Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəni-Əmran
Bəni-Əmran (ərəb. بني عمران‎, fr. Béni Amrane) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 123 metr (404 ft) yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 60 kilometr (37 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 25 kilometr (16 mil) cənub-şərqdə yerləşir. == Əhali == 2008-ci ildə əhalinin sayı 23162 nəfər idi.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Amran mühafazası
Amran mühafazası — == Ərazisi == Amran mühafazasının ərazisi 9 587 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Amran mühafazasının əhalisi 1 124 652 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Aşıq İmran
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Teymur Əmrah
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. == Fəaliyyəti == Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
İmran Mehdiyev
İmran Mehdiyev Əzim oğlu (21 yanvar 1936, Ordubad, Naxçıvan MSSR – 10 mart 2023) — iqtisadçı, İqtisadi elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur. == Elmi fəaliyyəti == 1967-ci ildə Keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmiş; 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent; 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru; 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini; 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədri; 1982–1983-cü illərdə Azərbaycan Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini; 1983–1989-cu illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsinin birinci katibi; 1991–1999-cu illərdə Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini və "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır. İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyəətdə göstərir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professorudur. Bir sıra mötəbər elmi-texniki konfrans, simpozium və seminarların təşkilatçısı və iştirakçısıdır. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. İmran Mehdiyev 10 mart 2023-cü ildə 87 yaşında dünyasını dəyişib.
İmran Mirzəyev
İmran Xan
İmran Xan (عمران خان‎; 5 oktyabr 1952, Lahor, Pakistan dominionu) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının (urdu شوکت خانم یادگاری سرطان شفاخانہ اور مرکز تحقیق; ing. Shaukat Khanum Memorial Cancer Hospital) və Mianvalidə Namal Kollecinin əsasını qoyub. İmran Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu olub. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb. 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb. 1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyaraq özü onun ilk sədri olur. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. == Həyatı == İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. == Mükafatları == İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
İmran Əsgərov
İmran Hürrü oğlu Əkbərov (19 aprel 1958, Ordubad) — Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektoru (1991), İqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidenti. == Həyatı == İmran Hürrü oğlu Əkbərov 1958-ci il aprel ayının 19-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1980-ci ildə Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildən həmin institutun İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 1991-ci ildən Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektorudur. İqtisad elmləri doktoru, professordur. 15 elmlər namizədi, 2 elmlər doktoru yetişdirib. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir. İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə - qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.
İmran Məmmədli
İmran Cahangir oğlu Məmmədli (9 avqust 1985; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR — 25 oktyabr 2020; Kürdlər, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmran Məmmədli 9 avqust 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Cahangir Məmmədov və Narxanım Məmmədovanın ailəsində anadan olmuşdur. 1991-2002-ci illərdə Gəray Əsədov adına Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, dörd övladı yadigar qaldı. == Hərbi xidməti == İmran Məmmədli 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, İmran Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılan İmran Məmmədli kursları bitirmiş və yenidən ordu sıralarına qayıdıb müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İmran Məmmədli müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
İmran Məmmədov
İmran İsmayıl oğlu Məmmədov (20 noyabr 1927, Qaçağan, Gürcüstan SSR[d] – Qaçağan, Gürcüstan SSR[d]) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. Yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis. SSRi-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. == Həyatı == İmran Məmmədov 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində dünayay gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir. == Soykökü == == Fəaliyyəti == 1939-cu ildə Qaçağan orta məktəbini 5 illik təhsillə başa vuran İ.Məmmədov kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. İmran Məmmədov 1939-cu ildə, 12 yaşında Qaçağan "Kommunizm" Kollektiv Təsərüffatında işə başlamış, onun rəhbərliyi ilə "Yeniyetmə" əmək briqadası təşkil olunmuşdur.
İmran Qasımov
İmran Haşım oğlu Qasımov (25 noyabr 1918, Bakı – 20 aprel 1981, Bakı) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981) 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı . == Həyatı == İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri idi. İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var.
İmran Qurbanov
İmran Qurbanov (həkim) — Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), Qarabağ müharibəsi iştirakçısı. İmran Qurbanov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi. İmran Ali Qurban — rejissor.
