Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Tərkibi == su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
İrina Madziy
İrina Madziy (ukr. Ирина Богданівна Мадзій; 12 mart 1970, Kostanay vilayəti – 11 aprel 2021, Borşçiv[d], Ternopil vilayəti) — Ukrayna jurnalisti. == Həyatı == İrina Madziy 12 mart 1970-ci ildə Qostanay vilayətində anadan olmuşdur. İvan Franko adına Lvov Milli Universitetinin jurnalistika fakültəsini bitirib. 2007-ci ildən 2021-ci ildə vəfat edənə qədər Ukrayna Jurnalistlər Birliyinin üzvü idi. 11 aprel 2021-ci ildə Ukraynanın Borşçiv şəhərində vəfat etdi.
Gənclik parkı
Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər. Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür. Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.
Kelvinqrov parkı
Kelvinqrov parkı (ing. Kelvingrove Park) — Qlazqonun qərbi hissəsində, Kelvin çayının üstündə yerləşən, 34 hektar sahəsi olan park. Parkda Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir. == Tarixi == Park ingilis bağban Ser Cosef Pakston tərəfindən 1852-ci ildə "Vest End parkı" kimi yaradılmışdır. Qlazqo şəhər bələdiyyəsi əvvəllər Kelvinqrov və Vudlends məhəllələrini təmsil edən torpaqları, o vaxt £99,569 məbləğində satın almışdı. Park şəhərin qərb tərəfinin davamlı genişləndirilməsi, istirahət və şəhər mərkəzinin sürətlə xarabaya dönməsindən qurtarmaq üçün nəzərdə tutulmuşdur. === Böyük Sərgilər === Parkda 1888 Beynəlxalq Sərgi, 1901 Beynəlxalq Sərgi və 1911 Şotlandiya Sərgisi keçirilmişdir. Beynəlxalq sərgilər üçün parkda böyük və əzəmətli binalar, o cümlədən hind pavilyonu və rus restoran binası inşa olunmuşdur. == Coğrafi yerləşməsi və xüsusiyyətləri == Qlazqonun Vest Endində yerləşən parkın ölçüsü 34 hektardır. Heyvanlar üçün sığınacaq olan parkdan Kelvin çayı keçir.
Kolonist parkı
Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır. == Tarix == Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı. Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı. Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi. == Çariçin pavilyonu == Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 1842—1844-cü illərdə tikilmişdir.
Kəmal parkı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Lüdviqshafen parkı
Lüdviqshafen parkı — Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mədəni istirahət parkı. Park Sumqayıt şəhəri ilə qardaşlaşmış Lüdviqshafen (Almaniya) şəhəri şərəfinə salınmışdır. Onu da qeyd etmək lazımdır ki, Lüdviqshafen şəhərində də Sumqayıt adlı park vardır. Lüdviqshafen parkı şəhər sakinləri arasında Alman parkı adlandırılır. Parkın əsas girişi Bababəyli küçəsinə baxır. == Tarixi == Park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibətilə salınmışdır. 2005-ci ildən etibarən Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qivami Əsgərovun şəxsi vəsaiti hesabına parkda yenidənqurma və abadlıq işləri aparılmışdır. Bununla belə bilinməyən səbəblərdən tikinti işləri tam başa çatdırılmamışdı. Bir müddət sonra isə parkın bir hissəsi baxımsızlıqdan yarasız vəziyyətə düşmüşdür. Parkın bir hissəsində isə kafe və kiçik ticarət obyektləri mövcud idi.
Mansfild parkı
Mansfild parkı — Ceyn Ostinin üçüncü yazdığı romanı. 1814-cü ildə nəşr edilmişdir. Romanda əvvəllər diqqətçəkməyən, özünəqapanmış bir qız olan Fanni Praysın əsl qəhrəmana çevrilməsi və bu müddət ərzində özünü Bertram ailəsinə qəbul etdirmək üçün apardığı mübarizədən bəhs edilir. Roman ilk dəfə Tomas Eqerton tərəfindən nəşr edilib. İkinci nəşri isə 1816-cı ildə Con Mörrey tərəfindən olunmuşdur. Kitab ilk dəfə nəşr edildikdə tənqidçilər tərəfindən heç bir diqqət almadı, ilk dəfə 1821-ci ildə kitab haqqında ilk tənqidi mövqe bildirildi. 20-ci illərdən sonra isə tənqidçilərin mövqeyi mübahisəli olmağa başladı. 21-ci əsrdə fəaliyyət göstərən yazıçı Paula Birne bu əsəri Ceyn Ostinin ən gözəl romanlarında biri adlandırdı. Lakin Mansfild parkı romanında Britaniyada köləlik haqqında qısa məlumat veridlyi üçün Ostinin ən mübahisəli əsərlərindən biri hesab olunur. Romanın iki ədəd film versiyası var: Birinci versiyası 1999-cu ildə, ikinci versiyası isə 2007-ci ildə çəkilmişdir.
Məclis parkı
Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur. == Tarixçə == Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.
Məşrutə parkı
Məşrutə parkı — Təbrizdə Məşrutə bulvarında Mərkəzi Sərnişin Terminalının yanında yerləşən park. Məşrutə inqilabının şərəfinə adlandırılan bu parkda Səttar xanın heykəli qoyulub. == Haqqında == Təbrizdə yerləşən Məşrutə parkı 2009-cu ildə istifadəyə verilib. Park Məşrutə bulvarında Təbriz Mərkəzi Sərnişin Terminalının yanında yerləşir. Park Məşrutə inqilabına həsr olunduğu üçün burada Səttar xana heykəl qoyulub. Burada yaşıllıq salınıb və insanların istirahəti üçün şərait yaradılıb.
Nizami parkı
Nizami adına Mədəniyyət və İstirahət parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb.
Nişirokuqo parkı
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen) kimi tanınır. == Xüsusiyyətlər == Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir. Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir. Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir.
Pleystosen parkı
Pleystosen parkı (rus. Плейстоценовый парк) — Saxanın şimal-şərqində, Kolıma çayının aşağı axarlarında, Şimal Buzlu okeandan 150 km cənubda yerləşən yasaqlıq. Yasaqlıq Çerski qəsəbəsindən 30 km cənubdadır. Pleystosen parkının yaradıcısı və elmi rəhbəri rusiya ekoloqu Sergey Afanasev Zimovdur. == Ümumi məlumat == Park ərazisində pleystosen epoxasının "mamont tundra çölləri" ekosisteminin yaradılması eksperementi həyata keçirilir. Bu ekosistem sonuncu buzlaşma zamanı Şimal yarımkürəsiniin böyük hissəsini əhatə etmişdir. Ehtimal olunur ki, mamont tundra çölləri on dəfə mövcud meşə tundra və bataqlıq-tundra biotalarından məhsuldar idi. Böyük ot yeyən heyvanların təxminən 10000–12000 il əvvəl məhvindən sonra (mamont, tüklü gərgədan, böyük buynuzlu maral və s.) ekosistem deqradasiyaya məruz qalaraq və müasir duruma gəlib çatmışdır. Alimlərin fikirlərinə görə bu məhv olmanın əsas və həll edci səbəbi yuxarı paleolit ovçuluğu idi. Pleystosen parkı ideyasının əsasında meqafaunadan saxlanılmış adventiv növlərin hesabına mamont tundra çölünə xarakterik torpaq və landşaftın formalaşdırılması durur.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümum-Rusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir. 2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. == Tarixçəsi == Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir.
Quel parkı
Quel parkı (isp. Parque Güell) —1900–1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17–18 hektardır. == Yaranma tarixi == Park Eusebi Quel tərəfindən o dövrdə İngiltərədə dəbdə olan şəhər-bağ şəhərsalma konsepsiyası üslubunda yaşıl bir yaşayış sahəsi kimi düşünülmüşdür. Buna görə də parkın adındakı katalon dilindəki "Parc" sözü ingilis dilinin yazılışına uyğun olaraq "Park" kimi yazılmışdır. Layihəsini həyata keçirmək üçün 1901-ci ildə Quel şəxsi malikanələrin tikintisi üçün nəzərdə tutulan və 62 hissəyə bölünmüş 15 hektar torpaq sahəsi almışdır. Bütün torpaq sahələri satışa çıxarılmış, lakin yalnız ikisi satılmışdır: şəhər mərkəzindən uzaqda yerləşən boş ərazi Barselona sakinlərini özünə cəlb etməmişdir.
