Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaseda Universiteti
Vaseda Universiteti (yap. 早稲田大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1882-cı ildə qoyulmuşdur. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Li Ben Çxol — "Samsung" şirkətin yaradıcısı; Yoshinori Sakai — Tokioda təşkil olunmuş 1964 Yay Olimpiya Oyunlarında Olimpiya məşəlini yandırmış idmançı; Haruki Murakami — məşhur yazıçı; Yoko Kanno — məşhur bəstəkar. Ryoko Hirosue — aktrisa. Təhsilini bitirməmişdir. 2018-ci Dünya şöhrətli yapon yazıçı Haruki Murakami şəxsi arxivini Vaseda Universitetinə bağışlayıb. Həmin şəxsi arxivinə əl yazmaları, qeyd dəftərçələri, məktubları və 10 min ədəd musiqi diskləri daxildir. Universitetdə Murakami pərəstişkarlarının və tədqiqatçılarının istifadə edəcəyi xüsusi kitabxana yaradılacaq.
Hadera
Hadera (ivr. ‏חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرة‎ al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir. Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır.
Nadejda
Nadejda — Rusiyada qadın adı. Nadejda Aliluyeva — İosif Stalinin həyat yoldaşı. Nadejda İsmayılova — Ssenari müəllifi və kino redaktoru. Nadejda Savçenko — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, Nadejda Yermakova — Belarus Mərkəzi Bankının rəhbəri Nadejda Vendelin — Aktrisa. Nadejda Krupskaya — Leninin arvadı. Nadejda Dırenkova — rus sovet türkoloqu. Nadejda Udaltsova — rus avanqard rəssam Nadejda Rumyanseva — Rusiya aktrisası Nadejda Mandelştam — Rusiya yazıçısı.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Vandeya
Vandeya (fr. Vendée, bret. Vande) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 85. İnzibati mərkəzi — La-Roş-sür-Yon. Əhalisi — 654 096 nəfər (departamentlər arasında 37-ci yer, 2010-cu ilin məlumatları). Ərazi 6,720 km² əhatə edir. Departamentin ərazisində Sevr-Nantez, Sevr-Nyortez, Les və Vandeya çayları axır. Departamentə Nuarmutye və Ye adaları daxildir. Departamentə 3 rayon, 31 kanton və 282 kommun daxildir.
Hadena
Hadena (lat. Hadena) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi. Əsasən şimal yarımkürəsində daha çox növünə rast gəlinir. Ümumilikdə 143-149 növünün olması ehtimal edilir.
Papeda
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Vader
Vader — 1983-cü ildə Olştında yaradılan Polşa metal musiqi qrupu. Adını "Ulduz müharibələri" filmindəki Darth Vaderdən almışdır. Qrupun üslubu daha çox sərt musiqi və vokaldan ibarətdir. 1989-cu ildə qrup özünün ikinci demo albomu "Necrolust" adlı albomu buraxaraq, 10.000 nüsxə buraxaraq metal üslubunda demo albom olaraq ən çox nüsxə satan Vader qrupu tarixə keçmişdir. Bu müvəffəqiyyət qrupa Earache Records albom şirkəti ilə müqavilə imzalayaraq, daha sonra qrup 1992-ci ildə ilk debüt "The Ultimate Incantation" adlı albomu buraxmışdır. 1995-ci ildə Impact Records albom şirkəti ilə müqavilə imzalayan qrup, həmin ildə De Profundis-i albomlarını buraxdılar, Future of the Past və Black to the Blind adlı albomları da buraxıldı. Daha sonra Vader qrupu əvvəlki demo albomlar olan Necrolust və Morbid Reich-in studio albomları buraxdı.1998-ci ildə Kingdom adlı EP albomlarını buraxaraq,həmən ildə Slayer qrupu ilə birgə Polşada konsertdə çıxış etmişdir. Bundan sonra qrup 2001-ci ildə albomlar və cover parçalar yazaraq Polşa, Ukrayna və Rusiya kimi ölkələr də albomları sürətlə satılmışdır.Avropa ölkələrin də konsertlər də çıxış edən Vader qrupu, Thrash'em All Festival-ında Krisun və Behemoth ilə yanaşı 10 polşalı death və black metal qrupları ilə konsert də çıxış etmişdir. 