əfqanıstan

is. Afganistan m

Əfqanıstan
əfsanə
OBASTAN VİKİ
Feyzabad (Əfqanıstan)
Feyzabad — Əfqanıstanda şəhər.Feyzabad şəhəri 7 kvadrat kilometr əraziyə malikdir və cəmi 44.421 nəfər əhaliyə malikdir və dəniz səviyyəsindən 1.254 metr yüksəklikdədir.
Qarabağ (Əfqanıstan)
Qarabağ (fars. قره‌باغ‎) — Əfqanıstanın Kabil vilayətinin Qarabağ vulusvalisində şəhər. Ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Əfqanıstan kürdləri
Əfqan kürdləri, Əfqanıstanda kürd mənşəli etnik qrupdur. Onlar dəfələrlə Əfqanıstanda olublar. Əfqanıstandakı kürdlər hələ monqol istilası zamanı kürdlər İranın şimal-qərbindən indiki Əfqanıstanda monqollarla döyüşmək üçün götürüldükdə gəldi; Xorasan kürdlərinin türkmən və özbək köçəriləri ilə döyüşmək üçün öz torpaqlarından götürülməsi ilə eyni səbəb. Kürdlər müxtəlif vaxtlarda Əfqanıstana gələrək orada yaşayıblar. Kürdlərin Əfqanıstana köçünün digər böyük dalğası onların Əfşar sülaləsi dövründə İran Kürdüstanından daha böyük Xorasana miqrasiyasının davam etməsi idi. Nadir şahın ordusunu iki əsas qrup təşkil etdi. Birincisi, döyüş və döyüşə rəhbərlik edən Şahsevən türkləri, ikincisi isə Nadirin ordusunda ehtiyatda olan kürd dəstəsi idi. Əfqan kürdlərinin əksəriyyəti monqollara qarşı döyüşmək üçün gətirilən kürdlərin nəslindən və ya Əfqanıstana köçmüş kürdlərin nəslindən və ya Nadir şaha sadiq kürdlərin nəslindən olsa da, 1980-ci illərdə İslamçı kürdlərin əhəmiyyətli bir hissəsi Əfqanıstana qarşı döyüşmək üçün gəlmişdi. Əfqan kürdləri bu gün daha çox assimilyasiya olunurlar, lakin onlar özlərini kürd kimi tanıyır, əksəriyyəti Dari dilini ana dili kimi danışır və onların arasında kürdcə danışanların sayı çox azdır. Əfqan kürdlərinin bir çoxu şəhərlərdə məskunlaşsa da, bir çoxları hələ də Əfqanıstan dağlarında keçi və qoyunlarla birlikdə köçəri həyat tərzi keçirirlər.
Əfqanıstan tatarları
Əfqanıstan tatarları (tatar. Äfğanistan tatarları; fars. تاتارهای افغانستان‎) Əfqanıstanda türk etnik qrupdur. Çox kiçik bir icma əfqan tatar dilində danışır, böyük əksəriyyəti isə ya dari, puştu, özbək və ya türkmən dilində danışır. Əfqan tatarları Qızıl Ordaya qoşularaq Əfqanıstana gələn, ilk olaraq Cənubi Türküstanında məskunlaşan Tatar köçərilərindən olduğunu iddia edirlər. Onlar kənd yerlərində, əsasən Cənubi Türküstanının Səməngan və Bəlx bölgələrində köçəri həyat sürürlər, eyni zamanda müxtəlif digər vilayətlərdə də varlar. Əfqan tatarlarının yerli icma liderləri onların əhalisinin təxminən 100.000 nəfər olduğunu təxmin edirlər, baxmayaraq ki, Əfqanıstanda onilliklər ərzində siyahıyaalma aparılmayıb. Əfqan tatar dili bu gün təhlükə altındadır, yalnız çox kiçik bir azlıq bu dildə danışır. Əfqan tatarlarının əksəriyyəti məskunlaşdıqları bölgənin dilini mənimsəmişlər. Onlar tarixlərinin böyük bir hissəsini uzaq bir həyat sürmüşlər.