Qəhrəmanlar parkı
Qəhrəmanlar parkı — Horadiz şəhərində park. == Tarixi == Park 2014-cü ildə salınıb. == Görünüşü == Parkın daxilində daşdan lövhə vardır. Bu Lövhədə Füzuli rayonu şəhidləri və altı Füzuli rayonu Milli Qəhrəmanın adı vardır. Park şam ağacları ilə örtülüdür. == Milli Qəhrəmanlar == Parkda altı Füzuli rayonu Milli Qəhrəmanlarının adları vardır. Bunlar, Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Bəşir Kərimov, Seymur Məmmədov, Faiq Rəfiyev və Elxan Zülfüqarovdur.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sofiyevka parkı
Sofiyevka parkı (ukr. Софіївка) — Ukraynanın Çerkassi vilayətinin Uman şəhərində yerləşən park. == Haqqında == Sahəsi 179, 2 ha olan bu park Uman şəhərinin şimal hissəsində, Çerkassi vilayəti (Mərkəzi Ukrayna), Kamianka çayı yaxınlığında yerləşir. Parkın bəzi əraziləri ingilis parkını xatırladır. Bu gün park hər il onu ziyarət edən 500 min ziyarətçinin məşhur əyləncə yeridir. Sofiyevka XIX əsrin əvvəllərində dünya bağçılıq dizaynının landşaft tərzidir. Park Veymutov şamı, tülpan ağacı, çinar ağacı, ikidilim ginkqo və digərləri olmaqla 2000-dən çox növ ağac və kola (yerli və ekzotik) məxsusdur. Parkın direktoru 1980-ci ildən Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru İvan Koşenkodur. 1985-ci ildə park "2259 nömrəli kiçik planet Sofiyivka" adlandırılmışdır. == Park problemləri == Parkın əsas problemlərindən biri onun ziyarətçilər tərəfindən ərazisinin çirkləndirilməsidir.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Tranquiliti parkı
Tranquility Park (ing. Sakitlik parkı) - Texas ştatının Hyuston şəhərinin mərkəzində yerləşən parkdır. İlk dəfə bu park 1979-cu ilin yayında açılmışdır. Park adını Sakitlik çayından götürmüşdür.
Ulduz Parkı
Ulduz Parkı — Ulduz Qoruğu olaraq da bilinir, İstanbulun, Beşiktaş rayonunda yer alan tarixi park. Balmumcuda Ortaköyə uzanan Şkiv prospektinin şimal və şərq sərhədini, Ortaköy Beşiktaşa uzanan Çırağan prospektinin cənub sərhədini təşkil edir. Biri Şkiv prospektinə, digəri də Çırağan prospektinə iki ayrı qapısı olan Ulduz Parkının içində Malta köşkü və Çadır köşkü adı altında iki köşk vardır. Osmanlı dövründə, xüsusilə 1600-cü illərin əvvəllərində ön plana çıxmağa başlamışdı. O zamanlar Kazancıoğlu Bağçası adını daşıyan və bu ailənin mülkü olan torpaqlar padşah IV Murad tərəfindən satın alınaraq qızı Qaya Sultana hədiyyə edilmişdir. Lalə Dövrü dövründə bəzəmə zövqünə söykənən təşkil edilən çırağan aləmləri zamanı müxtəlif əyləncələrə məkan olmuşdur. Divarın dəniz tərəfindəki közülük və içindəki Çadır və Malta Köşkləri isə İstanbul Bələdiyyəsinə verildi. Əvvəl Çırağan Sarayının arxa bağçası, sonra da 1877-ci ildə etibarən genişləndirilməsinə başlanan Ulduz Sarayının çöl hissəsi olan yaşıllıq, 1940-cı ildən sonra Ulduzz Parkı olaraq adlandırıldı. 1925-ci ildə bir İtalyan iş adamın verilən və bir kazino olaraq istifadə Şəalə köşkü, Atatürkün müdaxiləsilə həmin iş adamından alınmışdır. 1930-cu illərdə üç yerə bölünərək, təpə qisimindəki strukturlar Hərb Akademiyasına verildi (1978-ci ildə Mədəniyyət Nazirliyinə buraxıldı), divarın arxasında şimal istiqamətində olan Şale köşkü Türkiyə Böyük Millət Məclisinə verildi.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Xaqani parkı
Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park. == Haqqında == Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir. 1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi.