Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.
Elşad Hüseynov | |
---|---|
Elşad Eynulla oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xıl, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 15 iyun 1992 (23 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Xıl, Masallı rayonu, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Rütbəsi | Baş çavuş |
Döyüşlər | |
Təltifləri |
1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.[1] 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.