Əfqanıstan
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Əfqanıstan Prezidenti
Əfqanıstanın Prezidenti (puşt. د افغانستان د اسلامي جمهوریت رئیس) — Əfqanıstan İslam Respublikasının prezidenti konstitusiyaya görə Əfqanıstan İslam Respublikasının dövlət və hökumət başçısı (2004–2021) və Əfqanıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuşdur. 2004-cü il Əfqanıstan Konstitusiyasının 62-ci maddəsində deyilir ki, Prezident vəzifəsinə namizəd üçün: Əfqan vətəndaşı olan, müsəlman vətəndaşı olmaq; başqa ölkənin vətəndaşı olmamaq; namizədliyini elan edərkən ən azı qırx yaşında olmaq; bəşəriyyətə qarşı törədilmiş cinayətə, cinayət əməlinə görə məhkum edilməmiş və ya məhkəmə tərəfindən vətəndaş hüquqlarından məhrum edilmiş; əvvəllər prezident olaraq iki dəfədən çox vəzifə etməmişlər.
Əfqanıstan Respublikası
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Əfqanıstan bayrağı
Əfqanıstan bayrağı — Əfqanıstanın dövlət rəmzi. İndiki Əfqanıstan bayrağının quruluşu 1997–2001-ci illərdəki Əfqanıstan İslam Əmirliyi bayrağı ilə eynidir Bayraqda ağ rəng üstündə qara rəngdə Kəlmeyi-Şəhadət yazılıb (Mən şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur, və yenə şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir).
Əfqanıstan coğrafiyası
Əfqanıstan Cənubi Asiyada, 60°30' və 75°E uzunluqları və 20°21' və 38°30'Ş. arasında, əsasən İran Yaylasının şimal-şərq hissəsində yerləşən dövlətdir. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona ən yaxın su hövzəsi olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar.
Əfqanıstan dilləri
Əfqanıstan dilləri — Əfqanıstan Respublikasında rəsmi və qeyri rəsmi işlədilən dillər. Hal hazırda ölkədə dəri və puştu dövlət dili kimi qəbul olunub. Bundan başqa ölkədə özbək, türkmən, bəluc, paşai və nuristan dilləridə geniş yayılıb. 1980-cı ildən bu dillər üstünlük təşkil etdiyi bölgələrdə xüsusi status əldə etmişlər. 2004-cü ildən, Əfqanıstan Konustutiyasının 16-cı maddəsinə əsasən türk dilləri (özbək və türkmən), bəluc, paşai, nuristan və pamir dilləri üçüncü rəsmi dil hesab olunur 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna farsi-kabili deyirdilər) olmuşdur. Geniş əhali kütləsi, o cümlədən puştular bu dildə danışırdılar. Dəri dili şəhərlərdə bu günə qədər geniş yayılmışdır. 1936-cı ildən puştu dili ikinci dövlət dili kimi qəbul edildi. 1964-cü ildən isə əhəmiyyətinə görə birinci dilə çevrilir. Əfqanıstanda yaşayan xalqlar 30-dan artıq dildə danışır.
Əfqanıstan himni
Əfqanıstan dövlət himni (puşt. ملي سرود Milli Sürud) – 2006-ci ilin may ayında təsdiq və rəsmi elan edilib. Əfqanıstan konstitusiyasına görə Əfqanıstanın dövlət himni həm puştu həm dəri dillərində olmalıdır, həm də Allahu Əkbər (Allah ən böyükdür) və Əfqanıstanda yaşayan millətlərin adlarını qeyd etməlidir. Sözlərinin müəllifi Əbdul Bari Cahanidir və bəstəkarı Bəbrək Vasadır.
Əfqanıstan iqtisadiyyatı
Əfqanıstan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən ümumi daxili məhsul (ÜDM) baxımından dünyada 102-ci yerdədir. Əfqanıstan dünyanın ən geridə qalmış ölkələrindən biridir. Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006). İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur. Əfqanıstanın aqrar quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin əksəriyyəti əvvəllər olduğu kimi, hələ də əl ilədir. Əkinçilik süni suvarmaya möhtacdır. İqlimin çox quraq olması, atmosfer yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi əkin sahələrinin suvarılmasını tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln. hektardır, bunun 2,6 mln.
