Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gursulu
Gursulu — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd yerləşdiyi ərazidə gur sulu bulaqların olmasına görə belə adlandırılmışdır.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Gürsel İsmayılzadə
Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. 1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib. 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
Qurşun Cami
Qurşun Cami (tərcümədə "qurğuşun məscidi" mənasını verir) — XIV əsrə aid olunan krım tatarlarının keçmiş məscidi. Starıy Krım şəhərində yerləşir. Hal hazırda xarabalıqlar qalıb. Rusiyanın mədəni irsi statusuna malikdir. Məscidin qalıqları rəssam İvan Ayvazovskinin keçmiş mülki ərazisində yerləşir. "Qurğuşun məscidi" adı ola bilsin onunla bağlıdır ki, məscidin inşası zamanı üzlük daşları qurğuşun səddləri ilə bitişdirilmişdir və ya günbəzin qurğuşun örtüyü səbəbindən belə adlandırılmışdır. Övliya Çələbinin məlumatlarına görə, məscid 1396-cı ildə Timur Qutluq xanın qız nəvəsi Bay Buqla Hatunun göstərişi ilə tikilmişdir və öncəki illərdə təkyə (dərvişlərin iqamətgahı) hesab olunurdu. 1398-ci ildə məhəllə məscidinə çevrildi. Tikilinin plan quruluşu düzbucaqlıdır (12.5 × 17.5 m). İnşa zamanı əhəngli məhlul əsasında yırtıq (qaba) daş və kvadrat kərpicdən istifadə edilmişdir.
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Tanju Gürsu
Tanju Gürsu (d. 27 Oktyabr 1938, Trabzon; ö. 7 İyun 2016, İstanbul) Türk aktyoru, ssenarist və rejissor. Tanju Gürsu, Hayati və Mediha Gürsu'nun 3-ü qız, 2-si kişi uşaqlarından biri olaraq 1938-ci ildə Trabzonun İskenderpaşa Məhəlləsində doğuldu. Tanju Gürsu, Hayati və Mediha Gürsu'nun 3-ü qız, 2-si kişi uşaqlarından biri olaraq 1938-ci ildə Trabzonun İskenderpaşa Məhəlləsində doğuldu. Trabzon Liseyinə bitirmişdir. 1962-ci ildə Səs Jurnalının açdığı yarışmağı qazanıb, oyunçu olaraq kinoya başlayan sənətçi, bir çox film və serialda rol almış, Abidə Filmlərin adlı bir şirkət quraraq prodüserlik işinə də girmiş, ayrıca üç film ssenarisi yazmış və beş filmdə rejissorluq etmişdir. İlk dəfə 1988-ci ildə Kurtar Beni filmiylə Qızıl Portağal qazanan Gürsu, 1997-ci ildə mübahisəli şəkildə İtlər Adası filmiylə Ən Yaxşı Kişi Oyunçu budağında bir dəfə daha mükafata layiq görüldü. Gürsu, həmçinin 1998-99 illəri arasında təxminən bir il boyunca Trabzonspor'da İnzibati və Texniki Konulardan Məsul Başçı Köməkçisi olaraq vəzifə etdi.
Gürsu (Cizrə)
Gürsu — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "qozca" mənasını verən Qozik kimi qeyd olunur. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Aşağı Qurul (Çaypara)
Aşağı Qurul (fars. قورول سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (51 ailə).
Yuxarı Qurul (Çaypara)
Yuxarı Qurul (fars. قورول عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (41 ailə).