Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Estac
Estac — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Vokal
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
II Oskar
II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu. == Həyatı == 1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı. 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.
I Oskar
I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot (4 iyul 1799[…], Paris – 8 iyul 1859[…], Stokholm kral sarayı[d], Stokholm leni[d]) — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur. == Adı == Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür. == Gəncliyi == Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı.
L'Eskal
L'Eskal (fr. L'Escale, oks. L'Escala) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 808 nəfər (15-64 yaş) arasında 551 nəfər iqtisadi fəal, 257 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) idi. Fəal 551 nəfərdən 497 nəfəri (254 kişi və 243 qadın), 54 nəfəri işsiz (19 kişi və 35 qadın) idi.
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Oskar Danon
Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[…], Sarayevo – 18 dekabr 2009, Belqrad) — Yuqoslaviya bəstəkarı və dirijoru. İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır. Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur. Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir. Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Oskar Lanqe
Oskar Rışard Lanqe (pol. Oskar Ryszard Lange; 27 iyul 1904[…] – 2 oktyabr 1965[…], London) — polşalı iqtisadçı, ekonometrik, siyasi və ictimai xadim. Əsas elmi məsləhətçisi Adam Krzyżanowski idi. 1927-ci ildə Hüquq elmləri üzrə magistr dərəcəsini və 1928-ci ildə Krakov Universitetində hüquq elmləri doktoru dərəcəsini alıb. 1929–30-cu illərdə London İqtisadiyyat Məktəbində oxudu. 1931-ci ildə Krakov Universitetində müəllim oldu. 1935-ci ildə ABŞ-yə getdi və Miçigan Universitetində dərs deməyə başladı. 1938–1945-ci illərdə Çikaqo Universitetində dərs demişdir. 1927–1947-ci illərdə Polşa Sosialist Partiyasının üzvü, 1948-ci ildən PBİP üzvü. 1945-ci ildə Polşaya, 1945–1947-ci illərdə Polşa Xalq Respublikasının ABŞ-dakı səfiri, 1947-ci ilin yanvar-dekabr aylarında Polşa Xalq Respublikasının BMT-də və Təhlükəsizlik Şurasında təmsilçisi oldu.
Oskar Loya
Oskar Loya (12 iyun 1979) — 2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə Almaniya'nı təmsil edən müğənnidir. Müsabiqədə Aleks Kristensen ilə birlikdə Miss Kiss Kiss Bang adlı mahnını səsləndirmişdir.
Oskar Minqueza
Oskar Minqueza Qarsiya (13 may 1999) – İspaniya La Liqasında çıxış edən Selta Viqonun futbolçusu. Barselona 2-də ilk matçına 26 avqust 2018-ci ildə keçirilən Alsoyano-Barselona-2 matçında çıxıb. Matç Alsoyanonun 3–1 hesablı qələbəsi ilə başa çatıb. Barselonada ilk matçına 29 iyul 2018-ci ildə keçirilən Barselona-Tottenhem matçının 46-cı dəqiqəsində çıxıb. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb. Barselonada ilk qolunu isə 16 mart 2021-ci ildə keçirilən Barselona-Hueska matçının 53-cü dəqiqəsində vurub. Matç Barselonanın 4–1 hesablı qələbəsi ilə başa çatıb.
Oskar Montelius
Qustav Oskar Avqust Montelius (isv. Gustav Oscar August Montelius; 9 sentyabr 1843[…], Mariya-Maqdalena[d] – 4 noyabr 1921[…], Mariya-Maqdalena[d]) — İsveç arxeoloqu. Oskar Montelius 9 sentyabr 1843-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. O, hazırladığı tipoloji metod əsasında Avropanın Neolit, Tunc və erkən Dəmir dövrlərinin xronoloji təsnifatını yaratmışdır. Monteliun metodundan müasir arxeoloqlar da istifadə edir, lakin digər evolyusionist arxeoloqlar kimi, Montelius da səhvən cansız əşyaların da canlı orqanizmlər kimi inkişaf etdiyi mülahizəsinin tərəfdarı idi. O, 4 noyabr 1921-ci ildə Stokholm şəhərində vəfat etmişdir. Oscar Montelius. Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011.
Oskar Morqenştern
Oskar Morqenştern (d. 24 yanvar 1902 - ö. 26 iyul 1977) — almaniyalı iqtisadçı. İqtisadi tsikl, beynəlxalq ticarət məsələlərini, siyasi iqtisad problemlərinin statistik və riyazi təhlil metodologiyasını tədqiq etmişdir. Riyaziyyatçı Con fon Neyman ilə birlikdə oyunlar nəzəriyyəsini bazar iqtisadiyyatının təhlilinə təbiq etmişdir (gözlənilən faydalılıq nəzəriyyəsi). Neyman-Morqenştern konsepsiyasının əsas müddəaları 1944-cü ildə "Oyunlar nəzəriyyəsi və iqtisadi davranış" adı ilə dərc edilmişdir.
Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907, Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur. Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.
Oskar Pistorius
Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı. 2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub. Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib. Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur. 14 fevral 2013-cü il tarixində Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb).
Oskar Potiorek
Oskar Potiorek (alm. ‎və sloven. Oskar Potiorek; 20 noyabr 1853 – 17 dekabr 1933, Klaqenfurt) — Avstriya-Macarıstan sərkərdəsi, feldtseyxmeyster (30 oktyabr 1908). 1911-1914-cü illərdə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan qubernatoru, Birinci Dünya müharibəsi iştirakçısı olmuşdur. Oskar Potiorek 1867-ci ildə Texniki Hərbi Akademiya və Avstriya-Macarıstan Baş qərargah Akademiyasını bitirmişdir. 1879-cu ildən Baş qərargah, 1886-cı ildə əməliyyat bürosuna işləməyə başladı və 1892-ci ildə oranın rəis oldu; 1902-ci ildən Baş qərargah rəisinin müavini oldu. 1898-ci ildən 64-cü piyada briqadasına komandalıq edirdi. 1907-ci ildən III Ordu Korpusunun komandiri (Qrats) təyin edildi. 1910-cu ildən ordu müfəttişi, 1911-ci ildən Bosniya və Herseqovinanın torpaq hökumətinin sədri və Sarayevo qərargahlı ordu müfəttişi vəzifələrində işlədi. 28 iyun 1914-cü ildə Potiorek ershersoq Frans Ferdinandın olduğu avtomobildə sərnişin idi və ershersoqun qətli zamanı oradaydı, bununla belə qatil Qavrilo Prinsip söyləmişdir ki, ershersoqun həyat yoldaşı Sofiya Xotekə dəyən qüllə Potiorek üçün nəzərdə tutulmuşdur.
Oskar Qonzalez
Oskar Qonzalez (7 mart 1967) — Argentinanı təmsil edən stolüstü tennisçi. Oskar Qonzalez Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.