Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Aşaği Qalaquz
Aşaği Qalaquz — İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Qalağan bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Blaqun buzlağı
Blaqun buzlağı (bolq. ледник Благун, ‘Lednik Blagun’ \'led-nik bla-'gun\) — 13 km uzunluğu, 2.3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Doliye buzlağından cənub-qərbdə, Peyna buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Blaqun şəhərinin adını daşıyır. == Yerləşməsi == Blaqun buzlağı 66°51′00″ c. e. 66°03′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgün Abdullayev
Elgün Bəyişli
Elgün Camal
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elgün Həsənov
Elgün Kərimov
Elgün Mikayıllı
Elgün Muradov
Elgün Mövlanov
Elgün Paşayev
Elgün Quliyev
Elgün Sadıqov
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov
Elgün Xanoğlanlı
Elgün Xıdırov