Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Zunuz
Zunuz (fars. زنوز‎, Zonouz) — İranın Şərqi Azərbaycan ostanında şəhər. Zunuz Mərənd şəhristanına bağlıdır. 2006-cı il məlumatına görə əhalisi 2.618 nəfərdir. Əyalətin şimalında yerləşir. Təbrizə 100 km. uzaqlıqdadır. Xalqı Türküdür. Şəhər və dövrəbərinin güzəran qaynağı əkinçilik, heyvandarlıqdır. Xüsusilə alması və kərə yağı məşhurdur.
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Müluz (rayon)
Müluz (fr. Mulhouse) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura — Müluz. Rayon əhalisi 2006-cı ildə 347 301 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 491 nəf / km². Rayon ərazisi — 707 km².
Zunuz nahiyəsi
Zunuz nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Zunuznın adındandır. Şimaldan Naxçıvan nahiyəsi ilə sərhəd idi.
Zulu dili
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Zulu (film, 2013)
Zulu rejissorluğunu Jerom Sallın etdiyi fransız detektiv filmidir. Film 2013 Kann kinofestivalında bağlanış filmi olaraq seçilib.
Anri de Tuluz-Lotrek
Anri de Tuluz-Lotrek (fr. Henri Marie Raymond comte de Toulouse-Lautrec Monfa, [ɑ̃ʁi də tuluz loˈtʁɛk]; 24 noyabr 1864[…], Albi – 9 sentyabr 1901[…]) — Tuluz-Lotreki sülaləsindən olan Fransız postimpressionist rəssam, qrafik və reklam posteri senətçisi. == Ailəsi və gənclik illəri == Anri de Tuluz-Lotrek 24 noyabr 1864-cü ildə aristokrat ailəsində anadan olub. Rəssamın həyatının ilk illərini Albi şəhərində ailə əmlakına keçirib. Onun valideynləri, Alfons Şarl de Tuluz-Lotrek-Monfa və Asel Tapye de Seleyran 1868-ci ildə kiçik oğulları Riçard öldükdən sonra ayrıldı. Valideynləri boşandıqdan sonra, Anri Şato-dü-Bosk (fr. Cháteau du Bosc) əmlakında və Narbon yaxınlığında yerləşən Seleryan (fr. Cháteau du Céleyran) əmlakında yaşayıb, burada at sürmə, latın və yunan dilini öyrənmişdir. 1871-ci ildə Fransa–Prussiya müharibəsinin bitməsindən sonra Tuluz-Lotrek Parisə köçdü — həyatını dəyişən, ilham verən və sənətkarın işinə böyük təsir göstərən bir şəhər. Anri de Tuluz-Lotrek həyatı boyu, xüsusilə sənətçinin sağlamlığını pozan faciəli hadisələrdən sonra həyatında əsas insan olmuş anasına yaxın idi.
Fuyuz
Fuyuz (fr. Fouillouse, oks. Folhosa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05057. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 188 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15–64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 82,7%, 1999-cu ildə 70,2%). Fəal olan 91 nəfərdən 83 nəfəri (53 kişi və 30 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) idi.
Gülüzü
Gülüzü — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin əski adı Pekraşendir (erm. Փեքրաշեն). == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 69 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 27 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 779 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Zurzuna kənd cəmiyyətinin Pekraşen kəndində 360 nəfər əhali yaşayırdı, onların 351 nəfərini etnik qarapapaqlar, 9 nəfərini isə kürdlər təşkil edirdi.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Pülük
Sünnət — lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Sulduz
Sulduz
Suluk
Toponimlər
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Çuluq
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.