Əfqanıstan müharibəsi
Əfqanıstan müharibəsi (1979-1989)
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Əfqanıstan rabitəsi
Əfqanıstan sənədləri
Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu. Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir. The Afghanistan Papers: A Secret History of the War. New York: Simon & Schuster (August 31, 2021 tarixində nəşr olunub). 2021. ISBN 978-1-9821-5900-9.
Əfqanıstan tarixi
Əfqanıstan tarixi — Əfqanıstanın keçmiş dönəmi. XVII əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisinə hind-ari tayfaları basqın edir və Qəndəhar əyaləti yaranır. VI əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisi Əhəmənilər dövlətinin tərkibinə qatılır. IV əsr bizim eradan əvvəl —Makedoniyalı İsgəndər Əfqanıstan ərazisini ələ keçirir. Sonra Selevkilər dövlətinin tərkibinə daxil olur. Yunan-Baktriya dövləti I-V əsr — Kuşan dövlətinin tərkibində. V əsr — Əfqanıstan ərazisi eftalitlərin əlinə keçir. VI əsr — Əfqanıstan ərazisi Sasanilər imperiyasının tərkibinə qatılır. XI əsrdə — Qəznəvilər dövlətinin ərazisinə qatılmışdı. 1148–1206-ci illərdə Əfqanıstan Qurilər dövlətinin tərkibində idi.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Əfqanıstan şəhərləri
Əfqanıstan
Əfqanıstan Əmirliyi
Əfqanıstan Əmirliyi (Puştu: د افغانستان امارت Da Afghānistān Amārat, Farsca: امارت افغانستان Amārat-i Afghānistān) — 1919-cu ilə qədər Britaniyanın protektoratı olan müasir Əfqanıstan ərazisində dövlət. 1926-cı ildə padşah olan əmir Amanullah tərəfindən Krallığa (Konstitusiyalı monarxiya) çevrilmişdir. 1879-cu ildə növbəti İngiltərə-Əfqan müharibəsindən sonra Əmir Yaqub-xan müqavilə imzaladı. Müqaviləyə əsasən Əfqanıstan Britaniyanın protektoratına çevrildi. Sonra əvvəllər Rusiya imperiyasında gizlənən Əbdürrəhman Əfqanıstan əmiri oldu. XIX əsrin sonunda Əbdürrəhmanın dövründə Böyük Britaniya və Rusiya Əfqanıstanın bu gün də mövcud olan müasir sərhədlərini birgə müəyyən etdilər. Əmir Həbibullah 20 fevral 1919-cu ildə ov edərkən öldürüldü. Əmir Həbibullahın ölümündən sonra üçüncü oğlu Amanullah hakimiyyətə gəldi. O, ilk növbədə 1919-cu ildə üçüncü İngiltərə-Əfqan müharibəsini apardı və bu müharibə başa çatdıqdan sonra tədricən ölkənin Britaniya imperiyasından tam müstəqilliyinə nail oldu . On illik hakimiyyəti dövründə Amanullah-xan Əfqanıstanda tez və tam islahat aparmağa çalışdı.
Əfqanıstan əfqanisi
Əfqanıstan əfqanisi ((simvolu: Afs; puşt. افغانۍ; dəri افغانی; kodu: AFN)) - Əfqanıstan respublikasının pul vahidi. 1 əfqani 100 pula bölünür, baxmayaraq ki, artıq pul dövriyyədə deyil. İlk əfqani (ISO 4217 kodu: AFA) 1925-ci ildə təqdim olundu. Bir əfqani 100 pula bölünürdü, 20 əfqani isə bir əmaniyə bərabər idi. Bu əfqani 9 qram gümüş tərkibə malik idi. Birinci dünya müharibəsi dövrü istisna olmaqla, Əfqanıstanın valyuta məzənnəsi bazar qüvvələri tərəfindən sərbəst şəkildə müəyyən edilmişdir. Ancaq bəzi dövrlərdə Əfqanıstanda iki fərqli məzənnə rejimi mövcud idi: Əfqan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi valyuta məzənnəsi və Kabilin Saraya Şahzadə adlı pul bazarında təklif və tələbkar qüvvələr tərəfindən müəyyən edilmiş sərbəst bazar məzənnəsi. Əfqanıstanın Mərkəzi Bankı olan Də Əfqanıstan Bankının yaradılmasından sonra belə imtiyazlı rəsmi sabit məzənnə tətbiq olunmağa davam etmişdi. Də Əfqanıstan Bankı rəsmi nisbətini Saraya Şahzadənin valyuta məzənnəsinə yaxın tutmağa çalışsa da, 1980-ci illərdə və vətəndaş müharibəsi dövründə rəsmi və sərbəst valyuta məzənnələri arasındakı boşluq genişləndi.
