Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Hvar
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür. == Coğrafiyası == Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001).
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Var
Var (Xoy)
Var.
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Avar Dövləti
Avar Krallığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Avar dövləti. == Tarixi == Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar, bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.
Avar dairəsi
Avar dairəsi (rus. Аварский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1864–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xunzax kəndi idi.
Avar dili
Avar dili— Qafqaz xalqlarından biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.
Avar imperiyası
Avar Krallığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Avar dövləti. == Tarixi == Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar, bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.
Avar mətbəxi
Avar mətbəxi (avar. МагӀарулазул квен-тӀех) — Şimali Dağıstanın orijinal mətbəxlərindən olan Avarların milli, qədim mətbəxi. Avarların əsas milli pəhrizi xingala əsaslanır. == Xüsusiyyətləri == Ənənəvi olaraq, avarlar çoxlu ət yeyirlər. Adətən yeməklər quzu və mal ətindən hazırlanır. Ətdən zəngin şorbalar (çurpa və ya şurva) bişirilir, ətli un yeməkləri hazırlanır və kabab qızardılır. Ən məşhur şorbaları arasında mərcimək şorbası, əvəlik şorbası və adi şorba seçilir. Avar mətbəxinin əsas əlaməti qurudulmuş ətdir. Soyuducu olmadığı zamanlarda qurudulmuş ət uzun müddət qida xüsusiyyətlərini qorumağa imkan verirdi. Daha az tərəvəz, əsasən soğan və pomidor, daha az kartof və badımcan, çoxlu miqdarda müxtəlif göylər, sarımsaq, sirkə və digər isti ədviyyatlar istifadə olunur.
Avar xanlığı
Avar xanlığı (avar. Авар нуцаллъи) — bugünkü Dağıstan ərazisində XII əsrdən XIX əsrə kimi mövcud olmuş feodal dövlət. == Tarixi == XII əsrin əvvəllərində xristian Sərir krallığının süqutundan sonra avarlar müsəlmanlaşmağa başladı. Bölgə Sabutay Bahadurun başçılığı ilə monqollar tərəfindən işğal edildikdən sonra, 1222-ci ildə bölgədə hərbi münaqişələr artdı. Ardından avarlar, Xarəzmşahlar hökmdarı II Məhəmmədə monqollara qarşı aparılacaq savaşda onlara dəstək olacaqlarını söz vermişdi, lakin avarların monqollarla müharibəsi haqqında heç bir bir məlumat, heç bir sənəd yoxdur. Qızıl Ordanın süqutunun ardından Qazi-Kumuxda şamxallığın yüksəlişi, Avar xanının gücünün XV və XVI əsrlərdə azalacağına bir nişanə idi. Bu illərdə xanlıq quruluş baxımından iradəsiz bir dövlət halına gəldi. Xanlıqdakı əhalinin bir çoxu xandan olduqca böyük muxtariyyət əldə etməsi səbəbindən bəzən o, güclü düşmənlərə qarşı Çarın himayəsini istəmək məcburiyyətində qaldı. 1740-cı ilin yayında Avşarlar sülaləsi hökmdarı Nadir şah, Qazi-Kumuxa gəldi. Kumık şamaxalı Xaspulat xan, Qaytak usmisi Əhməd xan və Akuşa qazisi sədaqətlərini subut etmək üçün müxtəlif hədiyyələr təqdim etdilər.
Avar xaqanlığı
Avar Krallığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Avar dövləti. == Tarixi == Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar, bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.
Avar yazısı
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Gavar (Kəleybər)
Gavar (fars. گوار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (92 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Qavr (rayon)
Qavr (fr. Le Havre) — Fransanın Normandiya regionun rayonlarından biri. Departamenti — Dənizkənarı Sena. Prefektura — Blua. Rayon əhalisi 2014-cı ildə 396 174 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 324 nəf / km². Rayon ərazisi — 1221 km².
Sümüksüz İvar
Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarka – ən tezi 787 və ən geci 878, İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik və ən qəzəbli oğludur. Saqalara görə İvar Raqnar Lodbrok və Aslauqun ilk övladıdır.Háttalykill inn forni saqasına görə doğularkən onun heç bir sümüyü yox idi. Buna görə ona sümüksüz ləqəbi verilmişdir. Raqnar Lodbrokun Nortumbriya krallığındakı ölümü üzərinə qardaşları ilə birgə İngiltərəni işğala qoşulmuşdur. 865-ci ildə qardaşı Halfdan Hvitserk ilə Şərqi Anqliya torpaqlarını işğala başlamışdır. 867-ci ildə isə York şəhərini işğal etmişdir. II Aelladan atasının intiqamını almış, qardaşları ilə birgə onu qan qartalı edam şəkli ilə öldürmüşdür. 869-cu ildə Şərqi Anqliya kralı Müqəddəs Edmundu edam edib ölkəsini ələ keçirmişdir. Bu ildən sonra ordusunun bir hissəsini götürərək Dublini işğala getmişdir və orada Dublin krallığı və Adalar krallığının əsasını qoymuşdur.
İvar Kalnınş
İvar Edmund Kalnınş (latış. Ivars Edmunds Kalniņš‎) — Sovet və Latviya aktyoru. İvar Kalnınş 1 avqust 1948-ci ildə Riqada işçi ailəsində anadan olmuşdur. O, əvvəlcə 1968-ci ildə Yanis Raynis adına 8 nömrəli axşam orta məktəbini, 1971-ci ildə Riqa kinostudiyasının xalq kinoaktyor studiyasını, 1974-cü ildə isə Yazep Vitol adına Latviya Dövlət Konservatoriyasının teatr fakültəsini bitirmişdir. 1972-ci ildən Y. Raynis adına Bədii Akademik teatrının (indiki Dayles Teatrı) aktyorudur. Aktrisa Aureliya Anujite ilə ailəli olmuşdur.
İvar Lassi
İvar Lassi (fin Ivar Fredrik Lassy; 18 noyabr 1889, Bakı – 4 iyun 1938, Butovo poliqonu[d], Moskva vilayəti) — Fin əsilli Azərbaycan SSR jurnalisti, yazıçısı və şərqşünası. İvar Lassi 1889-cu ilin 18 noyabr tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində anadan olmuşdur. Azərbaycandakı Məhərrəm ayı adətlərini sistematik şəkildə analiz edərək elmi iş şəklində yayımlamış ilk şəxsdir. 1936-cı ildən, 1938-ci ilə qədər davam edən siyasi repressiyalar dövrü olan Böyük təmizləmə zamanı, yazmış olduğu kitablarda anti-sovet ruhunun olması əsas gətirilərək Finlandiyaya cəsusluqda ittiham edilmiş və 1938-ci ilin 4 iyun tarixində edam edilmişdir.
İvar Osen
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[…], Ersta[d] – 23 sentyabr 1896[…], Kristianiya[d]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir. İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.
İvar Smilqa
İvar Smilqa (2 dekabr 1892 – 10 yanvar 1937, Moskva) — Bakının sovet Rusiyası tərəfindən işğalının (1920) təşkilatçılarından biri. 1892-ci ildə Rusiya imperiyasına daxil olan, idiki Latviya torpaqlarında yerləşən Litvoniya quberniyasının Aloja məntəqəsində anadan olmuşdur. 1907-ci ildən Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının üzvü olub. Fevral inqilabından (1917) sonra Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Kronştadt komitəsinin tərkibinə daxil olmuş, Finlandiya vilayət ordu, donanma və fəhlə icraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir. Oktyabr inqilabından (1917) sonra Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) Finlandiyada müvəkkili, respublika hərbi-inqilab Şurasının üzvü, Ali Xalq Təsərrüfatı şurası sədrinin müavini olmuşdur. Qafqaz cəbhəsinin rəhbərlərindən biri kimi Bakının işğalı planının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 1920 il 16 yanvar- 21 may və 1921 il 26 yanvar — 26 mayda Qafqaz cəbhəsi hərbi-inqilab şurasının üzvü, həmin cəbhəyə daxil olan 11-ci Qırmızı ordunun Bakını işğalı zamanı Qafqaz cəbhəsinin müvəqqəti komandanı (1920, 24 aprel — 15 may) olmuşdur. RSFSR XKS-nın sədri V. Leninin Bakını işğal etmək haqqındakı 1920 il 17 mart tarixli şifrəli teleqramı Smilqa və Q. K. Orconikidzeyə ünvanlanmışdı. Teleqramda deyilirdi: Həmin teleqramın Leninin əlyazması ilə birlikdə arxivdən aşkar edilmiş surətində Orconikidze bu sözləri yazmışdır: Smilqa 1920–1921 illərdə həmkarlar ittifaqı diskussiyası zamanı L. D. Trotski platformasının tərəfdarı olmuşdur. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 15-ci qurultayında (1927), trotskiçi müxalifətin fəal xadimi kimi partiyadan çıxanılmışdır.
Avar Türkləri
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Avar Türkü

Ovar (Fransa)
Ovar (fr. Auvare) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,27 km², əhalisi — 53 nəfərdir (2006) artım tendensiyası ilə: 45 nəfər (2012), əhalinin sıxlığı 2,46305418719212 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 46 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 45 nəfər.
Avar əlifbası
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Qırmızı qar (Anar İsmayıl)
Qırmızı Qar — Anar İsmayıl tərəfindən 2016-cı ildə yazılmış tarixi-detektiv altjanrında roman. Roman satışa çıxdığı ilk ayda Qanun nəşriyyatının yayımladığı məlumata əsasən 2017-ci ilin noyabr ayında Azərbaycan Ədəbiyyatı üzrə ən çox satılan kitab olmuşdur. XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.