Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Etik
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
EHİM
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi. == Fəaliyyət istiqamətləri == Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. == Layihələr == === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. == Məhsulları == Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Tim
Tim — vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Efim Heller
Efim Heller (ukr. Юхим Петрович Геллер, ing. Efim Geller; 8 mart 1925, Odessa, Ukrayna SSR) sovet şahmatçısı, qrosmeyster. Efim iki dəfə Sovet Çempionu (1955, 1979) və altı dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1962, 1965, 1968, 1971). O, dörd dəfə Ukrayna Çempionluğu titulunu qazanıb (1950, 1957, 1958, 1959). Heller Dünya Çempionu Boris Spasski və Anatoli Karpovun məşqiçisi kimi də fəaliyyət göstərib. Şahmatçı eyni zamanda yazıçılıqda edib. == Həyatı == Heller Odessada yəhudi ailəsində böyüyüb. Heller şahmat üzrə ixtisaslaşmamışdan əvvəl yaşsı basketbol oynayırdı və bədən tərbiyyəsi doktorluğunu qazanmışdır. Ən yaxşı oyuncu kimi onun inkişafını İkinci Dünya Müharibəsinin başlanması gecikdirdi.
Elşən Əzim
Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; 28 avqust 1975, Zülfüqarlı, Kəlbəcər rayonu) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur. == Yaradıcılığı == 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir. Şeirləri rus, belarus, bolqar, türk, qırğız, qazax, özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır. 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.
Etik hakerlik
Etil metakrilat
Etil metakrilat (Etil 2-metil akrilat, Etil 2-metil-2-propenoat, UN2277)-kimyəvi formulu C₆H₁₀O₂,metakril turşusunun etil efiridir. == Fiziki xassələri == Etil metakrilat normal şəraitdə rəngsiz mayedir, suda az həll olur, qaynama temperaturu 117 °C və ərimə temperaturu -75 °C-dən azdır. Molekulyar çəki isə 114.1 q/mol-dur. Etil metakrilat xassələrinə görə metil metakrilata bənzəyir, lakin onun qıcıqlandırıcı xassələri daha az nəzərə çarpır. == Tədbiqi == Etil metakrilat akril polimerlərin - sintetik qatranların, latekslərin, emulsiyaların istehsalı üçün istifadə olunur .Metil metakrilatdan daha az bioloji təhlükəli olduğu üçün bu efir kosmetik prosedurlarda, xüsusən də dırnaq uzatmalarında istifadə olunur. == Təhlükəsizlik == Etil metakrilat buxarlarının inqalyasiyası öskürək, yanma, başgicəllənmə və baş ağrılarına səbəb olur. Böyük dozalarda ürəkbulanma, qusma və huşun itirilməsinə , dəri ilə təmasda yanmağa səbəb olur. Gözlərlə əlaqə aktiv lakrimasiyaya, gözlərdə ağrıya gətirib çıxarır. Etil metakrilat buxarı hava ilə yaxşı qarışır və partlayıcı qarışıqlar əmələ gəlir.Maddə qızdırıldığında və işığa məruz qaldıqda və ya güclü oksidləşdirici maddələrlə təmasda olduqda şiddətlə polimerləşir. == Mənbə == Etil metakrilat (EMA) (əlçatmaz keçid).
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Orxan Əzim
Orxan Etibar oğlu Əzimov və ya Orxan Əzim (28 oktyabr 1986, Bakı) — azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2021). Onun Binəqədi rayonu ərazisində yaşayış binasında baş verən yanğından, Çernobıldan, İraqdan, Hələbdən və Şuşa həbsxanasından lentə aldığı fotolar, keçirdiyi fotosərgilər həm ölkə, həm də dünya mətbuatının diqqət mərkəzində olub. Orxan Əzim 1986-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə A. Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, "Televiziya rejissoru" ixtisası üzrə alıb. 2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor assistenti olaraq işə başlayıb. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgidə iştirak edib.
Qlen Etiv
Qlen Etiv (ing. Glen Etive; şot.kelt Gleann Èite) – Şotlandiyanın Haylends ərazisində yerləşən dərə.
Əzim Həsənov
Əzim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Əzim Qeyçisaz
Əzim Qeyçisaz (fars. عظیم قیچی‌ساز‎) İran alpinisti. O, 8000 metrdən hündür bütün zirvələri fəth edən yeganə iranlı alpinistdir. Əzim Qeyçisaz 1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 2002-ci ildən aktiv peşəkar alpinizmlə məşğuldur. 2016-cı ildə oksigen və Hi-porterlər olmadan ikinci dəfə Everest zirvəsinə qalxmağı bacarmışdır. 2017-ci ilin may ayının 19-da yerli vaxtla 12:12-də Lhotze zirvəsinə qalxmışdır. Bununla da o, dünyadakı 8000 metrdən hündür 14 zirvənin hamısına dırmana ilk iranlı alpinist olmuşdur.
Əzim xan
Əzim xan (puşt. عظیم خان, hind. अज़ीम ख़ान) — puştun əsilli Kəşmir hakimi. Əzim xan Abdulla xan Alukzaydan (1796–1808) sonra, 1810–1816-cı illərdə Kəşmirin hakimi olmuşdu. Amansızlığı və qəddarlığı ilə tanınırdı.
Əzim Şahmalıyev
Əzim Namiq oğlu Şahmalıyev (20 dekabr 1990; Əlirzalı, Goranboy — 15 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əzim Şahmalıyev 20 dekabr 1990-cı ildə Goranboyda anadan olub. Məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əzim Şahmalıyev Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Goranboyda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əzim Əzimzadə
Əzim Aslan oğlu Əzimzadə (25 aprel (7 may) 1880, Novxanı, Bakı qəzası – 15 iyun 1943, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq rəssamı (1927), Əmək Qəhrəmanı (1927). Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.
Etik haker
Ağ şlyapalılar (ing. white hats), etik hakerlər (ing. ethical hackers) və ya Samuray hakerlər (ing. Samurai hackers) – yaradıcı kompüter bacarıqlarından zərərli məqsədlər üçün deyil, cəmiyyətin faydası üçün istifadə edən hakerlər. Məsələn, 1990-cı illərin ortalarında haker cəmiyyətinin Kiber Mələklər kimi tanınan anti-kriminal istiqaməti meydana çıxmışdı. O vaxtdan bəri Kiber Mələklər gündə 24 saat, həftədə yeddi gün ümumdünya hörümçəyini skanlayaraq uşaq pornoqrafiyasına və kiber-təqibə qarşı mübarizə aparırlar. Haker cəmiyyətində başqa Ağ Şlyapa nişanları da geniş yayılmışdır. Məsələn, Ağ Şlyapa Etikası ilə yaşayan elit hakerlər məlumatı qəsdən məhv etməməyə, kompüter sistemlərinə və ya şəbəkələrə ziyan vurmamağa çalışırlar. Sistemin təhlükəsizliyini yoxlamaq üçün əxlaqlı hakerlər öz "məsləkdaşlarının" metodlarından istifadə edirlər, ancaq aşkarladıqları boşluqlardan istifadə etmək əvəzinə, bu haqda rəhbərliyi məlumatlandırırlar. Etik hakerlik "soxulma sınağı", "müdaxilə sınağı" və "qırmızı birlik" kimi də tanınır.
Etik normalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Etik normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Etik qaydalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Etik qaydaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Nihad Erim
İsmayıl Nihad Erim (1912[…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb. Nihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub.