Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bürclü
Bürclü (Ərdəbil)
Bürclü (Əhər)
Bürclü — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 37,5 km cənub-şərqdədir.
Burjua
Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg‎ - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi. == Tarixi == Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar. Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu. Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Sürju
Sürju (fr. Surjoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-sür-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01413. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi.
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Burjua demokratiyası
Burjua demokratiyası — "solda", xüsusən də marksist sosial elmdə burjuaziyanın real hökmranlığı altında demokratiya, azadlıq və vətəndaşların bərabərliyi prinsiplərinin bəyan edilməsinə əsaslanan siyasi sistemin formasının təyini. V. İ. Leninə görə, burjuaziyanın sinfi hökmranlığının forması — fərdi hüquq və demokratik azadlıqları yalnız sözlə elan edən, reallıqda isə formal siyasi bərabərliklə faktiki sosial-iqtisadi bərabərsizlik arasında ziddiyyətlə səciyyələnən burjuaziyanın diktaturasıdır. vətəndaşların, insanların istismarı və zülmü. Lenin daha publisistik üslubda burjua demokratiyasını: "dar, kəsilmiş, yalançı, ikiüzlü, varlılar üçün cənnət, istismar edilənlər, kasıblar üçün tələ və hiylə" kimi xarakterizə edirdi. Burjua demokratiyası proletariat diktaturasına və ya bütöv xalq dövlətinə əsaslanan "sosialist demokratiyası", "proletar demokratiyası", "xalq demokratiyası"na qarşıdır. Buna baxmayaraq, burjua demokratiyası marksistlər tərəfindən istismarçı cəmiyyətdə demokratiyanın ən inkişaf etmiş tarixi növü kimi tanınır. Hazırda sosial elmdə üstünlük təşkil edən dildə yaxın və ya eyni anlayış "liberal demokratiya" termini ilə işarələnir. == İstinadlar == == Mənbə == Краткий политический словарь — М, Политиздат, 1989. — С. 144.
Burjua inqilabı
Burjua inqilabı — əsas məzmunu feodal sinfinin hakimiyyətdən zorla çıxarılması və dövlətin kapitalist sisteminə keçidi olan bir növ sosial inqilab olan marksist təlimlərdən anlayışdır. Feodal rejimi tamamilə kapitalist rejimi ilə əvəz edilmədikdə, belə bir inqilab burjua-demokratik adlanır. Burjua inqilabı anlayışının iki mənası var. Adətən, feodalların hakimiyyətini devirmək üçün üç mərhələdən ibarət olan zorakılıq prosesi burjua inqilabı adlanır. Daha nadir hallarda — feodalların hakimiyyətdən kənarlaşdırıldığı andan kapitalist istehsal tərzinin formalaşmasının bütün uzun dövrü. == Terminin yaranması == "Burjua inqilabı" termini marksist mənşəli termindir, sosialist düşüncəsinin digər sahələrinin nümayəndələri, habelə marksizmin təsirinə məruz qalmış elmi məktəblər (məsələn, Annals məktəbi, asılı inkişaf nəzəriyyəçiləri) tərəfindən marksistlərdən qəbul edilmişdir. Bu dairədən kənar olan müəlliflər konkret inqilabların inqilabi xarakterini dərk etməklə yanaşı, adətən "burjua" terminindən istifadə etmirlər. Beləliklə, marksist və marksistlərin təsiri altında olan müəlliflər "Böyük Fransa Burjua İnqilabı" ifadəsini işlədirlər, digərləri isə eyni hadisəni "Böyük Fransa İnqilabı" ilə ifadə edirlər (ümumiyyətlə bunu nəzərdən keçirməkdən imtina edən az sayda mühafizəkar və ya revizionist müəlliflər istisna olmaqla) hadisə inqilabı). "Burjua" adı belə inqilablara inqilabın hegemonuna — burjuaziyaya görə verilir (hegemonun, məsələn, proletariatın olduğu inqilabların "proletar" adlandırılmasına bənzər). == Mahiyyəti və vəzifələri == Burjua inqilabının tarixi rolu kapitalist inkişafının qarşısında duran maneələri aradan qaldırmaqdır.
Burjua millətçiliyi
Marksizmdə burjua millətçiliyi hakim siniflərin insanları sinif müharibəsi başlatmaqdan yayındırmaq üçün insanları qəsdən milli, irq, etnik və ya dinə görə ayırmaq təcrübəsidir. Hakim siniflərin fəhlə sinfinin onlara qarşı birləşməsinin qarşısını almaq üçün istifadə etdiyi "parçala və qalib gəl" strategiyası kimi qiymətləndirilir (marksist şüarı belədir: "Bütün ölkələrin zəhmətkeşləri, birləşin!"). == Ölkələr == === Sovet İttifaqı === Oktyabr inqilabından sonra bolşevik hökuməti milli siyasətini (yerliləşdirməni) marksizm prinsipləri əsasında qurdu. Bu prinsiplərə görə, bütün millətlər sonda yox olmalıdır və millətçilik burjua ideologiyası hesab olunurdu. Leonid Brejnev SSRİ-nin yaranmasının 50 illiyinə həsr olunmuş məruzəsində vurğulamışdı: "Buna görə də kommunistlər və bütün sosializm mübarizləri hesab edirlər ki, milli məsələnin əsas tərəfi milli mənsubiyyətindən asılı olmayaraq zəhmətkeşlərin birləşməsidir.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Leon Burjua
Leon Viktor Oqyust Burjua (fr. Léon Victor Auguste Bourgeois; 29 may 1851[…] – 29 sentyabr 1925[…]) — Fransız dövlət xadimi və vəkili, 1920-ci il Nobel sülh mükafatı laureatı. İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib. == Həyatı == Parisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb.