Əfqanıstan əhalisi
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əsədabad, Əfqanıstan
Əsədabad — Əfqanıstanda şəhər. Künər vilayətində yerləşir.
Əsədabad (Əfqanıstan)
Əsədabad — Əfqanıstanda şəhər. Künər vilayətində yerləşir.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
"Əfqanıstan müharibəsi veteranı" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
Nadirin Əfqanıstan yürüşləri
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri. Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi.
Novruz bayramı Əfqanıstanda
Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur.
SSRİ-Əfqanıstan müharibəsi
Əfqanıstan müharibəsi — 1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibədir. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçmişdir. Sovet ordusu ölkəni tərk etdikdən sonra da müharibə davam etmişdir. 1885-ci ildə Rusiya qüvvələri Panjdeh insidenti zamanı Əfqanıstan qüvvələrindən Amudəryanın cənubundakı Panjdehdə mübahisəli ərazini ələ keçirdi. Sərhəd 1885–1887-ci illərdə birgə ingilis-rus Əfqanıstan Sərhəd Komissiyası tərəfindən razılaşdırılmışdır. Rusiyanın bölgəyə marağı sovet dövründə də davam etdi, 1955 və 1978-ci illər arasında milyardlarla iqtisadi və hərbi yardım Əfqanıstana göndərildi. 1978-ci ildə Saur İnqilabından sonra 27 aprel 1978-ci ildə Əfqanıstan Demokratik Respublikası yaradıldı. Hökumət kasıb yoxsul, fermer-cütçü sosialist gündəmində idi. Sovet İttifaqı ilə yaxın münasibətləri vardı. 5 dekabr 1978-ci ildə Sovet İttifaqı və Əfqanıstan arasında dostluq müqaviləsi imzalanmışdır.
Xarici İşlər Nazirliyi (Əfqanıstan)
Əfqanıstan Xarici İşlər Nazirliyi (fars. وزارت خارجه افغانستان‎) — Əfqanıstan Respublikasının xarici əlaqələrini idarə etməkdən məsul nazirlik. Nazirlik rəsmi olaraq Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzaya bağlıdır. Xarici işlər naziri isə Məhəmməd Hənif Atmardır.
İngiltərə-Əfqanıstan müharibələri
İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri. Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.
Əfqanıstanın dövlət quruluşu
Əfqanıstanın siyasi sistemi — 2004-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. Əfqanıstan məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik islam respublikasıdır. Milli bayram günü olan müstəqillik günü (1919) avqust ayının 19-da qeyd olunur. Əfqanıstanın 160 maddədən ibarət yeni Konstitusiyası 04 yanvar 2004-cü ildə qəbul edilmişdir. Əfqanıstan ərazisi rayonlardan ibarət olan 34 vilayətə (Bəğlan, Bədəxşan, Badğis, Bəlx, Bamiyan, Vərdək, Herat, Daykündi, Cövzcan, Zabul, paytaxt Kabil şəhəri, Qəndəhar, Fərah, Fəryab, Hilmənd, Xust, Kapisa, Kündüz, Künər, Qəzni, Qövr, Ləğman, Lövgər, Nəngərhar, Nimruz, Nuristan, Pəktika, Pəktiya, Pəncşir, Pərvan. Səməngan, Səri-Pul, Təxar, Uruzqan) bölünür. Əfqanıstanın birliyinin və suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, ölkə Konstitusiyanın və qanunların aliliyinin, eləcə də vətəndaşların hüquq və azadlıqlarının ali təminatçısı sayılan Prezident ümumxalq səsverməsi yolu ilə birbaşa və gizli seçkilərdə, ardıcıl iki dəfədən çox olmamaq şərti ilə, 5 il müddətinə seçilir. Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında geniş səlahiyyətlərə malik olan dövlət başçısı Nazirlər Kabinetinə rəhbərlik edir, Əfqanıstanı ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir, nazirləri və digər ali vəzifəli şəxsləri Parlamentin razılığı ilə təyin və vəzifədən azad edir. Ölkə Prezidentinə dövlətin idarə edilməsində iki vitse-prezident yaxından köməklik edir. Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısının dövlət siyasəti sahəsindəki qərarları, o cümlədən ölkədə müharibə və sülhün elan edilməsi, fövqəladə vəziyyətin tətbiqi və milli silahlı qüvvələrin kontingentinin digər göndərilməsi qərarı Parlamentdə təsdiq olunmalıdır.
Əfqanıstan–Pakistan münasibətləri
Pakistan-Əfqanıstan münasibətləri — Pakistan və Əfqanıstan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 2670 km təşkil edir. 1947-ci ildə Pakistan müstəqliyini elan etdikdən sonra BMT üzvlüyünə səs keçirilərkən Əfqanıstan buna qarşı çıxır. Lakin bir necə aydan sonra qərarını dəyişmişdir. Pakistan ilə Əfqanıstan arasında münasibətlər getdikcə pisləşməyə başlamışdır. 26 iyul 1949-cu ildə Pakistan hərbi hava qüvvələrinin Dyuranda xəttini keçib əfqan kəndi üzərindən uçmasından sonra Loya cirqada toplantı keçirilmişdir. Bu hadisədən sonra Əfqanıstan Dyuranda xəttinin sərhəd olması tabımadığını, əvvəllər sərhədlə bağlı imzalanmış bütün müqavillərdən imtina etdiyini bəyan edir. 1950 və 1951-ci illərdə Əfqanıstan istiqamətdən Pakistan ərazisinə qanunsuz hərbi birləşmələr Pakistan ərazisinin bir qismini əfqanıstana birləşdirmək cəhdlərini edir. Ancaq bütün cəhdlər uğursuzluğa uğrayır. Buna cavab olaraq Pakistan Əfqanıstanla bütün diplomatik əlaqələri kəsir, diplomatlarını geri çağırır və Kabula neft ixracını üç ay müddətində dayandırır.
Əfqanıstan–Qazaxıstan münasibətləri
Qazaxıstan–Əfqanıstan münasibətləri — Qazaxıstan və Əfqanıstan arasındakı iki tərəfli diplomatik münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 12 fevral 1992-ci ildə qurulmuşdur. Bundan əlavə 15 aprel 2004-cü ildə Qazaxıstanla, keçid dövründə Əfqanıstan İslam Dövləti arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın təməllərinə dair bir müqavilə imzalanmışdır. Qazaxıstanın Əfqanıstandakı diplomatik nümayəndəliyi 2002-ci ilin sentyabrında Kabildə açılır və 2003-cü ilin iyun ayında səfirliyə çevrilir.. Almatıdakı Əfqanıəstan səfirliyi 1993-cü ildə açılır (2005-ci ildə Astanaya köçürülür). Harırda Əfqanıstanın Baş Konsulluğu da Almatıda fəaliyyət göstərir. 2016-cı ildə Qazaxıstan və Əfqanıstan arasında ticarət dövriyyəsi 489,4 milyon ABŞ dolları təşkil edib. Bunun da Qazaxıstan Respublikasının ixracatı — 486,8 milyon dollar, Qazaxıstan Respublikasının idxalatı — 2,6 milyon dollardır. Qazaxıstan buğda və buğda-çovdar unu, təbii qaz, yüngül lehimli polad məhsullar və kətan toxumları ixrac edir. Əfqanıstan təzə və qurudulmuş üzüm və kartof ixrac edir.
Əfqanıstan–Tacikistan münasibətləri
Əfqanıstan-Tacikistan münasibətləri — Əfqanıstan və Tacikistan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 1357 km təşkil edir. İki ölkə arasında diplomarik münasibərtlər 1992-ci ildə Tacikistanın müstəqillik əldə etməsinmdən sonra yaranmışdır. 2014-cü il məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsi 105,7 mln dollar olmuşdur. Hər iki ölkənin ərazisi Samanilər, Qəznəvilər və Teymurilər imperiyalarının ərazisi olmuşdur. 1750-ci ildə əfqan Əhməd xan Abdali və Buxara əmiri Məhəmməd Murad Bəy arasında dostluq haqqında müqavilə imzalanır. Amudərya iki ölkə arasında rəsmi sərhəd olur. Hər iki ölkədə fars dili yayılmışdı. Hazırda Əfqanıstanda taciklərin sayı Tacikistandakından çoxdur. 15 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
Əfqanıstan–Türkiyə münasibətləri
Əfqanıstan–Türkiyə münasibətləri — Əfqanıstan İslam Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında olan beynəlxalq səviyyədəki əlaqələr. Əfqanıstan Orta Asiyada türk coğrafiyasına yaxın olduğu üçün burada həmişə çox sayda türk qövmü yaşamışdır. İslamdan əvvəl Ağ Hunlar və Göytürklər kimi türk qövmlərinin hakimiyyəti altında olan bu bölgə İslamın yayılmasından sonra da Qəznəvilər dövləti, Böyük Səlcuq İmperiyası və Xarəzmşahlar kimi digər türk qövmlərinin hakimiyyəti altına keçmişdir. Bölgəyə türk təsiri Teymurilər dövləti və Babir İmperiyası dövründə də davam etmişdir. Əfqanıstan XIX əsrin ortalarında Hindistanla birlikdə ingilis müstəmləkəsi olmuşdur. 9 avqust 1919-cu ildə Əmanullah Xanın başçılığı ilə müstəqillik qazanan ölkə hələ Qurtuluş savaşı vaxtında yeni yaranmaqda olan Türkiyə Cümhuriyyəti ilə əlaqələr qurmuşdur. 1 mart 1921-ci ildə türk və əfqan heyətləri Moskvada görüşlər keçirmiş, Türkiyə tərəfindən Yusuf Kamal Təngirşəng və Rıza Nur, Əfqanıstan tərəfindən isə general Mehmet Vəli Xanın iştirakı ilə Türkiyə-Əfqanıstan İttifaq Andlaşması imzalanmışdır. Keçmiş Mədinə mühafizi Fəxrəddin Paşa Kabilə ilk Türkiyə səfiri olaraq göndərilmişdir. İkinci dünya müharibəsindən əvvəl Almaniya və İtaliyanın bölgədə artan təzyiqlərinə qarşı 7 iyul 1936-cı ildə Türkiyə, İran, Əfqanıstan və İraq Sadabat paktı imzalayaraq bölgənin əvvəlcə faşistlər, sonra da sovetlər tərəfindən işğal olunmasının qarşısını almışlar. ABŞ-də 2001-ci ildə baş verən 11 sentyabr terror aktlarının Əfqanıstanda planlaşdırıldığı əsas gətirilərək ABŞ-nin başçılığı altında NATO qoşunları 7 oktyabr 2001-ci ildə Taliban tərəfindən idarə olunan Əfqanıstana qarşı əməliyyatlar həyata keçirməyə başladılar.
Əfqanıstan-İran toqquşması (2023)
Əfqanıstan-İran toqquşması — Əfqanıstan və İran arasında baş verən sərhəd insidentidir. 27 may 2023-cü ildə Əfqanıstan İslam Əmirliyinin Silahlı Qüvvələri ilə İran sərhədçiləri arasında Əfqanıstanın Nimruz vilayəti ilə İranın Sistan və Bəlucistan ostanı arasında toqquşma baş verib. Qısa toqquşmadan sonra tərəflər vəziyyəti gərginləşdiriblər. KİV-in məlumatına görə, Əfqanıstanda hakim islami hərəkat olan "Taliban" hərəkatının silahlıları İranın Zabol şəhəri yaxınlığında sərhəd münaqişəsində iştirak edib, nəticədə İran sərhəd postunu ələ keçiriblər. Buna cavab olaraq İran ordusu Taliban hərəkatının mövqelərinə artilleriya hücumu həyata keçirib, rəsmi məlumatlara görə bu hadisə 3 nəfərin ölümünə səbəb olub, lakin İran tərəfdən gələn ziddiyyətli məlumatlara görə, qeyri-rəsmi olaraq ən azı Əfqanıstan tərəfdən 14 nəfər ölüb. Taliban hərəkatı bildirib ki: "Biz İranla ABŞ-dan daha çox canfəşanlıqla mübarizə aparacağıq. Liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik". "Taliban" həmçinin "İran təxribatlarını dayandırmasa" Tehranı bir neçə günə ələ keçirəcəklərinə söz verib. 2023-cü ilin may ayında İran prezidenti İbrahim Rəisi Helmand çayında su hüququ tələb edir. Bundan əlavə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, onun ölkəsi Talibanı tanımır və "Əfqanıstanın inklüziv hökuməti"nin qurulmasında israrlıdır.
Əfqanıstan–İran toqquşması (2023)
Əfqanıstan-İran toqquşması — Əfqanıstan və İran arasında baş verən sərhəd insidentidir. 27 may 2023-cü ildə Əfqanıstan İslam Əmirliyinin Silahlı Qüvvələri ilə İran sərhədçiləri arasında Əfqanıstanın Nimruz vilayəti ilə İranın Sistan və Bəlucistan ostanı arasında toqquşma baş verib. Qısa toqquşmadan sonra tərəflər vəziyyəti gərginləşdiriblər. KİV-in məlumatına görə, Əfqanıstanda hakim islami hərəkat olan "Taliban" hərəkatının silahlıları İranın Zabol şəhəri yaxınlığında sərhəd münaqişəsində iştirak edib, nəticədə İran sərhəd postunu ələ keçiriblər. Buna cavab olaraq İran ordusu Taliban hərəkatının mövqelərinə artilleriya hücumu həyata keçirib, rəsmi məlumatlara görə bu hadisə 3 nəfərin ölümünə səbəb olub, lakin İran tərəfdən gələn ziddiyyətli məlumatlara görə, qeyri-rəsmi olaraq ən azı Əfqanıstan tərəfdən 14 nəfər ölüb. Taliban hərəkatı bildirib ki: "Biz İranla ABŞ-dan daha çox canfəşanlıqla mübarizə aparacağıq. Liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik". "Taliban" həmçinin "İran təxribatlarını dayandırmasa" Tehranı bir neçə günə ələ keçirəcəklərinə söz verib. 2023-cü ilin may ayında İran prezidenti İbrahim Rəisi Helmand çayında su hüququ tələb edir. Bundan əlavə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, onun ölkəsi Talibanı tanımır və "Əfqanıstanın inklüziv hökuməti"nin qurulmasında israrlıdır.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
Əfqanıstanın Baş naziri
Əfqanıstanın Baş naziri, rəsmi şəkildə Əfqanıstan İslam Əmirliyinin Baş naziri — Əfqanıstan hökumətinin başçısıdır.
Əfqanıstan–Pakistan sərhəd baryeri
Əfqanıstan-Pakistan baryeri — Pakistanın Əfqanıstanla 2,670-kilometr sərhəddi boyunca tikilən ayırıcı baryerdir. Baryer Dürand xətti vasitəsilə qanunsuz immiqrasiyanın qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Pakistan prezidentinin mətbuat katibi olmuş general-mayor Şaukat Sultan bildirdi ki, baryer sərhəd vasitəsilə Əfqanıstandan mücahidlərin sərhəddi keçməsinin qarşısını almaq məqsədi ilə tikilir. Baryerin tikintisi Amerika Birləşdirilmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilir. 2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar, mücahidlərin və narkotik alverçilərinin sərhəddi keçməsinin qarşısını almaq üçün. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf hətta sərhəddi də minalamağı təklif etdi. 2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikməyə başlamağa qərar verdilər. Maliyyələşdirmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar. 2011-ci ilin iyununda Pakistan ordusunun mətbuat katibi general-mayor Atar Abbas bildirdi ki, sərhəd zonasında 35 kilometr uzunluğunda baryerin tikilməsinə görə Pakistan hərbçiləri baryerin tikintisi vaxtı taliblərin fasiləsiz basqınlarına məruz qaldılar. Əfqanıstan baryerin tikintisi layihəsinin bahalığına əsas gətirib tikintidə iştirak etmədi.
Əfqanıstanda rabitə
Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil. Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi.

Digər lüğətlərdə