmzi. İndiki Əfqanıstan bayrağının quruluşu 1997–2001-ci illərdəki Əfqanıstan İslam Əmirliyi bayrağı ilə eynidir Bayraqda ağ rəng üstündə qara rəngdə Kəlmeyi-Şəhadət yazılıb (Mən şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur, və yenə şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir).
Əfqanıstan coğrafiyası
Əfqanıstan Cənubi Asiyada, 60°30' və 75°E uzunluqları və 20°21' və 38°30'Ş. arasında, əsasən İran Yaylasının şimal-şərq hissəsində yerləşən dövlətdir. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona ən yaxın su hövzəsi olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar.
Əfqanıstan dilləri
Əfqanıstan dilləri — Əfqanıstan Respublikasında rəsmi və qeyri rəsmi işlədilən dillər. Hal hazırda ölkədə dəri və puştu dövlət dili kimi qəbul olunub. Bundan başqa ölkədə özbək, türkmən, bəluc, paşai və nuristan dilləridə geniş yayılıb. 1980-cı ildən bu dillər üstünlük təşkil etdiyi bölgələrdə xüsusi status əldə etmişlər. 2004-cü ildən, Əfqanıstan Konustutiyasının 16-cı maddəsinə əsasən türk dilləri (özbək və türkmən), bəluc, paşai, nuristan və pamir dilləri üçüncü rəsmi dil hesab olunur 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna farsi-kabili deyirdilər) olmuşdur. Geniş əhali kütləsi, o cümlədən puştular bu dildə danışırdılar. Dəri dili şəhərlərdə bu günə qədər geniş yayılmışdır. 1936-cı ildən puştu dili ikinci dövlət dili kimi qəbul edildi. 1964-cü ildən isə əhəmiyyətinə görə birinci dilə çevrilir. Əfqanıstanda yaşayan xalqlar 30-dan artıq dildə danışır.
Əfqanıstan himni
Əfqanıstan dövlət himni (puşt. ملي سرود Milli Sürud) – 2006-ci ilin may ayında təsdiq və rəsmi elan edilib. Əfqanıstan konstitusiyasına görə Əfqanıstanın dövlət himni həm puştu həm dəri dillərində olmalıdır, həm də Allahu Əkbər (Allah ən böyükdür) və Əfqanıstanda yaşayan millətlərin adlarını qeyd etməlidir. Sözlərinin müəllifi Əbdul Bari Cahanidir və bəstəkarı Bəbrək Vasadır.
Əfqanıstan iqtisadiyyatı
Əfqanıstan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən ümumi daxili məhsul (ÜDM) baxımından dünyada 102-ci yerdədir. Əfqanıstan dünyanın ən geridə qalmış ölkələrindən biridir. Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006). İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur. Əfqanıstanın aqrar quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin əksəriyyəti əvvəllər olduğu kimi, hələ də əl ilədir. Əkinçilik süni suvarmaya möhtacdır. İqlimin çox quraq olması, atmosfer yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi əkin sahələrinin suvarılmasını tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln. hektardır, bunun 2,6 mln.
Əfqanıstan müharibəsi
Əfqanıstan müharibəsi (1979-1989)
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Əfqanıstan rabitəsi
Əfqanıstan sənədləri
Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu. Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir. The Afghanistan Papers: A Secret History of the War. New York: Simon & Schuster (August 31, 2021 tarixində nəşr olunub). 2021. ISBN 978-1-9821-5900-9.
Əfqanıstan tarixi
Əfqanıstan tarixi — Əfqanıstanın keçmiş dönəmi. XVII əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisinə hind-ari tayfaları basqın edir və Qəndəhar əyaləti yaranır. VI əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisi Əhəmənilər dövlətinin tərkibinə qatılır. IV əsr bizim eradan əvvəl —Makedoniyalı İsgəndər Əfqanıstan ərazisini ələ keçirir. Sonra Selevkilər dövlətinin tərkibinə daxil olur. Yunan-Baktriya dövləti I-V əsr — Kuşan dövlətinin tərkibində. V əsr — Əfqanıstan ərazisi eftalitlərin əlinə keçir. VI əsr — Əfqanıstan ərazisi Sasanilər imperiyasının tərkibinə qatılır. XI əsrdə — Qəznəvilər dövlətinin ərazisinə qatılmışdı. 1148–1206-ci illərdə Əfqanıstan Qurilər dövlətinin tərkibində idi.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Əfqanıstan şəhərləri
Əfqanıstan
Əfqanıstan Əmirliyi
Əfqanıstan Əmirliyi (Puştu: د افغانستان امارت Da Afghānistān Amārat, Farsca: امارت افغانستان Amārat-i Afghānistān) — 1919-cu ilə qədər Britaniyanın protektoratı olan müasir Əfqanıstan ərazisində dövlət. 1926-cı ildə padşah olan əmir Amanullah tərəfindən Krallığa (Konstitusiyalı monarxiya) çevrilmişdir. 1879-cu ildə növbəti İngiltərə-Əfqan müharibəsindən sonra Əmir Yaqub-xan müqavilə imzaladı. Müqaviləyə əsasən Əfqanıstan Britaniyanın protektoratına çevrildi. Sonra əvvəllər Rusiya imperiyasında gizlənən Əbdürrəhman Əfqanıstan əmiri oldu. XIX əsrin sonunda Əbdürrəhmanın dövründə Böyük Britaniya və Rusiya Əfqanıstanın bu gün də mövcud olan müasir sərhədlərini birgə müəyyən etdilər. Əmir Həbibullah 20 fevral 1919-cu ildə ov edərkən öldürüldü. Əmir Həbibullahın ölümündən sonra üçüncü oğlu Amanullah hakimiyyətə gəldi. O, ilk növbədə 1919-cu ildə üçüncü İngiltərə-Əfqan müharibəsini apardı və bu müharibə başa çatdıqdan sonra tədricən ölkənin Britaniya imperiyasından tam müstəqilliyinə nail oldu . On illik hakimiyyəti dövründə Amanullah-xan Əfqanıstanda tez və tam islahat aparmağa çalışdı.