Qafqaz bürosu
Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu və ya qısaca Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. 1920-ci ilin iyuluna qədər Qafqaz Bürosu Pyatiqorskda, oktyabrın sonuna qədər Armavirdə, 1920-ci il noyabrın əvvəlindən 1921-ci ilin martınadək - Rostov-na-Donuda, sonra isə Tiflisdə yerləşirdi. Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi. Qafqaz Bürosu RKP (b) MK Plenumunun 8 aprel 1920-ci il tarixli qərarı ilə yaradılmışdır. O, RKP(b)-nin Qafqaz Diyar Komitəsini əvəz etdi, baxmayaraq ki, Qafqaz Bürosunun yaradılması heç də Qafqaz Diyar Komitəsinin ləğvi demək deyildi. Qafqaz Diyar Komitəsinin Qafqaz Bürosu ilə əvəzlənməsi sonradan baş verdi. Sənədlər göstərir ki, aprelin 8-dən sonra Qafqaz Diyar Komitəsi Qafqaz Bürosu ilə paralel olaraq Qafqaz partiya təşkilatlarına rəhbərlik etməkdə fəaliyyətini davam etdirmişdir. Qafqaz Diyar Komitəsi RKP (b) MK-nın qərarı ilə mayın 20-də fəaliyyətini dayandırdığını elan etdi. Komitənin qərarı mayın 25-də RKP (b) MK Siyasi Bürosu tərəfindən təsdiq edildi.
Borulu bitkilər
Borulu bitkilər (lat. Tracheophytes) — bitkilər aləminin çoxsporlu bitkilər kladına aid bitki kladı. Bu bitkilər, adından da göründüyü kimi, su və qida maddələrinin daşınmasını təmin edən ixtisaslaşmış damar toxumalarına malikdirlər. Bu xüsusiyyət, onların quru mühitdə yaşamağa uyğunlaşmalarında və müxtəlif formalarda təkamül etmələrində mühüm rol oynamışdır. == Quruluşu == Borulu bitkilər kök, gövdə və yarpaqdan ibarət mürəkkəb bir quruluşa malikdir. Kök sistemi bitkini torpağa bağlayır, su və mineral maddələrin udulmasını təmin edir. Gövdə bitkinin dik durmasını təmin edir və yarpaqları günəş işığına doğru yönəldir. Yarpaqlar isə fotosintez prosesi vasitəsilə qida istehsal edir. Borulu bitkilərin ən vacib xüsusiyyəti, ksilem və floema adlanan iki növ damar toxumasına sahib olmasıdır. Ksilem, suyu və mineral maddələri köklərdən gövdə və yarpaqlara daşıyır.
Buqalu hərəkatı
Buqalu hərəkatı (ing. boogaloo movement) və ya Buqalu oğlanları (ing. boogaloo boys, ing. boogaloo bois) — ABŞ-də şəkildə təşkil olunmuş ifrat sağçı anti-hökumət ekstremist hərəkatdır. O, həmçinin milis kimi təsvir edilmişdir. Hərəkatın tərəfdarları bildirirlər ki, onlar ikinci ABŞ vətəndaş müharibəsi və ya ikinci Amerika inqilabı üçün hazırlaşır. Hərəkat silah tərəfdarı, hökumət əleyhinə olan qruplardan ibarətdir. Bu qrupların ideologiyası və irq kimi mövzulara baxışları geniş şəkildə fərqlənir. Bəziləri ağdərililərin üstünlüyünü müdafiə edən və ya neo-nasist qruplardır. Onlar yaxınlaşan iğtişaşların irqlərarası müharibə olacağına inanırlar.
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evpatoriyski burnu
Evpatoriyski burnu (ukr. Євпаторійський) — Krımın qərbində, Evpatoriya şəhər sovetliyi ərazisində yerləşən burun. Qara dənizə daxil olan Kalamit körfəzi sahilindədir. Sahilləri akkumulyativ tipə sahibdir. Burun şomal-qərbdən Kalamit körfəzi ilə əhatələnir. Burada eyni adlı mayak vardır. İctimai çimərliklərə sahibdir. == Ədəbiyyat == Дмитрий Тарасенко — Весь Западный Крым: история, природа, культура, туристические маршруты. Бизнес-Информ, 2008, 406 с.