Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Betti Alver
Betti Alver (est. Betti Alver 23 noyabr 1906[…], Yıgeva – 19 iyun 1989[…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981). == Bioqrafiyası == Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir. 1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri. Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Alvar
Toponimlər
Alper
Alper — türk adı. Alper Canıgüz — yazıçı. Fikrət Alper — Türk musiqiçi və müğənni. Tuğçe Alper — Türk müğənni. İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012–2016).
Alper Canıgüz
Alper Canıgüz (1 yanvar 1969, İstanbul) — yazıçı. == Həyatı == Alper Canıgüz 1969-cu ildə İstanbulda doğuldu. Oxuma sevgisini atasına, yazmaq arzusunu musiqi qabiliyyətinin olmamasına borcludur. Bir rəvayətə görə, sözləri hecalarına ayırmağı da bacara bilməz. Major yeddili akkordlara, dülgərlərə və qızı Ada'ya heyrandır. Darüşşafaka liseyi və Boğaziçi Üniversitesi 'də psixologiya üzrə təhsil alıb. Yaradıcılığında Jül Vern , Michel Zevaco, Dostoyevski, Italo Calvino, Vladimir Nabokov və John Fowles'dan təsirlənmişdir.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Alvar (kommuna)
Alvar (fr. Allevard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38006. Kommunanın 2012-ci il üçün əhalisi 3881 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 399-dan ilə 2749 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-şərqdə yerləşir.
Alvar (Əhər)
Alvar (fars. الوار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Alvar Aalto
Hüqo Alvar Henrik Aalto (3 fevral 1898[…], Kuortane, Finlandiya knyazlığı – 11 may 1976[…], Helsinki[…]) — Finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri. Aalto Universiteti onun şərəfinə adlandırılıb. Kilsə memarlığı layihələrinin müəllifidir. Modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. 1963–1968-ci illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur. == Həyatı == Hüqo Alvar Henrik Aalto 1898-ci ildə Kuortanedə doğulmuşdur. 1916-cı ildə Helsinki Politexnik İnstitutuna daxil olmuş, 1918-ci ildə o təhsilini Finlandiyanın müstəqilliyi uğrunda müharibəyə görə yarımçıq qoyub, fin ordusunun əsgəri kimi bu müharibədə iştirak etmişdir. Müharibədən sonra, 1921-ci ildə İnstitutu bitirmiş və memar diplomunu aldımışdır. 1923-cü ildə Yuvaskyulaya qayıtdı və orada özünün ilk memarlıq ofisini açır. Sonrakı ildə isə o, memar Aino Marsio ilə evlənir.
Alvar Qulstrand
Alvar Qulstrand (isv. Allvar Gullstrand; 5 iyun 1862[…] – 28 iyul 1930[…]) — İsveç oftalmoloqu və optiki.
Alyer (Fransa)
Alyer (fr. Allières) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09007. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 63 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 29 nəfər iqtisadi cəhətdən, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 65.9%, 1999-cu ildə - 68.2%). 29 aktiv adamdan 28 nəfəri (18 kişi və 10 qadın), 1 qadın işsiz idi. 15 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. == Həyatı == Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. == Elmi naliyyələri == Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. == Səbəbləri == Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === 1998 - Fascinação .... Ana Clara Gouveia Prates 1998 - Meu Pé de Laranja Lima .... Lili 2000 - A Muralha .... Rosália Olinto 2000 - Laços de Família .... Clara 2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve 2001 - Brava Gente .... Gigi 2001 - Brava Gente .... Branca Luz 2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno 2003 - Mulheres Apaixonadas ....