İmran Seyidov
İmran Sultan oğlu Seyidov (16 dekabr 1922, Quba – 10 may 2001) — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlərin Birliyinin üzvü (1977), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1982) == Həyatı == İmran Seyidov 1922-ci il dekabrın 16-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Orta təhsili Bakıdakı 1 saylı məktəbdə almış (1940), M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1945). Azərbaycan EA-nın Energetika İnstitutunda kiçik elmi işçi (1945-1946), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1946-1948), icctimai elmlər bölməsində elmi katib (1948-1970), "Sovetskaya türkologiya" jurnalı redaksiyasında baş redaktorun müavini (1959-1987), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi (1987-1995), Azərbaycan EA Milli Münasibətlər İnstitutunda baç elmi işçi vəzifələrində çalışmışdır (1995-2001). Ədəbi fəaliyyətə 1939-cu ildən "Molodoy raboçiy" ("Gənc fəhlə") qəzetində çap olunan "Yeni iliniz mübarək" şeiri ilə başlamışdır. Ondan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1966-cı ildən Azərbaycan Yazıçılar İttifaqında rus bölməsinin rəhbəri olmuşdur. Onun şeirlərin, hekayə, oçerk və məqalələri Bakı, Moskva, Penza, Minsk, Tbilisi və s. şəhərlərdə nəşr olunan rus dövri mətbuatında vaxtaşırı çap olunmuşdur. Əsərlərini rus dilində yazmışdır. Külli miqdarda tərcümələri vardır.
İmran Usmanov
İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti – 11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü. == Həyatı == 2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib. Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı.
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. == Karyerası == 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Əmrah Abışov
Əmrah Səyyab oğlu Abışov (15 noyabr 1999; Kürdlər, Ağcabədi rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Abışov 15 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Akif Sultanov adına Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Əmrah Abışov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əmrah Aslanov
Əmrah Aslanov (1 iyun 1920 — 19 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub. == Bioqrafiya == Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi. 1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. 20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir.
Əmrah Bayramov
Əmrah Hüseyn oğlu Bayramov (18 yanvar 2001, Neftçala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Əmrah Bayramov 18 yanvar 2001-ci ildə Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixtisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün təhsilini davam etdirərkən özü replər yazar və səsləndirərdi. == Hərbi Xidməti == Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlamış, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və 13-cü postun alınmasında qəhrəmancasına döyüşmüşdür.
Əmrah Cəfərli
Əmrah Yusif oğlu Cəfərli (22 yanvar 1997; Şirinsu, Lənkəran, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Cəfərli 22 yanvar, 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gəlib. Əmrah ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əmrah Cəfərli Hadrutun azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Lənkəranda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. == Braziliya == Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. == Cənubi Koreya == 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Emrah Çinik
Emrah Çinik, (Avqust 30, 1977; Bursa, Türkiyə) Türk saç əkimi cərrahıdır. == Həyatı və karyerası == 1977-ci ildə Bursada atası Mehmet, anası Samie, derzi valideynlərin övladı olaraq dünyaya gəlmişdir. 1996-cı ildə Uludağ Universitetinin tibb fakutesini qazanmış ve 2002 – ci ildə məzun olmuşdur. Bursadakı ali təhsilini tamamladıqdan sonra 2 illik məcburi xidmət üçün Kırıkkaleyə getmişdir. Məcburi xidməti başa vurduqdan sonra o Medikal Estetik həkimi kimi fəaliyyətə başlamışdır. 2007–ci ildə o İstanbula gəlmiş və Cosmedica Saç Əkimi və Plastik Cərrahiyə Mərkəzini açmışdır. 2008–ci ildə Medikal Park Xəstəxanalr qrupunun Sultanqazi şöbəsində Medikal Estetika və Saç əkimi şöbəsinin direktoru kimi işləməyə başlamışdır. Cosmedica klinika həmin xəstəxanın saç əkimi departmanı olaraq fəaliyyət göstərirdi. 2010-cu ildə o Medicana Beynəlxalq Xəstəxanasında Sultanqazidə olduğu kimi Medikal Estetik həkimi və Saç əkimi cərrahı kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə o Medikal Park Xəstəxanalar qrupunun Bahçelievlər şöbəsində öncəki təcrübələrində olduğu kimi eyni sahə - saç əkimi - üzrə işləməyə başlamışdır.
Emrah İpek
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. == Həyatı == Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Erman Eltemur
Erman Eltemur (11 may 1993) — Türkiyəli karateçi. Erman Eltemur Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Şəxsi həyatı == Erman Eltemur 1993-cü ildə Kocaeli ilinin Gölcük ilçəsində anadan olmuşdur. Hal-hazırda İstanbulda yaşayır. Eltemur İstanbul Büyükşehir Belediyesi S.K. komandasının üzvüdür. == Karyerası == Erman Eltemur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 75 kq çəki dərəcəsində, 1/8 final mərhələsində Azərbaycanın nümayəndəsi Rafael Ağayev ilə üz-üzə gəldi. Həmin görüşdə Erman Eltemur rəqibinə 0:3 hesabı ilə uduzdu.
Erman tozağacı
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Meran (Averon)
Meran (fr. Mayran, oks. Mairanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12142. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 18 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 521 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 283 nəfər (15-64 yaş arasında) 229 nəfər iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 74.4%).
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. == Ümumi xüsusiyyətlər == Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. == Tarix == Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu . 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. == Sensor ekranların iş prinsipləri == Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur. === Rezistiv sensor ekranlar === ==== Dördməftilli ekran ==== Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.