Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620–1630 metrdir == Toponimikası == Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; dayanacaq) sözünün təhrif olunmuş forması hesab edilir və "düşərgə, yaşayış məskəni" kimi izah olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Von Lu Ven
Vonq Lu Venq (12 mart 1950) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Vonq Lu Venq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub.
Albrext fon Run
Albrext fon Run (alm. Albrecht Theodor Emil Graf von Roon‎; 30 aprel 1803 – 23 fevral 1879, Berlin) — qraf (19 yanvar 1871-ci il), alman hərbi və siyasi xadimi, Prussiya general-feldmarşalı (1 yanvar 1873-cü il). 2 sentyabr 1859-cu ildən Prussiyanın hərbi naziri, bu vəzifədə 1873-cü ilədək qaldı. Bir sıra əhəmiyyətli hərbi islahatlar keçirdi, hərbi qulluq üç illik oldu, ordunu daha çevik vəziyyətə gətirdi. Prussiyanın 1864-cü ildə Danimarka ilə , 1866-cı ildə Avstriya ilə , 1870–1871-ci ildə Fransa ilə muharibələrində qələbə çalmasında böyük rol oynadı. I Vilhelm ilə hərbidən dost idi və ona Otto fon Bismarkı kansler təyin etməyi məsləhət bilmişdi. == Ədəbiyyat == Roon W. von: Denkwürdigkeiten aus dem Leben des General-Feldmarschalls Kriegministers Grafen von Roon, Bd.1–2, Breslau 1892. == İstinadlar == Vikianbarda Albrext fon Run ilə əlaqəli mediafayllar var.
Rud Van Nistelroy
Rud van Nistelroy — niderlandlı peşəkar futbol məşqçisi və keçmiş futbolçu. Bütün zamanların ən yaxşı hücumçularından biri kimi tanınan van Nistelroy UEFA Çempionlar Liqasının üç ayrı mövsümündə ən çox qol vuran futbolçu və 56 qolla yarışın tarixində ən çox qol vuran altıncı oyunçu olub. O, bundan başqa daha üç fərqli Avropa liqasının da ən çox qol vuran futbolçusu olub. 2004-cü ildə, FIFA 100-də o, dünyanın yaşayan ən yaxşı futbolçularının siyahısına daxil edilmişdir. Van Nistelroy karyerasına "Den Boş" klubunda başlamış, iki Erediviziya titulu qazandığı "PSV Eyndhoven" klubundakı çıxışı ilə tanınmışdır. Onun "PSV"-dəki qol rekordu "Mançester Yunayted"in diqqətini çəkmiş, nəticədə 2000-ci ilin yayında klub onunla müqavilə bağlamışdır. Lakin zədə problemlərinə görə onun transferi bundan bir il sonra Britaniyanın o vaxtkı rekord məbləği olan 19 milyon funt sterlinq qarşılığında reallaşıb. Nistelroyun "Yunayted"dəki fəaliyyəti uğurlu olub: o, Premyer Liqa, Federasiya Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olmuş və iki dəfə Ser Mett Basbi adına İlin Oyunçusu mükafatını qazanmışdır. Van Nistelroy "Yunayted" üçün ümumiliikdə 219 oyunda 150 qol vurub və o zamanlar Avropanın bütün zamanlarının rekordçusu olub. 2006-cı ildə o, "Real Madrid"də çıxış etməyə başlayıb.
Rud van Nistelroy
Rud van Nistelroy — niderlandlı peşəkar futbol məşqçisi və keçmiş futbolçu. Bütün zamanların ən yaxşı hücumçularından biri kimi tanınan van Nistelroy UEFA Çempionlar Liqasının üç ayrı mövsümündə ən çox qol vuran futbolçu və 56 qolla yarışın tarixində ən çox qol vuran altıncı oyunçu olub. O, bundan başqa daha üç fərqli Avropa liqasının da ən çox qol vuran futbolçusu olub. 2004-cü ildə, FIFA 100-də o, dünyanın yaşayan ən yaxşı futbolçularının siyahısına daxil edilmişdir. Van Nistelroy karyerasına "Den Boş" klubunda başlamış, iki Erediviziya titulu qazandığı "PSV Eyndhoven" klubundakı çıxışı ilə tanınmışdır. Onun "PSV"-dəki qol rekordu "Mançester Yunayted"in diqqətini çəkmiş, nəticədə 2000-ci ilin yayında klub onunla müqavilə bağlamışdır. Lakin zədə problemlərinə görə onun transferi bundan bir il sonra Britaniyanın o vaxtkı rekord məbləği olan 19 milyon funt sterlinq qarşılığında reallaşıb. Nistelroyun "Yunayted"dəki fəaliyyəti uğurlu olub: o, Premyer Liqa, Federasiya Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olmuş və iki dəfə Ser Mett Basbi adına İlin Oyunçusu mükafatını qazanmışdır. Van Nistelroy "Yunayted" üçün ümumiliikdə 219 oyunda 150 qol vurub və o zamanlar Avropanın bütün zamanlarının rekordçusu olub. 2006-cı ildə o, "Real Madrid"də çıxış etməyə başlayıb.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-cü ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-cu ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. == Şəxsi həyatı == Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yon Byun-Son
Yon Byun-Son (d. 27 noyabr 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Byun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Hyoi-Son
Yon Hyoi-Son (d. 28 aprel 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Hyoi-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. == Filmoqrafiyasi == Televiziya drama.
Con fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru. Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Pon-de-Vo
Pon-de-Vo (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
RPK
RPK (rom: Ruçnoy Pulemyot Kalaşnikov, rus: Ручной пулемёт Калашникова (Az: Əllə Kalaşnikov avtomatı) 7,62×39 mm çaplı Sovet dizaynlı manqalara dəstək məqsədilə hazırlanmış yüngül pulemyotdur. Mixail Kalaşnikov tərəfindən 1959-cu ildə AKM ilə birlikdə hazırlanmışdır. 7,69×39 mm kalibrdəki RPD çoxməqsədli pulemyotunun yerinə hazırlanmışdır. Hələ də aralarında Rusiyanında olduğu keçmiş sovet respublikaları, o cümlədən şərq bloku, Afrika və bəzi Asiya silahlı qüvvələri tərəfindən istifadə edilməyə davam edir. Polşa bunu 1974-cü ildə əldə etdi və hava-desant qoşunları, kəşfiyyat və xüsusi əməliyyat bölmələri tərəfindən istifadə olunur. RPK hazırda Rusiyanın icazəsi ilə Bolqarıstan və Rumıniya tərəfindən lisenziyaya əsasında istehsal olunur. Türkiyə Silahlı Qüvvələri də bu silahdan istifadə edənlər sırasındadır. Digər pulemyotlardan daha yüngül və keyfiyyətlidir. Ayrıca olaraq sökülməsi və yığılması ilə AK seriyalı avtomatları ilə eynidir. Qısaca olaraq AKM-in fərqli modelidir.
Rok
Rok musiqisi (ing. Rock music) — 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində ABŞ-də "rok-n-roll" kimi yaranmış və 1960-cı illərin ortalarından etibarən müxtəlif janr və üslubları yaranmış geniş populyar musiqi janrıdır. Rok musiqisinin mənşəyi, 1940-1950-ci illərin rok-n-roll üslubuna dayanır ki, bu üslub birbaşa blüz, ritm və blüz, həmçinin kantri musiqisindən ilhamlanır. Rok, həmçinin elektrik blüz və folk kimi janrlardan da böyük ölçüdə təsirlənmiş və caz kimi digər musiqi üslublarından da ilham almışdır. Rok, adətən elektrik gitara başda olmaqla, elektrik bas gitara, zərb alətləri və bir və ya bir neçə vokal ifa ilə birlikdə tək və ya qrup şəklində ifa olunur. Ümumiyyətlə, rok 44 xanə ölçülü və nəqarət-bənd formasından istifadə edən mahnı əsaslı musiqidir, lakin janr zamanla çox dəyişmişdir. Pop musiqisi kimi, rok musiqisinin sözləri də əsasən romantika, sevgi mövzusuna yönəlir, lakin tez-tez sosial və ya siyasi mövzulara toxunan geniş mövzuları da əhatə edir. Rok musiqisi 1950-ci illərdən 2010-cu illərə qədər ABŞ-də və Qərb dünyasının böyük bir hissəsində ən populyar musiqi janrı olmuşdur. Rok musiqiçiləri 1960-cı illərin ortalarından etibarən albomu sinql əvəzinə ön plana çıxardılar və eyni zamanda qeyd edilmiş musiqi ifadəsi və istehlakının dominant forması kimi təqdim etməyə başladılar. Onların töhfələri bu janrın əsas cərəyanda mədəni haqq qazanmasına və musiqi sənayesində onilliklər boyu davam edəcək rok əsaslı albomlar dövrünün başlamasına səbəb oldu.
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. == Həyatı == 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. == Tarixi == Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. == İslamda == İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. == Digər açıqlamalar == Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir. Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur. Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir. Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
Həmkarlar İttifaqının 10 illiyi (film, 1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Həmkarlar İttifaqının 10 İlliyi (1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
K-12 (albom)
K-12 — amerikalı müğənni Melani Martinesin ikinci studiya albomu. 6 sentyabr 2019-cu ildə Atlantic Records vasitəsilə eyniadlı filmlə birlikdə buraxılıb. Martines özünün yazıb rejissorluq etdiyi bu filmdə baş qəhrəman "Cry Baby" personajını canlandırmışdır. == Fon == Martines albomu 2015-ci ildə yazmağa başlayıb. O, 2017-ci ildə Billboard-a verdiyi müsahibədə dedi ki, onun o zaman adı açıqlanmayan ikinci albomu tamamlandı və onu yazıb rejissorluq etdiyi bir film müşayiət edəcək. 2019-cu ilin fevralında Instagram postunda o, albomun "artıq iki il yarımdır ki, hazır olduğunu", çox güman ki, yayın sonunda çıxacağını və ondan əvvəl heç bir sinqlin kommersiya olaraq buraxılmayacağını yazdı. Martines 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə "After School" adlı mini-albom buraxacağını elan etdi. Əvvəlcə layihəni 2020-ci ilin yazında yayımlamağı planlaşdırırdı, lakin layihə 25 sentyabr 2020-ci ildə təqdim olundu. == Promosiya == Martinesin pastel sinif otağında yer aldığı tizer videosu 15 may 2019-cu ildə dərc olundu. Mayın 16-da o, sosial media hesabları vasitəsilə albomun üz qabığını təqdim etdi.
K-12 (film, 2019)
K-19
K-19 — keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Hərbi dəniz sualtı gəmisi olub,nüvə silahı ilə silahlanmışdır. 1958 də xizəyə qoyulub, 1959 da dənizə endirilmiş, 12 iyul 1960-cı ildə ilk dəfə donanma bayrağı çəkilmiş və bütün təslim edilmə testləri 12 noyabr 1960-cı il tarixində tamamlanmışdır. İnşaat və xidmət ömürü boyunca keçirdiyi çox saydakı qəzalar səbəbiylə, dənizçilər və zabitlər arasında rəsmi olmayan "Xirosima" ləqəbin ilə tanınmışdır. == Xarakteristikası == Sinif və tipi: Hotel sinfi dənizaltı gəmi Kənar sahə: 4,095 ton Uzunluq: 114 m Şüa: 9.2 m Su çəkilişi: 7.1 m İtələmə gücü: 2 × 70 MW nüvə reaktor,2 xarici turbin, 2 şaxt, 39.200 shp (29 MW) Sürət: 15 kn (28 km/s) su səthi, 26 kn (48 km/s) sualtı Mənzil: 57,500 (26 kn (48 km/s)) Dayanıqlılıq: 60 gün(qida və fiziki sağlamlıq ilə məhdud) Test dərinliyi: 250 m (test) 300 m (hazırlanan) Adam tutumu: 125 zabit və dənizçi == Qəza == 4 iyul 1961 tarixində birinci kapitan Nikolay Vladimiroviç Zateyev (1957–1961)əmrindəki K-19, Cənubi Gronland yaxınlarında təlimlər edərkən reaktor soyutma sistemindəki əhəmiyyətli bir sızıntıdan ötəri, arxa tərəfdə olan reaktorda su təzyiqi sıfıra düşdü və soyutma nasosla vurarının iflasına səbəb oldu. Başqa bir qəzadan ötəri uzun mənzilli telsiz sistemi onsuz da dövrə xarici olduğundan Moskva ilə əlaqə qurulamadı. Reaktor istiliyi idarəsiz bir şəkildə 800 °C'yə (təxminən olaraq yanacaq çubuqlarının ərimə nöqtəsi) çatdı və zəncirləmə reaksiyalar SCRAM (təcili reaktor bağlama) mexanizmi üzərindən ilişən idarə çubuqlarına baxmayaraq davam etdi. Bağlama mexanizmi, soyutma sisteminə ehtiyac duyduğundan reaktor istiləşməyə davam etdi. Zateyev və başqa vəzifəlilərin daha əvvəlki tələblərinə baxmayaraq, hər hansı bir ehtiyat soyutma sistemi qoyulmamışdı. Bu qəza sonrası gəminin bir çox heyəti zərər görmüş bəziləri isə həyatın itirmişlər. == Kapitan == Nikolay Zateyev (1957–1961) V. A. Vaganov (1961–1965 sentyabr) E. Kovalev (sentyabr 1965–1967) Y. F. Beketov (1967–1969) V. M. Tyapkin (1969–1970) Y. S. Pivnev (26 oktyabr 1970 — sentyabr 1973) G. Nikitin (sentyabr 1973–1974) V. F. Musatov (3 iyun 1974–1977) N. Eliseev (1977 28 May — 1978 4 noyabr) V. A. Dmitrov (30 oktyabr 1978–1987) O. E. Adams (15 avqust, 1987–22 sentyabr 1997-ci il) A. A. Gorunov (24 fevral 1998–2001), ekipaj komandiri J. S. Panasiuc (2001–2003) ekipaj komandiri.
K2-19
K2–19 maqnit cəhətdən aktiv olan erkən K tipli və ya gec G tipli əsas ardıcıllıq ulduzudur və parlaqlıqda ~1% variasiya nümayiş etdirən işıq əyrisinə malikdir. O, təxminən 976 işıq ili uzaqlıqda Qız bürcündə yerləşir. Bu ulduzun orbitində üç təsdiqlənmiş tranzit ekzoplanetin olduğu məlumdur. == Planet sistemi == Kəşf Kepler kosmik gəmisinin K2 uzadılmış missiyasının 1-ci Kampaniyasının məlumatlarının təhlili zamanı iki xarici planetin planet namizədləri olduğu bildirildi. Hər iki planet Devid J. Armstronq və K2–19b üçün əlavə tranzitləri aşkar etmək və bir saatlıq tranzit vaxtı dəyişmələrini ölçmək üçün yer əsaslı teleskoplardan istifadə edən əməkdaşları tərəfindən təsdiq edilmişdir. Onlar müstəqil olaraq 20 digər planetlə birlikdə Benjamin T. Montet və komanda tərəfindən təsdiq edilmişdir. K2–19d ilk dəfə K2 Missiyasının[13] birinci ilindən namizədlərin axtarışı zamanı planet namizədi kimi bildirilmiş və daha sonra Sinukoff və digərləri tərəfindən təsdiq edilmişdir. Xüsusiyyətlər K2–19 üç məlum planeti olan bir planet sisteminə malikdir, bunlardan ikisi daha böyük olan K2–19b və K2–19c 3:2 orta hərəkət rezonansına yaxındır.
KamAZ-5460-066-33
KamAZ-5460-066-33 — 2003-cü ildən 2014-cü ilə qədər daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil Rusiya sedel çəkmələri.
KamAZ 5460-046-22
KamAZ 5460-076-63 — 2010-cu ildən etibarən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil avtomobil xəttinin Rusiya sedel çəkmələri.
Kamal Məmmədov (20 Yanvar şəhidi)
Kanal 13
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 13 (Azərbaycan)
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 35
Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı. == Tarixi == "Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb.
Keshet 12
«Keshet 12» (ivr. ‏‎קשת 12‎‏‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır. == Tarixi == İsrailin «Channel 2» kanalı «İkinci Televiziya və Radio Şirkəti» tərəfindən idarə olunurdu. Lakin kanal «Keshet Media Group» və «Reshet» şirkətləri tərəfindən maliyyələşdirilmişdir. İsrailin yayım sistemində həm özəl, həm də dövlət kanallarının müxtəlifliyini və rəqabətini artırmaq məqsədilə keçirilən islahatlar nəticəsində «Channel 2» bağlanmışdır. «Keshet 12» və «Reshet 13» telekanalı ilə birlikdə 1 noyabr 2017-ci ildə yayıma başlamışdır. «İsrail Televiziya Xəbərlər Kompaniyası» hər iki kanalda xəbər proqramlarını təqdim etməyə davam edir. Əsas xəbər bülleteni hər iki kanal tərəfindən ortaq şəkildə yayımlanır, digər proqramlar isə iki kanal arasında bölünmüşdür.
Kh-22
Kh-22 NATO kod adı AS-4 Kitchen olan Rusiya istehsalı olan ABŞ aviadaşıyıcılarına qarşı yaradılmış olan bir döyüş raketidir.
La Liqa 1929-30
Primera División'nun 1929-30 sezonuna dekabrın 1-i 1929-cu il tarixində start verildi. 10 komandanın iştirak etdiyi bu sezon 1930-cu il martın 30-da sona yetdi. == Komandalar == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1930-31
La Liqa'nın bu sezonuna 1930-cu il dekabrın 7-də start verildi. Sezon 1931-ci il 5 aprel tarixində başa çatdı. 1930-31 sezonunda iştirak edən klublar: == Komandaların yerləri == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1931-32
La Liqa'nın bu sezonuna 1931-cu il noyabrın 22-də start verildi. Sezon 1931-ci il 3 aprel tarixində başa çatdı. 1931-32 sezonunda iştirak edən klublar: 1 İspaniyanın İkinci Cümhuriyyəti dönəmində bütün klubların adından Real sözü götürülmüşdür. == Komandaların yerləri == == Yekun cədvəl == 2 Real Madrid klubu Madrid FK adını alıb. 3 RCD Español klubu CE Espanyol adını alıb. 4 Real Sosyedad became Donostia CF adını alıb. 5 Real Unión klubu Union Club Irún adını alıb. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 2008-09
== Yerdəyişmə == Sequnda -dan yüksələn klublar Numansiya Malaqa Sportinq Xixon Sequnda -ya düşən klublar Saraqosa Mursiya Levante == Turnir cədvəli == == Piçiçi mükafatı == Piçiçi mükafatı bir mövsüm ərzində ən çox qol vuran oyunçuya verilir. Son yenilənmə: 17 may 2009Mənbə: Yahoo! Sport == Zamora mükafatı == Zamora mükafatı bir mövsüm ərzində qapısından ən az qol buraxan qapıçıya verilir.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.
Lockheed Martin F-35 Lightning II
F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.