Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Qərəz
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Mərz
Mərz (erm. մարզ, fars. مرز‎) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü vahidi; tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt. Farsca söz olan mərz "sərhəd", "əyalət" mənalarına gəlir. Mərzlər mərzban (erm. մարզպետ; marzpet) adı daşıyan əyalət başçısı tərəfindən idarə olunur.
Səhhət və Mərəz
"Səhhət və Mərəz" — farsca və nəsrlə yazılmış alleqorik əsər. "Səhhət və Mərəz" əsərində Füzuli öz dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin qiymətli nümunəsini yaratmışdır. Füzuli "Səhhət və Mərəz" əsərində dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin gözəl nümunəsini yaratmışdır. Əsərdən aydın olur ki, şair ruhun varlığına inanır, onun Lahut aləmində yaşayıb Cəbərut aləmindən Nasut aləminə, yəni dünyaya gəldiyini və burada İnsan bədəni ilə birləşdiyini söyləməklə bərabər, ayrı-ayrı bədən üzvlərinin vəzifələrini və bunların arasındakı əlaqənin İnsan məzacı vasitəsilə yarandığını və bu ahəngdarlıqdan səhhət yarandığını göstərdiyi kimi, bədən üzvləri arasındakı ziddiyyətlərdən doğan xəstəliklər və bunlarla mübarizə üsullarından da bəhs edir. Əsərin ikinci hissəsi İnsanın xarici görünüşünün təsvirinə həsr olunmuşdur. Əgər daxili üzvlərdən beyin bir qala adlanıb – sevinc, kədər, qorxu, cəsarət, eşq, məhəbbət, hüsn və s. onunla bağlanırdısa, bu hissədə zahiri üzvlər təsvir edilir. Bu da maraqlıdır ki, həmin üzvlərin təsvirində Füzuli poeziyasında İnsan gözəlliyinin tərənnümünə xidmət edən poetik vasitələrdən geniş istifadə olunmuşdur. Burada təriqət terminlərinə xeyli yer verilməsinə baxmayaraq, əsas diqqət şəriət məsələləri üzərində cəmlənmişdir. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir , yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır. Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-də dərc olunan "Arzuların (obrazların) əksi" kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan "Yapon bayrağı" və "Medium insan" obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Merəç (Baymak)
Merəç (başq. Мерәҫ, rus. Мерясово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Merəç kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 12 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 57 km. Tanalık çayının sahilində yerləşir.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Mərəzə gəvəni
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz dağlarında yayılmışdır. 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Mərəzə rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. Qədim yaşayış mərkəzlərindən biri olan Qobustan qəsəbəsi Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer, ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıqda "qobu", quru və ya müvəqqəti su axan dərə, yarğan landşaftlarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, ərəb dilində "qabustan" - müqqəddəs yer sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın, "stan" isə məkan mənasını verir. "Qabus - can" və ya "Qabistan" Allaha yaxın məkan deməkdir.
Mərəzə xalçaları
Mərəzə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Mərəzə" adlı xalçalar təkcə Mərəzədə (indiki Qobustan) deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar. "Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir. Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda yerləşmişdir. Bu zolaqlar əsrlər boyu Hindistanda istehsal olunan tirmə parçadan götürülümüş, sonra assimlyasiya edərək xalçaçılıq sənətinin xüsusiyyətlərini əldə etmiş və şəklini dəyişmişdir.