2011-ci ildə Welcome to the Morbid Reich adlı albomları son illərin ən yaxşı death metal albomlarından birinə imza atdı. Piotr "Peter" Wiwczarek: gitara, bas gitara, vokal (1983) Marek Pająk: gitara (2010) Tomasz "Hal" Halicki: bas gitara (2011) James Stewart: zərb alətləri (2011) Marcin "Ząbek" Gołębiewski – zərb alətləri (1999) Marcin "Martin" Rygiel – bas gitara (2008) Wacław "Vogg" Kiełtyka – gitara (2008–2009) Tomasz "Reyash" Rejek – bas gitara (2008–2011) Marco Martell – gitaraçı (2010) Jerzy "U." Głód – klavişli alətlər (2002) Krzysztof "Siegmar" Oloś – klavişli alətlər (2005, 2006, 2008, 2011) Zbigniew "Vika" Wróblewski – gitara (1983–1986) Robert Bielak – vokal (1984–1985) Piotr Tomaszewski (vəfat edib) – vokal (1985) Robert "Astaroth" Struczewski (vəfat edib) – bas gitara (1986) Grzegorz "Belial" Jackowski – zərb alətləri (1986–1987) Robert "Czarny" Czarneta – vokal (1986–1988) Jacek "Jackie" Kalisz – bas gitara (1988–1991, 1993) Krzysztof "Docent" Raczkowski (vəfat edib) – zərb alətləri (1988–2005) Piotr "Berial" Kuzioła – bas gitara (1991–1992) Jarosław "China" Łabieniec – gitara (1991–1997) Leszek "Shambo" Rakowski – bas gitara (1993–2001) Maurycy "Mauser" Stefanowicz – gitara (1997–2008) Konrad "Saimon" Karchut – bas gitara (2002–2003) Marcin "Novy" Nowak – bas gitara (2003–2008) Dariusz "Daray" Brzozowski – zərb alətləri (2004–2008) Paweł "Paul" Jaroszewicz – zərb alətləri (2008–2011) The Ultimate Incantation (1992) De Profundis (1995) Black to the Blind (1997) Litany (2000) Revelations (2002) The Beast (2004) Impressions in Blood (2006) Necropolis (2009) Welcome to the Morbid Reich (2011) Tibi et igni (2014) The Empire (2016) Solitude In Madness (2020) Live in Decay (1986) Necrolust (1989) Morbid Reich (1990) Sothis (1994) Kingdom (1998) Reign Forever World (2001) Blood (2003) Art Of War (2005) Lead Us !!!
Hadena (cins)
Mami Kaneda
Mami Kaneda (d. 9 mart 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Miho Kaneda
Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Miho Takeda
Miho Takeda (武田美保, Takeda Miho, 13 sentyabr 1976, Kioto) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Miho Takeda Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takeda Olimpiadanın bürünc medalına sahib olub.
Nadejda Aliluyeva
Nadejda Sergeyevna Aliluyeva (rus. Надежда Сергеевна Аллилуева; 22 sentyabr 1901, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 9 noyabr 1932, Moskva, RSFSR, SSRİ) — İosif Stalinin həyat yoldaşı. Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı. "Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
Nadejda Dırenkova
Nadejda Petrovna Dırenkova (31 may 1899 – 28 oktyabr 1941) — rus sovet türkoloqu. Nadejda Petrovna Dırenkova 1899-cu ildə anadan olmuşdur. Dana çox etnoqrafiya sahəsi ilə çalışmağına baxmayaraq türk dialektlərini tədqiq etmişdir. Türkologiya sahəsində "Grammatika ojrotskogo jazyka" (1940), "Grammatika sorskogo jazyka" (1941), "Grammatika hakasskogo jazyka" (1948) adlı qrammatika kitablarının müəllifi olaraq şöhrət qazanmışdır. "Tofalarskij jazyk" adlı məqaləsi 1963-cü ildə nəşr olunmuşdur. "Sorskij folklor" adlı əsəri dəyərli bir tədqiqatdır (1940). Nadejda Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir.
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 27 fevral 1939[…], Moskva, RSFSR, SSRİ) — Rusiya inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı. Krupskaya yoxsulluğa düçar olmuş aristokrat ailəsində anadan olmuşdur. O, yoxsulların həyatını yaxşılaşdırmaq haqqında güclü fikirlər formalaşdırmışdır. Krupskaya marksizmi mənimsəmiş və 1894-cü ildə marksist müzakirə qrupunda Leninlə tanış olmuşdur. Hər ikisi 1896-cı ildə inqilabi fəaliyyətə görə həbs edilmiş və Sibirə sürgün edilmişdir. Onlar 1898-ci ildə evlənmişdilər. İkisi sürgündən sonra Münxendə, sonra isə Londonda məskunlaşmışdılar. 1905-ci il inqilabında iştirak etmək üçün Rusiyaya qayıtmışdılar.
Nadejda Kuçer
Nadejda Kuçer (rus. Надежда Анатольевна Кучер; 18.5.1983, SSRİ, Minsk) — Müğənni (lirik soprano).
Nadejda Mandelştam
Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı. 26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur. Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı: "Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi.
Nadejda Muravyeva
Nadejda Muravyeva (d. 30 iyun 1980) — Rusiyanı təmsil edən həndbolçu. Nadejda Muravyeva Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Nadejda Neynski
Nadejda Neynski (bolq. Надежда Михайлова, tam adı Надежда Николова Михайлова, ikinci evlilikdən sonrakı soyadı Neynski, 9 avqust 1962, Sofiya[…]) — Bolqar siyasətçi və dövlət xadimi. 9 avqust 1962-ci ildə Sofiyada dünyaya gəldi. Sofiya şəhərində 127 nömrəli İvan Denkoğlu adına orta məktəbdə oxudu. Sonra 9-cu Fransız dili məktəbində Alphonse de Lamartineʼdə ispan dilinin tədrisinə başladı. 1985-ci ildə Sofiya Universitetinin filologiya fakültəsini bitirmişdir. Bolqarıstanda demokratik dəyişikliklər başlamazdan əvvəl İspan şeiri, İngilis ədəbiyyatı tərcüməçisi və müstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. Həyat yoldaşı ilə evləndikdən sonra, Misirdə həyat yoldaşı Kamen Mixaylov xarici ticarət şirkətinin "Texnoexport" şirkətinin rəhbər köməkçisi vəzifəsində çalışdı. 1989-cu ildə Demokratik Qüvvələr Birliyinin (DQS) koalisiyasının üzvü olan yenidən qurulan Radikal Demokrat Partiyasında siyasi fəaliyyətinə başladı. 1991 seçki kampaniyasında DQS mətbuat mərkəzinə başçılıq etdi və seçkidən sonra Filipp Dimitrov hökumətini təmsil edən mətbuat mərkəzinin rəhbəri oldu.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988, Kirişi, Leninqrad vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Nadejda Rumyanseva
Nadejda Vasilyevna Rumyanseva (rus. Наде́жда Васи́льевна Румя́нцева, 9 sentyabr, 1930, Potapovo, Smolensk vilayəti - 8 aprel, 2008, Moskva) — Rusiya aktrisası. Nadejda Rumyanseva 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib. Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi. Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir. Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa, 1959-cu ildə rejissor Yuri Çulyukinin "Təslim olmayanlar" kinokomediyasında Nadya Berestova roluna çəkilir.
Nadejda Samsonova
Nadejda Samsonova (26 aprel 1924, Kiyev, SSRİ – 9 yanvar 2010, Moskva) — sovet kino aktrisası. Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi. 9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.
Nadejda Savçenko
Nadejda Viktorovna Savçenko (ukr. Надія Вікторівна Савченко, 11 may 1981, Kiyev) — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, 25 dekabr 2014-ci ildən Avropa Şurasının Parlament Assambleyası daimi nümayəndə heyətinin üzvü, Mİ-24 vertolyotunun şturman-operatoru, Ukrayna qəhrəmanı. Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin çəkiliş qrupunun rusiyalı jurnalistinin qətlində əli olduğunu görə 17 iyun 2014-ci ildə Rusiyada 22 il azadlıqdan məhrum edilib.
Nadejda Sementsova
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.