Rodrigues Alves
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Tuğçe Alper
Tuğçe Takbak və ya Tuğçe Alper (10 dekabr 1979) — Türk müğənni. == Həyatı == 10 dekabr 1979-cu ildə İstanbulda musiqiçi Fikrət Alperin qızı olaraq anadan olub. Erkən yaşlarından musiqiyə daha çox maraq göstərdi. Bir çox teleserial musiqisini oxudu. Müjdat Gezen İncəsənət Mərkəzindən məzun oldu. Orta məktəb şagirdi olduğu 1996-cı ildə Onno Tunçun xatirəsinə yazdığı kompozisiya ilə müsabiqədə qalib gələrək musiqi karyerasına qədəm qoydu. Bunu 1997-ci ildə Pop Şou Mahnı Yarışmasının qalibi izlədi. Tuğçe, "Keyfekeder" adlı ilk və tək solo albomunu atası, musiqiçi Fikrət Alperin dəstəyi ilə 2003-cü ilin noyabr ayında EMI-dən çıxardı. Albomdakı "Qəfəs" (Kafes) və "Gec Günahlardan Gəlin" (Geç Günahlardan Gel) adlı əsər üçün bir klip çəkildi. Tuğçe, musiqi təhsili xaricində, reklam və televiziya seriallarında səsləndirmə etdi.
Yevgen Almer
Yevgen Almer (14 yanvar 1953, Reşita[d], Karaş-Severin rayonu) — Rumıniyalı keçmiş üzgüçü. Yevgen Almer Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yevgen Almer birinci dəfə Olimpiya oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:49.80 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yuri Alvear
Yuri Alvear (d. 29 mart, 1986) — Kolumbiyalı qadın cüdoçu. Cüdo üzrə 3 dəfə dünya çempionu olmuşdur. == Həyatı == Yuri Alvear Kolumbiyanın üçüncü ən böyük şəhəri olan Jamundi şəhərində anadan olub. Onun atası Arnuy inşaatçı, anası Miryam isə evdar qadın idi. Gəncliyində o, su polosu, voleybol, həndbol, atletika kimi iştirak etdiyi hər cür idman növündə çox istedadlı idi. Litomer məktəbinin cüdo məşqçisi Ruperto Guanna cüdo komandası üçün 14 yaşında bir qız axtarırdı. Beləliklə Yuri Alvear cüdoçu oldu. Yurinin ən yaxşı rəfiqəsi qadın cüdoçu Anni Kortez idi. 2010-cu il Pan-Amerikan Cüdo Çempionatından iki həftə əvvəl o, sol dizində ağrı hiss etdi.
İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur. Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Alper Kul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Alpər Gezeravcı
Alpər Gezeravcı (türk. Alper Gezeravcı; 2 dekabr 1979, Mersin, Silifke) – hərbi və mülki pilot, mühəndis və 19 yanvar 2024-cü ildə həyata keçirilən SpaceX AX-3 missiyasının ekipaj üzvü olaraq Türkiyənin ilk kosmonavtı. == Həyatı == Alpər Gezeravcı 2 dekabr 1979-cu ildə Türkiyənin Silifke şəhərində anadan olub. İstanbulda Hərbi Hava Qüvvələri Akademiyasında oxuyub və burada Elektron Mühəndisliyi üzrə üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Rayt-Patterson HHQ bazasında yerləşən Texnologiya İnstitutunda magistr dərəcəsini qazanıb. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarə pilotu kimi Gezeravcı T-41, SF-260, T-37, T-38, F-5, KC-135 və F-16 da daxil olmaqla bir neçə təyyarəni idarə etməkdə 15 illik təcrübəyə malikdir. Bundan əlavə, o, yeddi il Türk Hava Yolları şirkətində təyyarə kapitanı vəzifəsində çalışıb. Gezeravcı eyni zamanda uçuş direktoru, uçuş təhlükəsizliyi üzrə məsul işçi və kommersiya hava yollarının kapitanı kimi fəaliyyət göstərmişdir. Eskadrilyanın tədris aviaqrupunun komandiri kimi o, eskadrilyanın standartlara uyğunlaşdırılması və qiymətləndirilməsi, bütün təlim sənədlərinin Hərbi Hava Qüvvələri standartlarına uyğun təşkili, yoxlama uçuşlarından əvvəl bütün F-16 və KC-135R pilotları üçün imtahanların keçirilməsi və eskadrilyanın sənədlərinin standartlara uyğunluğunun nəzərdən keçirilməsinə cavabdeh idi. İdman həvəskarı olan Gezeravcı akvalanqla dalma, yelkənli qayıq idmanı, kempinq və raftinqlə məşğul olur, dağ trekinqi və at sürmədə böyük təcrübəyə malikdir.
Alpər Qul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Alter ego
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.