Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Papio
Pavianlar (lat. Papio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinə aid heyvan cinsi.
Papı
Papı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Papı kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur.
Andrey Panin
Andrey Panin — Rusiyanın tanınmış teatr və kino aktyoru. == Haqqında == Andrey Vladimiroviç Panin 28 may 1962-ci ildə Rusiyanın Novosibirsk şəhərində anadan olub. == Filmoqrafiya == Morfi (film, 2008) / rus.
Deni Papen
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Pepin gölü
Pepin gölü (ing. Lake Pepin) — ABŞ-nin Minnesota və Viskonsin ştatlarında və Missisipi çayının ən geniş yerində yerləşən təbii göl. Gölün yaranması dənizlə əlaqəli olmayıb, Missisipi çayına qovuşan Çippeva çayının gətirdiyi məhsulların Rids Lendinq yaxınlığında yığılması səbəb olmuşdur. Gölün Viskonsinə aid hissəsinin şimalında Baysiti şəhəri, cənubunda Pepin şəhəri yerləşir. Gölün Minnesota tərəfində isə Frontenak Ştat Parkı yerləşmişdir. Gölün sahilində ən böyük şəhər Leyk Sitidir (Minnesota). Gölün üzərində Leyk Sitidə olan Leyk Siti və Hansen Harbor və Pepində olan Dans Pepin adlı 3 yaxt limanı mövcuddur. Yayda bura gələn turistlər yaxt sürürlər. Qışda isə göl tamamilə donmuş vəziyyətdə olur. Göllə bağlı ilk məlumatlar Byuharnoys qəsri ilə bağlıdır.
Pyotr Panin
Qraf Pyotr İvanoviç Panin (rus. Пётр Ива́нович Па́нин; 1721[…], Vyazovna[d], Kaluqa vilayəti[d] – 15 (26) aprel 1789, Moskva) — Rusiya hərbi xadimi, baş general və senator. O, Paninlər ailəsindən idi və Nikita Paninin qardaşı olmuşdur. O, Yeddiillik müharibədə şöhrətə bürünmüş, Osmanlıya qarşı müharibədə isə Benderi qalasını ələ keçirmişdir. Panin sonra Puqaçov üsyanının yatırılmasına və Yemelyan Puqaçovun özünün tutulmasına əmr vermişdir. Hərbi xidmətə 1736-cı ildə Can Mühafizəsi İzmailovski alayında əsgər kimi başlamış, elə həmin il zabit rütbəsi almış və Krım tatarlarına qarşı fəaliyyət göstərən orduya göndərilmişdir. Onunla birlikdə Perekop və Bağçasarayın tutulmasında iştirak etmiş, sonra isveçlilərə qarşı yürüş edən feldmarşal Lassinin komandanlığı altında xidmət etmişdir. O, Yeddiillik müharibənin əvvəlində artıq general-mayor idi. O, xüsusilə Qros-Yaqersdorf və Zorndorf döyüşlərində fərqlənirdi. O, 29 avqust 1757-ci ildə "Müqəddəs Aleksandr Nevski" ordeni ilə təltif edilmişdir.
Rapin itburnusu
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.
Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Van Yapin
Kapitan Van Yapin — 27 yanvar 1980-ci ildə Çində doğulmuşdur. Çin hərbi pilotu və astronavtdır. Van ÇMKA tərəfindən ikinci çinli qadın kosmonavt və kosmosda ikinci çinli qadın kimi tanınmışdır. Van Xalq Qurtuluş Ordusu Hava Qüvvələrinində kapitanı idi. 2012-ci ildə Şenzanhau 9 məkan missiyasının namizədi idi. Lakin Liu Yang ilk Çinli qadın kosmik səyyahının tarixi missiyası üçün seçildi. Van ikinci Çinli qadın kosmonavt oldu, Shenzanhau 10 uzay gəmisinə ekipaj üzvü oldu, 2013-cü ilin iyun ayında yerini orbitə çıxardı və tıxanmış Tiangong-1 orbitə gedən kosmik stansiyası olmuşdur. Ekipajın ilk üzvü aprel ayında açıqlanarkən, ekipajın qalan hissəsi iyun ayında elan edildi. Van Yapin Vostok 6-cı ildönümünün 50-ci ildönümündə bir qadın, Valentina Tereskova tərəfindən ilk kosmik uçuşa sahib olan iki qadından biri idi. 16 iyun 2013-cü ildə məkandakı digər qadın, Beynəlxalq Kosmik Stansiyaya gedən Amerikalı kosmonavt Karen Niyberq idi.
Xuan Papiç
Xuan Papiç (22 dekabr 1970) — Çilini təmsil edən stolüstü tennisçi. Xuan Papiç Çilini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Papi Dossous
Sara Papi
Sara Papi (5 avqust 1980) — İtaliyanı təmsil edən bədii gimnast. Sara Papi İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Frans von Papen
Frans von Papen (29 oktyabr 1879[…], Verl, Prussiya, Almaniya imperiyası – 2 may 1969[…]; alm. Franz von Papen‎) — Alman dövlət və siyasət xadimi, diplomat. == Həyatı == Frans von Papen 1879-cu il dekabrın 29-da Vestfaliyada Verl şəhərində qədim alman cəngavər ailəsindən olan iri torpaq sahibinin ailəsində anadan olmuşdur. Dininə görə - katolikdir. Birinci Dünya Müharibəsindən əvvəl Baş Qərargahın zabiti olub. 1913-1915-ci illərdə ABŞ-da hərbi attaşe olub, oradan casusluq və təxribat fəaliyyətinə görə qovulub. Bundan sonra ilk olaraq Qərb Cəbhəsində xidmət etdi. 1916-cı ildə o, Almaniya hökuməti ilə İrlandiya respublikaçı üsyançıları arasında Britaniya ordusuna qarşı istifadə etdikləri silahların tədarükündə vasitəçi kimi çıxış edib. Daha sonra 1917-ci ildən Yaxın Şərqdə Baş Qərargah zabiti və Fələstində türk ordusunda mayor rütbəsi ilə xidmət edib. 1918-ci ildə Almaniyaya qayıdıb və polkovnik-leytenant rütbəsi ilə ordudan təqaüdə çıxıb.
O qızı tapın
O qızı tapın — rejissor Həsən Seyidbəylinin filmi. Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır. Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.
Davdan Pain (Xudafərin)
Davdan Pain (fars. داودان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Kədxudalı Pain (Xudafərin)
Kədxudalı Pain (fars. كدخدالوپائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı. 1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı.
Göybulaq-i Pain (Təbriz)
Göybulaq-i Pain (fars. گوي بلاغ پائين‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Kələrəş-i Pain (Salmas)
Kələrəş-i Pain (fars. كله رش پايين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər. yaşayır (53 ailə).
Qaraağac-i Pain (Germi)
Qaraağac-i Pain (fars. قره اغاج پائين‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 738 nəfər yaşayır (168 ailə).
Qışlaq-i Pain (Heris)
Qışlaq-i Pain (fars. قشلاق پايين‎) və ya Aşağı Qışlaq - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (32 ailə).
Appian
İsgəndəriyyəli Appian (q.yun. Ἀππιανός Ἀλεξανδρεύς) (təx. 95, İsgəndəriyyə — 170, Roma) — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. Müxtəlif dövlət vəzifələrində çalışmışdır. Yunanca yazılmış "Roma tarixi"nin müəllifidir. Əsər Eneydən imperator Trayanın hakimiyyətinədək (II əsrin əvvəli) olan dövrü əhatə edirdi. Əsərin əvvəli 6–8 və 11–17-ci kitabları tam şəkildə, 1–5 və 9–10-cu kitabları isə fraqmentar şəkildə dövrümüzədək gəlib çatmışdır. Roma tarixinə aid ən mühüm mənbələrdən biri olan əsərdə qədim Azərbaycan tarixinə aid məlumatlar da var. == Mənbə == AME. I cild. Bakı 2009.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir.
Calın
Caxın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.