Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
(s)
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
S
Latın qrafikalı Azərbaycan əlifbasında 25-ci hərf, 23 samitdən biri. S kar samitdir, cingiltili qarşılığı z samitidir. Kükürd elementi böyük k (K) hərfi ilə işarə olunur.
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
S.U.S.
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
C.A.R.V.İ.S.
C.A.R.V.İ.S. (ing. Just A Rather Very Intelligent System; J.A.R.V.I.S.) — Stark ailəsinə məxsus süni intellekt. Uydurma personaj olan bu süni intellekt Marvel Kinematoqrafiya Kainatında (MCU) Pol Bettani tərəfindən səsləndirilmişdir. "Qisasçılar: Altron dövrü"ndə Altron tərəfindən parçalanan C.A.R.V.İ.S. Bettani tərəfindən canlandırılan Vijn olaraq fiziki görünüş əldə etdi.
S.U.S. (mahnı)
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
Christie's
Christie's — 1766-cı ildə Ceyms Kristi tərəfindən yaradılan Böyük Britaniya xərrac evi. Şirkətin əsas binaları mərkəzi London və Nyu-Yorkda yerləşir.
Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Km/s
Kilometr bölünsün saat (km/st formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/st ya da km·st−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
M.s.
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
M/s
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.
S!sters
S!sters — Almaniyanın Hannover şəhərindən olan Laura Kastel və Karlotta Trumanın birlikdə yaratdığı musiqili duet. S!sters "Sister" mahnısı ilə Almaniyanın NDR telekanalının təşkil etdiyi Unser Lied für Israel yarışmasında qalib gələrək, Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
S-125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
S-200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
S-300
S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür. S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. 1950-ci illərdə Moskvanın hava hücumundan müdafiə sistemini mobilləşdirmək qərara alındı. Texnikanın seriyalı istehsalına 1975-ci ildə başlanıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb. Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib.
S-400
S-400 Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur. Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır. Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir. Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildirlər".
S.Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Stern's
"Stern's" (ilk adı Stern Brothers olub) ― ABŞ-nin Nyu-York, Nyu-Cersi və Pennsilvaniya ştatlarına xidmət edən tarixi regional universal mağaza şəbəkəsi. Şəbəkə 130 ildən çox fəaliyyət göstərmişdir. 2001-ci ildə "Stern's" ana şirkəti "Federated Department Stores" qərara gəldi ki, "Stern's" brendindən imtina eləsin. Mağazaların çoxu dərhal "Stern's"-in korporativ şirkəti "Macy's"-ə çevrildi, digərləri ləğv olunaraq "Bloomingdale's" adı altında təzədən açıldı.
Ş-213
Ş-213 (rus. Щ-213; ing. Shch-213) — İkinci dünya müharibəsində SSRİ tərəfindən Qara dənizdə istifadə edilən X tipli sualtı qayıq. Sualtı qayıq Ukrayna SSR-nın Mikolayev şəhərində hazırlanmış və 1938-ci ilin oktyabrında istifadəyə verilmişdir. 1942-ci ildə Ş-213 dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır. Ş-213-ə verilən gizli əmrə görə sualtı qayıq Qara dənizdə nasistlərə potensial silah-sürsat və material daşıyan bütün tərəfsiz və düşmən gəmiləri vurmalı idi. 23 fevral 1942-ci ildə Bosfor boğazının şimal-qərbində Türkiyənin "MV Çankaya" gəmisini batırmışdır. 12 dekabr 1941-ci ildə Rumıniyadan yola düşən və nasistlərin əlindən qaçan yəhudiləri aparan "Struma" gəmisi nasazlıq nəticəsində İstanbul yaxınlığında dayanmağa məcbur olmuşdur. Lakin Türkiyə hökümətinin tərəfsizliyinə görə gəmidəkilər sahilə çıxa bilməmişdirlər. 24 fevral 1942-ci ildə gəmi axıntıya düşmüş və Ş-213 tərəfindən vurulmuşdur.
Kanal S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Kanal V
Kanal V — Antalyada yayım edən televiziya kanalı. == Haqqında == 20 dekabr 1992-ci il Erdal Önər tərəfindən yaradılan Vip Tv kanalı,1998–2000 illəri arasında musiqi kanalı kimi olmuşdur.2000-ci illərin başlanğıcında " KadıAhmetoğulları’’-nın alması ilə kanalın adı dəyişdirilərək Kanal Vip oldu.2005-ci ildə kanal VTV adı ilə yayımlanmış, 2015-ci ilin sonlarında isə Kanal V olmuşdur. == Yayımlanması == 2002-ci ildə Türksat Kablo TV-də yayına başladıqdan sonra 2011-ci il Cumhuriyet (qəzet)-nin Antalya təmsilcisi Ahmet Oruçoğlunun satın alması ilə 2012-ci ildə sputnik üzərindən yayıma başlamışdır.2017-ci lin fevral ayından etibarən Kanal V-nin yeni sahibi Mehmet Okan Kayadır. Kanal V Antalya içində karasal yayın və Kablo TV-də, Türkiyədə isə Türksat 4A və D-Smart platformalarında yerləşir. == Şüarın yaranması və Xarici əlaqələri == Antalyada olan kanallardan ART Akdeniz TV 2016-da yayımlamağa durdu. Nəticə də Kanal V ‘‘Antalya’nın Tek Televizyonu’’ şüarını mənimsəmiştir.
Saturn V
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır. İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır. Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır. 3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir.
System V
System V-UNIX sisteminin AT&T və başqa şirkətlər tərəfindən təqdim olunan versiyası. Bir tərəfdən, System V, əsasən AT&T tərəfindən nəzarət olunan standartdır, başqa tərəfdən, bir çox şirkətlərin təklif etdiyi kommersiya məhsuludur. Ayrı-ayrı versiyalar nömrələnir, məsələn, System V.4 onu bildirir ki, o, 4 versiyasıdır. Sistem V-nin dörd əsas versiyası 1, 2, 3 və 4 saylı nömrələrə buraxılmışdır. System V Release 4 və ya SVR4 kommersiya cəhətdən ən uğurlu versiya idi və "Unix Sistem Birləşməsi" Əsas Unix təchizatçılarının əməkdaşlığını istədi. Bir neçə ümumi kommersiya Unix xüsusiyyətinin mənbəyi idi. Sistem V bəzən SysV-ə qısaldılır.2012-ci ildən etibarən Unix bazarı dörd V Variantları arasında bölünür: IBM AIX, Hewlett-Packard HP-UX, Oracle Solaris. [1] Açıq mənbə OpenSolaris davamı olan illumos paylamaları. Sistem V, 1982-ci ildə UNIX Sistemi III-nin varisidir. AT & T, Sistem V-ni işləyən öz donanımlarını satarkən, əksər müştərilər AT & T-nin tətbiqinə əsaslanan bir dilerdən bir versiyasını yerinə yetirdilər.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
E.ə. 717
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Rem və Romul — Qədim Romanın ilk çarı.
E.ə. 718
== Hadisələr == Mannada Aza (e.ə.718-716) hakimiyyətə gəldi.
E.ə. 719
== Hadisələr == Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdılar. Assuriya hökmdarı II Sarqon (e.ə.722-706) Manna ilə ittifaqa sadiq qalaraq bu üsyanı yatırdı. == Doğumlar == == Vəfatlar == İranzu - Manna hökmdarı.
E.ə. 72
== Hadisələr ==
E.ə. 722
== Hadisələr == Assuriyada II Sarqon (e.ə.722–706) hakimiyyətə gəldi.
E.ə. 727
== Hadisələr == == Doğumlar == == Vəfatlar == III Tiqlatpalasar (? — E.ə.
E.ə. 728
== Hadisələr == Midiya, Mada və ya Maday (yun. Μηδία) — e.ə. 728-ci ildən e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
E.ə. 731
== Hadisələr ==
E.ə. 735
== Hadisələr == == Doğumlar == == Vəfatlar == II Sarduri — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
E.ə. 738
== Hadisələr ==
E.ə. 74
== Hadisələr == Romada Spartakın başçılığı ilə qullar üsyanı (e.ə.74-71) baş verdi.
E.ə. 740
== Hadisələr == Mannada İranzu (e.ə.740–719) hakimiyyətə gəldi.
E.ə. 743
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasarın hakimiyyəti sona çatmışdır.
E.ə. 745
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasar hakimiyyətə gəlmişdir. Urartu hökmdarı II Sarduri Mannanın cənub torpaqlarına basqın etdi. Mannanın bir hissəsini işğal edə bildi. Assuriya ilə Urartu arasındakı mübarizədən istifadə edən mannalılar işğal olunmuş torpaqlar uğrunda mübarizəyə qalxdılar.