Papı
Papı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Papı kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur.