Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Talay
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qalay 4-oksid
Kassiterit və ya qalay 4-oksid (SnO2) — dördvalentli qalayın oksigenli birləşməsi.Qalay 4-oksid suda həll olmur, təbiətdə kassiterit mineralı şəklində tapılır, turşu və qələvi məhlullarının təsirinə qarşı müstəsna dərəcədə davamlıdır, karbon, hidroken və s. ilə asan reduksiya olunur. Sənayedə qalayı oksigendə yandırmaqla alınır. İstiyədavamlı minalar və qurğuşun-qalay şirləri hazırlanmasında işlədilir.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. == Tarixi == 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . == İstinadlar == == Xarici keçidlər == Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Malay ayısı
Malay ayısı (lat. Helarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Malay dili
Malay dili Avstroneziya dilləri arasında ən önəmli dildir. Bu dil Malayziyada (Malayziya dili adıyla), İndoneziyada (İndoneziya dili adıyla), Bruneydə (Melayu Bruney adıyla) və Sinqapurda (Bahasa Melayu(Malay dili) adıyla milli dil və Sinqapurun dörd rəsmi dillərindən biri) rəsmi dildir. Bu dil 40 milyon insan tərəfindən yerli olaraq danışılan bir dildir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Malay qavialı
Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara, molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir. == Arealı və yaşayış yerləri == İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır.
Malay yarımadası
Malakka (tay แหลมมลายู, malay Tanah Melayu, birm. မလေး ကျွန်းဆွယ်, həmçinin Malay yarımadası (tay คาบสมุทรมลายู, malay Semenanjung Tanah Melayu)) — Cənub-Şərqi Asiyada yerləşən iri yarımadalardan biri. Qərbdən Andaman dənizi və Malakka boğazı, şərqdə isə Cənubi Çin dənizi, Siam körfəzi ilə əhatələnir. Hind-Çin yarımadasınln cənub qutaracağında yerləşir. Yarımadanın cənubunda Asiya materikinin ən ucqar cənub nöqtəsi olan Piay burnu yerləşir. Uzunluğu şimaldan cənuba 1300 km, sahəsi 190 min km², şimal sərhəddi Kra bərzəxindən keçir və eni 44 km təşkil edir. Orta hissədə hündürlük 2190 m (Taxan) təşkil edir. Ərazisi Myanma, Tailand və Malayziya kimi ölkərinin tərkibinə daxildir. Şimal-qərbdə Myammanın cənub hissəsi, şimal hissəsi Tailand, cənub hissəsi isə Malayziyanın ərazisini təşkil. Yarımadadan cənubda Sinqapur adası yerləşir.
Qalan Erilix
Qalan Erilix — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Haqqında == Piktlərin xronikasına əsasən Qalan Erilix Pikt kralları Drust Qurdinmoxla Fudrusun oğlu Drust arasında on beş il hakimiyyətdə olmuşdur. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). === Milli tərkibi === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Din == Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.