Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dil. == Əlifbası == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Əvəzliklər == 9 əvəzlik var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fetcey, Staren (1979). Kotava, langue internationale neutre. Québec, Canada : Ed. Univers des langues T.B. INC. 148 p. Kotava Avaneda (Kotava linguistic committee). Official grammar of Kotava {PDF}; Official grammar of Kotava (French) {PDF}. Kotava Organisation (March 2007, version III.8, 49 p.
Oktava
Oktava (lat. səkkizinci) — Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval. Sözün mənşəyi fransızca "səkkizlik" mənasını verən oktava sözündən götürülmüşdür. Fransız sözü "səkkizinci" mənasını verən latın octavus sözündəndir. Bu söz latın octo "səkkiz" sözündən götürülmüşdür. Oktava sözü səkkiz səsin birləşməsindən əmələ gələn səslər silsiləsi mənasını daşıyır.
Opava
Opava (çex. Opava, alm. Troppau‎, pol. Opawa) — Çex Respublikasıda şəhər. Moraviya-Sileziya bölgəsində, Opava çayının sahilində yerləşir. Əhalisi - 59,4 min nəfər, sahəsi isə 90.6 km² Opavanın əsası 1224-cü ildə, Opava knyazlığının mərkəzi kimi göstərilir. 1348-ci ildən Opava Çex kralının və Çexiya Sileziyasının mərkəzinə çevrilmişdir. 1820-ci ildə burada Troppau konqresi keçirilmişdir. Tezliklə bu yerlər coğrafi cəlbediciliyinin qiymətləndirilməsi ilə, Opava çayının ətrafında məskunlaşmış qədim qəsəbə sakinləri (X c), Baltik dənizindən olan Adriatikaya yolun olduğunu bilmişlər. Sonralar orada çay ətrafı regionunda adına böyük bir ticarət mərkəzi, yaranmış - Opavanın ticarət sahələrində, anbar, həmçinin tacirlərin sex və evləri yarandı.
Ottava
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Mequmi Oqava
Mequmi Oqava (18 mart 1980, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Miçihiro Ozava
Miçihiro Ozava (d. 25 dekabr 1932) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 36 oyun keçirib.
Ottava adaları
Ottava adası (ing. Ottawa Islands, inuit: Arviliit) — Hudzon körfəzinin şərq hissəsində yaşayan bir qrup insansız ada. Unqava yarımadasının sahillərində yerləşir. İnzibati cəhətdən Ottava adaları, bütün digər Hudzon körfəzi adaları kimi, Kanadanın Nunavut ərazisinə aiddir. Arxipelaqın ən yüksək nöqtəsi Gilmur adasında yerləşir və dəniz səviyyəsindən 550 m yüksəklikdədir. 24 kiçik adacıqdan ibarətdir, bunlardan ən əhəmiyyətliləri: Bronson adası - 5 km², But adası - 5 km², Qilmour adası - 84 km², Perley adası - 45 km², Petti adası - 12 km², Eddi adası - 12 km². Ottava adaları, eləcə də qonşu Belçer adaları adi qaqanın yerli yarımnövləri üçün qida bazası rolunu oynayır.
Ottava şəhəri
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Şiho Oqava
Şiho Oqava (d. 26 dekabr 1988) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ryuho Okava
Ryuho Okava (大川 隆法, Okava Ryuho, 7 iyul 1956, Kavaşima[d], Oe rayonu[d], Tokuşima prefekturası – 2 mart 2023, Minato, Tokio) – Yaponiya dini və siyasi lideri. "Xoşbəxt elm" kultunun lideri və CEO-su olmuşdur. O, iddia edirdi ki, istənilən yaşayan və ölü şəxsin ruhunu çağırmaq bacarığına malikdir. Okava 1956-cı ildə doğulmuşdur. O, Tokio Universitetindən məzun olmuşdur. Kultunu qurmazdan öncə bir neçə şirkətdə işləmişdir. 1986-cı ildə ruhlarla danışdığını iddia edərək "Xoşbəxt elm" kultunu qurmuşdur. Onun iddiasına əsasən ruhlar ona missiyasının "bəşəriyyəti xoşbəxtliyə aparmaq olduğunu" demişdirlər. Kult onun ruhlarla danışmaq bacarığına, ruh reinkarnasiyasına və qlobal utopiyanın inşasına inanmışdır. Kult iddia edir ki, onların 110-dan çox ölkədə üzvü var.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Şumey Okava
Şumey Okava (大川 周明, Okava Şumey, 6 dekabr 1886, Sakata[d], Yamaqata prefekturası – 24 dekabr 1957, Tokio[d]) – Yaponiya milliyətçisi, aktivisti, panasiyanist yazıçısı. Yaponiyada bir sıra milliyətçi təşkilatlar yaratmışdır. O, müttəfiqlər tərəfindən "yapon Gebbels" adlandırılmışdır. == İlk illəri == 1886-cı ildə Yaponiyanın Yamaqata prefekturasında tanınmış həkim ailəsində doğulmuşdur. Kumamotoda yerləşən Beşinci liseydə təhsil almışdır. Lisey illəri zamanı xristianlıqla yaxından maraqlansa da, özü heç vaxt xristian olmamışdır. Okava Tokio Universitetində Qərb dünyasının dinləri üzrə təhsil almışdır. Universitet illərində Seyiçi Hatano və Cunciro Takakusu kimi professorlardan dərslər almış, Fridrix Şleyermaxerin yazılarından təsirlənmiş, hind fəlsəfəsi ilə maraqlanmışdır. 1911-ci ildə universitetdən məzun olduqdan sonra Tokioda qalaraq ordu üçün tərcüməçi kimi işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == Okava Henri Kottonun "Yeni Hindistan" (1885) əsəri ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlamışdır.
Böyük Tava
Böyük Tava — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır (şərqində Koltiş adaları, cənubunda isə Tavaaltı adası). Pirallahından cənub-şərqdə yerləşir. Adanın uzunluğu 550 m, eni isə 180 m təşkil edir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Kiçik Tava
Kiçik Tava — Xəzər dənizinin Azərbaycana məxsus məhəlli sularında yerləşən kiçik ada. Dəniz səviyyəsindən −28 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Ada iki hissədən ibarətdir. Bu torpaq parçaları dayazlıqlarla bir-birinə birləşir. Çilov ilə Pirallahı adası arasında yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Tava (ada)
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava (dəqiqləşdirmə)
Tava (məişət əşyası) — məişət əşyası. Tava (ada) — ada. Tava əti — yemək resepti. Tava kababı — yemək resepti.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi. Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Tava adası
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Tava kosi
Tava Kosi (alban. Tavë kosi) Albaniyada olan milli yemək. Albaniyanın Elbasan şəhərində daha çox məşhurdur. Yeməyin tarixi haqqında Albaniyada belə bir əhvalat danışırlar ki, 1452-ci ildə Osmanlı sultanı II Mehmed Albaniyanın Kruya şəhərini mühasirəyə almağa gəlir. Osmanlı sultanı Kruya yaxınlığında düşərgə qurur. Burada yerli alban aşpaz köhnəlmiş qoyun ətini ədviyyatlar qataraq keçi südundən alınmış qatıqda bişirərək sultana verir. Alban aşpazın köhnə qoyun ətinin iyini itirmək üçun qatıq və ədviyyat əlavə etməklə hazırladığı bu yemək sultanın çox xoşuna gəlir. Sonralar sultanın düşərgə saldığı yerdə Elbasan şəhəri yaranır və alban aşpazın hazırladığı bu yemək isə "Elbasan güvəci" adını alır. Kruyer şəhərinin mühasirəsini bitirdikdən sorna sultan geri döndukdə bu yemək Osmanlı imperiyasının digər ərazilərindədə yayılır. Tava Kosininin tərkibində qoyun əti, düyü , qatıq və yumurta olur.
Tava əti
Qoyun əti – 220q. Ərinmiş yağ – 30q. Baş soğan – 40q. Kartof – 100q. Badımcan – 60q. Qabaq (balqabaq) – 50q. Pomidor – 50q. Xiyar – 30q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Jonava
Yonava — Litvanın ikinci ən böyük şəhəri. == Adı == Şəhərin adı Litva mənşəli şəxs adındandır. == İdman == ==== Futbol ==== Yonava FK futbol klubu.
Kotavan