Əfqanıstan əfqanisi
Əfqanıstan əfqanisi ((simvolu: Afs; puşt. افغانۍ; dəri افغانی; kodu: AFN)) - Əfqanıstan respublikasının pul vahidi. 1 əfqani 100 pula bölünür, baxmayaraq ki, artıq pul dövriyyədə deyil. İlk əfqani (ISO 4217 kodu: AFA) 1925-ci ildə təqdim olundu. Bir əfqani 100 pula bölünürdü, 20 əfqani isə bir əmaniyə bərabər idi. Bu əfqani 9 qram gümüş tərkibə malik idi. Birinci dünya müharibəsi dövrü istisna olmaqla, Əfqanıstanın valyuta məzənnəsi bazar qüvvələri tərəfindən sərbəst şəkildə müəyyən edilmişdir. Ancaq bəzi dövrlərdə Əfqanıstanda iki fərqli məzənnə rejimi mövcud idi: Əfqan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi valyuta məzənnəsi və Kabilin Saraya Şahzadə adlı pul bazarında təklif və tələbkar qüvvələr tərəfindən müəyyən edilmiş sərbəst bazar məzənnəsi. Əfqanıstanın Mərkəzi Bankı olan Də Əfqanıstan Bankının yaradılmasından sonra belə imtiyazlı rəsmi sabit məzənnə tətbiq olunmağa davam etmişdi. Də Əfqanıstan Bankı rəsmi nisbətini Saraya Şahzadənin valyuta məzənnəsinə yaxın tutmağa çalışsa da, 1980-ci illərdə və vətəndaş müharibəsi dövründə rəsmi və sərbəst valyuta məzənnələri arasındakı boşluq genişləndi.
Əfqanıstan kürdləri
Əfqan kürdləri, Əfqanıstanda kürd mənşəli etnik qrupdur. Onlar dəfələrlə Əfqanıstanda olublar. Əfqanıstandakı kürdlər hələ monqol istilası zamanı kürdlər İranın şimal-qərbindən indiki Əfqanıstanda monqollarla döyüşmək üçün götürüldükdə gəldi; Xorasan kürdlərinin türkmən və özbək köçəriləri ilə döyüşmək üçün öz torpaqlarından götürülməsi ilə eyni səbəb. Kürdlər müxtəlif vaxtlarda Əfqanıstana gələrək orada yaşayıblar. Kürdlərin Əfqanıstana köçünün digər böyük dalğası onların Əfşar sülaləsi dövründə İran Kürdüstanından daha böyük Xorasana miqrasiyasının davam etməsi idi. Nadir şahın ordusunu iki əsas qrup təşkil etdi. Birincisi, döyüş və döyüşə rəhbərlik edən Şahsevən türkləri, ikincisi isə Nadirin ordusunda ehtiyatda olan kürd dəstəsi idi. Əfqan kürdlərinin əksəriyyəti monqollara qarşı döyüşmək üçün gətirilən kürdlərin nəslindən və ya Əfqanıstana köçmüş kürdlərin nəslindən və ya Nadir şaha sadiq kürdlərin nəslindən olsa da, 1980-ci illərdə İslamçı kürdlərin əhəmiyyətli bir hissəsi Əfqanıstana qarşı döyüşmək üçün gəlmişdi. Əfqan kürdləri bu gün daha çox assimilyasiya olunurlar, lakin onlar özlərini kürd kimi tanıyır, əksəriyyəti Dari dilini ana dili kimi danışır və onların arasında kürdcə danışanların sayı çox azdır. Əfqan kürdlərinin bir çoxu şəhərlərdə məskunlaşsa da, bir çoxları hələ də Əfqanıstan dağlarında keçi və qoyunlarla birlikdə köçəri həyat tərzi keçirirlər.
Əfqanıstan tatarları
Əfqanıstan tatarları (tatar. Äfğanistan tatarları; fars. تاتارهای افغانستان‎) Əfqanıstanda türk etnik qrupdur. Çox kiçik bir icma əfqan tatar dilində danışır, böyük əksəriyyəti isə ya dari, puştu, özbək və ya türkmən dilində danışır. Əfqan tatarları Qızıl Ordaya qoşularaq Əfqanıstana gələn, ilk olaraq Cənubi Türküstanında məskunlaşan Tatar köçərilərindən olduğunu iddia edirlər. Onlar kənd yerlərində, əsasən Cənubi Türküstanının Səməngan və Bəlx bölgələrində köçəri həyat sürürlər, eyni zamanda müxtəlif digər vilayətlərdə də varlar. Əfqan tatarlarının yerli icma liderləri onların əhalisinin təxminən 100.000 nəfər olduğunu təxmin edirlər, baxmayaraq ki, Əfqanıstanda onilliklər ərzində siyahıyaalma aparılmayıb. Əfqan tatar dili bu gün təhlükə altındadır, yalnız çox kiçik bir azlıq bu dildə danışır. Əfqan tatarlarının əksəriyyəti məskunlaşdıqları bölgənin dilini mənimsəmişlər. Onlar tarixlərinin böyük bir hissəsini uzaq bir həyat sürmüşlər.