Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa II Elizabet, Böyük Britaniya kraliçası. II Marqrete, Danimarka kraliçası. Karl XVI Qustav, İsveçrə kralı.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi." Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur. Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədi ilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. == Sual cümləsində sözlərin sıralanması == Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. == Sual cümlələrinin qəribəlikləri == Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Anu Kaal
Anu Kaal (est. Anu Kaal 4 noyabr 1940, Tallin) — Estoniya opera və operetta müğənnisi (lirik-koloratura soprano), müəllim. SSRİ xalq artisti (1981) . == Bioqrafiyası == 1959-cu ildən Tallinn Musiqi Məktəbində vokal təhsili almışdır. 1963-cü ildə Tallinn Musiqi Kollecinin vokal sinfini, 1968-ci ildə Tallin Konservatoriyasını (indiki Estoniya Musiqi və Teatr Akademiyası) (Viktor Quriyevin sinfi) bitirir. 1963-cü ildən xor müğənnisi, 1967-ci ildən 1996-cı ilədək Tallində Estoniya Opera və Balet Teatrının (indiki "Estoniya" Milli Operası) solisti olur. 1971-1972-ci illərdə La Skala Teatrında (Milan) (Renata Karozionun sinfi) dərslər alır. Konsert fəaliyyətinə rəhbərlik etmişdir. Kamera müğənnisi kimi çıxış edir. Vokal və simfonik əsərlərin ifasında iştirak edir: "İohann sayağı ehtiras" İohann Sebastyan Bax, "Fəsillər" Yozef Haydn, Stabat Mater Covanni Battista Perqolezi, Aydınlanma Benjamin Britten və b.
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. == Nümunələr == Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? == Təhsildə == Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. == Adı == Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Kral-Kristian
Kral-Kristian (ing. King Cristian Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qruplarına daxildir. Hal-hazırda adada həyat əlaməti yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının qərbində yerləşir, 13,5 km cənub-qərbdə Ellef-Rinqnes adası qərar tutur ki, Datç boğazı vastəsi ilə ayrılır. Baterst adasını adadan Mak-Klin boğazı ayırır. Sahəsi 645 km², sahil xətdinin uzunluğu 116 km təşkil edir. Adanın uzunluğu 40 km, maksimal eni — 26 kilometrdir. Adanın səthi düzənliklərdən ibarət olaraq hündürlüyü 40–110 metr təşkil edir. Ən hündür nöqtəsi 165 metrdir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə Otto Sverdrup tərfindən kəşf edilir və adlandırılır.
Kral-Vilyam
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiyası == Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur.
Kral-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae"(en), "Historia Brittonum"(en) və britaniyalı keşiş Qildanın(en) yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin"(en) kimi erkən dövr bədii mənbələrdə çəkilir, . == İstinadlar == == Ədəbiyyat == Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Kral Dongmyeong
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Dongmyeonq
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Minjunq
Kral Minjunq (d. ? – ö. 48) — Goguryeo krallığının dördüncü kralıdır. 44–48-ci illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Hakimiyyəti qardaşı Kral Demusindən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin oğlu Mobon keçmişdir.
Kral Mobon
Kral Mobon (d. 30 – ö. 53) - Goguryeo krallığının beşinci kralıdır. 48-53-cü illərdə hökmdarlıq etmişdir.Kral Demusinin oğludur. Hakimiyyəti əmisi Kral Minjunqdən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin qardaşı Go Jaesanın (재사, 再思) oğlu Kral Taejodae keçmişdir.
Kral kobrası
Kral kobrası (lat. Ophiophagus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinə aid heyvan cinsi.
Kral koloniyası
Kral koloniyası (İngilis dili: Crown colony, XVII əsrdə royal colony) İngiltərə müstəmləkə imperiyasında və sonrakı Britaniya imperiyasında müstəmləkə idarə qaydalarının bir növü idi. Kral koloniyalarını kralın təyin etdiyi valilər idarə edirdilər. XIX əsrin ortalarında bu təyinatlar müstəmləkə nazirinin təklifinə uyğun olaraq həyata keçirilməyə başlandı. İlk kral koloniyası 1624-cü ildə kralın Virciniya şirkətindən aldığı ABŞ ərazisində yerləşən Virciniya koloniyası idi. 19-cu əsrin ortalarına qədər “kral koloniyası” termini yalnız Trinidad və Tobaqo və ya Britaniya Qvianası kimi müharibə yolu ilə ələ keçirilmiş koloniyalarda istifadə edildi, ancaq o dövrdən etibarən Britaniya Hindistanı və sonralar dominion Statusu qazanmış məskunlaşdırılmış müstəmləkələr istisna olmaqla bütün koloniyalar üçün istifadə edildi. Termin 1981-ci ildə Britaniya Vətəndaşlıq Qanunu ilə qalan Britaniya koloniyalarının "Britaniyadan asılı bölgələr" adlandırılmasına qədər istifadə edilməyə davam edildi. 2002-ci ildə bu ad da ləğv edildi və xaricdəki ingilis ərazisi adı istifadəyə verildi.
Kral pinqvini
Kral pinqvini (lat. Aptenodytes patagonicus Miller,JF, 1778) — uçmaq bacarığı olmayan pinqvinlər fəsiləsinə aid quş növü. == Ümumi xüsiyyətlər == Kral pinqvini imperator pinqvininə bənzəyir. Ancaq ölçü baxımındam ondan kiçik və parlaq rənglərə sahibdir. Bədənin uzunluğu 91 sm — 1 metr arasında dəyişir. İri fərdlər boz rəngli belə sahibdirlər. Balalar qonur rəngə sahil olurlar. Böyür nahiyəsi ağdır. == Yayılması == Kral pinqvinləri Odlu Toppaq, Cənubi Georgiya, Cənubi Sandviç adaları, Prins-Eduard, Kroze, Kergelen, Herd, Makkuori adalarında yayılmışdır. Kral pinqvinlərinin dünyada sayı 1 milyon başdır.
Kral susüpürəni
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.