Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. == Mənbə == Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Danil Ankudinov
Danil Ankudinov (qaz. Данил Анкудинов; 31 iyul 2003, Qaraqanda) — Qazaxıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın hücumçusu. == Karyera == Danil Ankudinov gənc oyunçu kimi İspaniyanın Marset Futbol Akademiyasına qoşulmuşdur. O, 2021-ci ildə Rusiyanın dördüncü dərəcəli çempionatında çıxış edən "Rodina-2" ilə müqavilə imzalamışdır. Ankudinov 2021–22 mövsümünün ikinci yarısından əvvəl Moldovanın "Şerif" klubu ilə müqavilə imzalamışdır. == İstinadlar == == Xarici keçidlər == Danil Ankudinov — "FootballFacts.ru" saytında.
Danil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Danil Quliyev
Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Janil Okoyeva
Janil Okoyeva (d. 15 noyabr 1993) — Qırğızıstanlı ağır atlet. Janil Okoyeva 2016-cı ildə Qırğızıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Həyatı == Janil Okoyeva 1993-cü ilin 15 noyabr günündə Qırğızıstanda anadan olub. == Karyerası == Janil Okoyeva karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Okoyeva birdən qaldırmada 72 kiloqram, təkanla qaldırmada isə 97 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 169 kiloqramlıq nəticə ilə Janil Okoyeva XXXI Yay Olimpiya Oyunlarında 10-cu yeri tutdu.
Ranil Vikramasinqhe
Ranil Vikramasinqhe (sinh. රනිල් වික්‍රමසිංහ, tam. ரணில் விக்கிரமசிங்க; 24 mart 1949, Kolombo) — Şri-Lankanın dövlət xadimi və hərbi lideri. O, 1994-cü ildən Şri-Lanka Birləşmiş Milli Partiyasının (BMP) lideri, 1993–1994-cü, 2001–2004-cü, 2015–2018-ci, 2018–2019-cu və 12 may 2022-ci ildən Şri-Lankanın Baş naziri olmuşdur. 20 iyul 2022-ci ildən Şri-Lanka Prezidenti. Vikramasinqhe 21 iyul 2022-ci ildə parlamentdə and içmişdir. Bundan əvvəl o, 15 iyul 2022-ci ildən ölkə prezidentinin səlahiyyətlərini icra etmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография Ранила Викремесингхе // РИА Новости. — 2022. — 13 iyul.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vanın mühasirəsi
Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir. == Arxa plan və mühasirə == Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi. Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı. Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.
Vasil Aprilov
Aprilov Vasil Yevstatiyev (21 iyul 1789, Qabrovo[d] – 2 oktyabr 1847, Qalas) – bolqar maarif xadimi, pedaqoq, yazıçı. Moskva yunan məktəbində, Braşova alman gimnaziyasında və Vyana Universitetində (1807–09) təhsil almışdır. Qabrovoda ilk bolqar dünyəvi məktəbinin əsasını qoymuşdur (1835). Yeni bolqar ədəbi dilinin yaradılması hərəkatının iştirakçısı olmuşdur. Aprilov təlim-tərbiyənin ana dilin də aparılması prinsipini müdafiə etmişdir. Elmi, pedaqoji əsərlərin müəllifidir.
Vasil Bıkov
Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] və ya 19 avqust 1924 – 22 iyun 2003[…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı . == Həyatı == Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır.
Vasil Lazaroviç
Vasil Lazaroviç (Ukraynaca:Василь Лазарович, 5 avqust 1981) Ukraynalı müğənni. == Həyatı == Vasil Lazaroviç 2002-ci ildə İvano-Farnkovskidə Stefanık adına Universiteti bitirmiş və vokalist diplomunu almışdır. 2004-cü ildə Belarusda Mixail Finbergin rəhbərliyi altında orkestrin solisti işləyib. Elə həmin il Vitebskdə Slavyan bazarı (Славянский базар в Витебске) müsabiqəsinin iştirakçısı olub. 2007-ci ildə isə Yurmalada Yeni dalğa (Новая волна) mahnı müsabiqəsində 9-cu yerə çıxıb.
Vasil Qarvanliyev
Vasil Qarvanliyev (mak. Васил Гарванлиев; 2 noyabr 1984, Strumitsa[d]) — Vasil Makedoniyalı vokalistdir. 2019 Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniyanı təmsil edən Tamara Todevskanın vokalisti olmuşdur. 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansı əldə etsə də, yarışma ləğv edildi.
Vasil Yakuşa
Vasil Fyodaraviç Yakuşa (30 iyun 1958, Kiyev vilayəti – 24 noyabr 2020, Minsk) — Belarus avarçəkəni. 1980 Yay Olimpiya Oyunlarında gümüş, 1988 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanmışdır. == Həyatı == Vasil Fyodaraviç Yakuşa 30 iyun 1958-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Fəaliyyətində ilk uğuru 1980 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Yakuşa qayıqlı avarçəkmədə gümüş medal almaqla qazanmışdır. Bundan sonra o, 1981 Dünya Avarçəkmə Çempionatına qatıldı və burada Sovet İttifaqını təmsil edərək səkkizinci oldu. 1982 Dünya Avarçəkmə Çempionatına da qatılan idmançı bu dəfə ikinci dəfə gümüş medal qazanmaqla ikinci uğurunu qazanmış oldu. 1983 Dünya Avarçəkmə Çempionatında o, dördüncü oldu. 1984 Yay Olimpiya Oyunlarına boykota görə qatıla bilmədi. 1985 Dünya Avarçəkmə Çempionatında da dördüncü olan Vasil Yakuşa 1 il sonra həmin çempionatda bürünc medal qazandı. 1988 Yay Olimpiya Oyunlarına qatılmaqla ikinci olimpiya oyununa qatılan Yakuşa tərəfdaşı Oleksandr Marçenko ilə birlikdə bürünc medal qazandı.
Vasil Şahnazaryan
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) == Həyatı == Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. == Fəaliyyəti == Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Anil Ambani
Anil Ambani (ing. Anil Dhirubhai Ambani, hind. अनिल अंबानी; d. 4 iyun 1959, Mumbay, Maxaraştra, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı. == Həyatı == Anil Ambani 4 iyun 1959-cu ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində anadan olmuşdur. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, kiçik oğlu olan Anilə də yüksək təhsil vermişdir. Anil, Mumbay Universitetində bakalavr dərəcəsi almışdır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Pensilvaniya Universitetində magistr dərəcəsinə yiyələnir. Anil Ambani Hindistanda Bollivud film sənayesinin ən böyük istehsalçılarından biridir.
Anil Kapur
Anil Kapoor (hind. : अनिल कपूर , pəncab : ਅਨਿਲ ਕਪੂਰ; 24 dekabr 1959, Bombey) — məşhur hind aktyoru və prodüseridir.
Anil Ratod
Anil Ramkişan Ratod (12 mart 1950 – 5 avqust 2020) — Hindistan diplomatı, Maharaştra Qanunverici Məclisinin üzvü. (1990 – 5 avqust 2020) == Həyatı == Anil Ramkişan Ratod 1956-cı ildə Mumbayda anadan olmuşdu.1990-cı ildə Maxaraştradan və Əhmədnaqardan Maharaştra Qanunverici Məclisinə üzv seçildi. O, bu məclisə üzv seçiləndə Şiv Sena Partiyasının üzvü idi. 2-ci çağırış məclis üzvü olanda o, Maxaraştranın dövlət naziri oldu. 2 il bu vəzifəni icra etdi. 2009-cu ilə qədər məclisin üzvü olan Anil Ratod bir müddət fasilədən sonra yenidən məclis üzvü seçildi. Ömrünün sonuna qədər Maharaştra Qanunverici Məclisinin üzvü oldu. == Ölümü == Anil Ramkişan Ratod 5 avqust 2020-ci ildə Mumbaydakı iqamətgahında ürək tutmasından qəfil vəfat etdi. Sabiq nazir Mumbayda dəfn olundu.
Anil Yüksel
Anil Yüksel (19 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 10 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 494-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır. Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.
Anıl Yüksel
Anil Yüksel (19 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 10 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 494-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Vani bələdiyyəsi
Vani (gürc. ვანის მუნიციპალიტეტი) Gürcüstanın İmereti regionunda bələdiyyədir. Onun əsas şəhəri Vanidir. == Coğrafiya == 1930-cu ildə ayrı bir rayona ayrıldı. İmeretinin ekstremal cənub-qərb hissəsində yerləşir. Bələdiyyə Bağdati, Samtredia, Tskaltubo, Adigen və Çoxataur bələdiyyələri ilə həmsərhəddir. Əsas relyef vahidləri Mesxeti silsiləsinin şimal yamacları, İmereti ovalığı və keçid cənub İmeretinin təpəli dağətəyidir. Şimal hissəsini İmereti düzənliyi tutur. Rioni çayı bələdiyyənin şimalından axır. Van ərazisində çaylar axır: Sulori, Kumuri və s.
Vasil ibn Əta
Vasil İbn Əta ({{lang-ar|ابو حذيفة الغزال واصل ابن عطاء) — Ərəb ruhanisi, Mötəziliyyə təriqətinin banisi. == Həyatı == == Dünyagörüşü == Mötəzilənin banisi Vasil İbn Əta (700-749) qədərilikdə olduğu kimi tale kultunu təkzib edir, lakin qədərilikdən fərqli olaraq tale ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə şəhər mədəniyyətinin azadlıqsevərlik meylləri aşkar olaraq duyulur. Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə azadlığında axtarılır. Mötəzilədə əxlaqın ilahi mənşəyi əslində inkar edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının əsası müqəddəs yazılarda deyil, dünyəvi prinsiplərdə axtarılır. Hətta Quranın əzəli olması belə inkar edilir. Mötəzilə tərəfdarları - mutazilitlər - dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə, zəkanın, ağlın qüdrətini etiraf etdiklərindən, yalnız zəkanın önəmliliyini tanıdıqlarından ilk müsəlman rasionalistləri kimi çıxış etmiş olurdular. Zəkanın qüdrətinə olan inam iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir.
Avaxıl
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd. Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub.Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır. == Mədəniyyəti == Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.