Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Ratt
Ratt — 1983-cü ildə Robb Crosby (gitara) və Stephen Pearcy (vokal) tərəfindən qurulmuş və daha sonra gitarist Warren DeMartini, bas gitarist Juan Croucier və vurma alət ifaçısı Bobby Blotzer'in də iştirakı ilə tam heyət olaraq qrupla eyni adı daşıyan ilk albomlarını çıxarmışdılar. 1984-cü ildə çıxardıqları "Out of the Cellar" albomu ticari olaraq böyük müvəffəqiyyət qazanmış və Billboard siyahısında 7-ci sıraya qədər yüksəlmişdir. 1985-ci ildə çıxan "Invasion of Your Privacy", 1986-cı ildə çıxan "Dancing Undercover" və 1988-ci ildəki "Reach for the Sky" eyni müvəffəqiyyəti davam etdirmiş və Ratt-i konsertlərdə headliner səviyyəsinə çıxarmışdır. Ancaq 1990-cı il tarixli "Detonator", əvvəlki albomlar kimi müvəffəqiyyət əldə etməmiş və sonunda qrup 1992-ci ildə dağılmışdır. Qrup 1997-ci ildə Crosby'siz olaraq təkrar bir araya gəldi və "Collage" və 1999-cu ildə də ikinci "Ratt" albomlarını çıxardı amma çox yaxşı bir müvəffəqiyyət əldə edə bilmədi.
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
RAST (qrup)
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. Tomris Banu Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Rast (dəqiqləşdirmə)
Rast — əsas Azərbaycan muğam dəstgahlarından biri. Rast (balet) — ilk ikipərdəli muğam-balet. RAST (qrup) — Azərbaycanda caz janrında musiqi ifa edən qrup. Rast. Niyazi (film, 2014) — rejissor Nonna Müzəffərovanın sənədli filmi.
Rast Prodakşn
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rauf & Faik
Rauf Faik — Azərbaycan əsilli rus duet əkiz ifaçılar. Əkiz olaraq dünyaya gələn Rauf və Faik Mirzəyev qardaşları 7 iyul 1999-cu ildə Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində anadan olublar. 4 yaşından musiqi öyrənməyə başlayıblar. 2018-ci ildə ikili konsert turu ilə 21 şəhəri gəziblər, 2019-cu ilin aprel ayında isə Rusiya şəhərlərində yeni tur başlayıblar. Qardaşlar 90-cı illərin musiqisi ilə böyüyüblər: R&B, pop, soul, Brian McKnight, Michael Jackson. "Музыка первого" saytındakı profilə görə, Jahseh Dwayne Ricardo Onfroy və Maykl Cekson öz bütləri adlandırırlar. Faikin fikrincə, XXXTentacion onlar üçün çox şey deməkdir və çox ruhlandırıcıdır. "Музыка первого" kanalına görə, Rauf və Faikin səs diapazonu 4 yarım oktavadır.
Rauf Abdullayev
Rauf Canbaxış oğlu Abdullayev (29 oktyabr 1937, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018). Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir. 1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 may 1970 Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 (1985–1987-ci illərdə konsert proqramları üçün) Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976 "İstiqlal" ordeni — 28 oktyabr 2017 "Şərəf" ordeni — 22 oktyabr 2012 "Şöhrət" ordeni — 6 dekabr 1997 "Xalqlar dostluğu" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 7 iyul 1967, 24 fevral 1979 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018 I dərəcəli "Əmək" ordeni — 28 oktyabr 2022-ci il "Heydər Əliyev" mükafatı — 10 may 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (7 fevral 2024) Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.
Rauf Adıgözəlov
Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar. Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etdi. Təhsilini daha da mükəmməlləşdirmək üçün Rauf, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasını da bitirdi. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışdı.
Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri. Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib. Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü.
Rauf Atakişiyev
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Rauf Avşarov
Rauf Muxtar oğlu Avşarov (Avşar) (17 aprel 1952, Kirovabad, Gəncə vilayəti) — "Rauf Avşar" Kukla Teatrının rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Artisti (2006) Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncə şəhərində Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Orta təhsilini öncə Gəncə şəhərində, sonra isə Bakı şəhərində alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitunu müəllim ixtisası üzrə bitirib. Bir müddət Sumqayıt şəhərindəki orta məktəblərin birində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. 1981-ci ildə Estoniyaya köçərək orada öz müəllimlik fəaliyyətini davam etdirib. 1992-ci ildə Estoniyanın Tallinn şəhərində kukla teatrı rejissorluğu üzrə kursu bitirib. 1996-cı ildə "Rauf Avşar" Kukla Teatrını yaradıb. Teatrın repertuarında daha çox italyan, bolqar, rus və Azərbaycan xalq nağılları əsasında səhnələşdirilmiş əsərlər yer tutur. Teatr təsis olunduğu tarixdən bu günə qədər 25 əsəri səhnələşdirib. Səhnələşilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ edilir.
Rauf Babaxanov
Rauf Əliməmməd oğlu Babaxanov (Carçıyev) (21 dekabr 1929, Bakı – 4 may 1992, Bakı) — kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980). Rauf Babaxanov 24 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. Ali təhsilini 1953-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Rauf Babaxanov Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957–1959), daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. O, 1959–1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1965–1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1969–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri olub. 1969–1973-cü illərdə Əczaçılıq fakültəsinin dekanı vəzifəsini icra edib. Rauf Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinivə 1967-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Rauf Babayev
Rauf Yusuf (Yusif) oğlu Babayev (30 dekabr 1937, Gümrü – 27 mart 2020, Bakı) — Azərbaycan müğənnisi (tenor), Azərbaycan Respublikasının xalq artisti (2006). Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır. 1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir. Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir. Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmişdir. İkinci fəxri xiyabanda dəfn olunmuşdur.
Rauf Bayramov
Rauf Abdulla oğlu Bayramov (31 dekabr 1941, Bakı – 9 mart 2007, Bakı) — görkəmli riyaziyyatçı-alim, azərbaycanda müasir cəbr elminin banisidir.[mənbə göstərin] Azərbaycanda və ölkə hüdudlarından kənarda bir riyaziyyatçı, cəbr üzrə mütəxəssis kimi tanınmış alim Bayramov Rauf Abdulla oğlu 31 dekabr 1941-ci ildə Bakıda görkəmli ziyalı ailəsində anadan olmuşdur. Onun atası Abdulla Bayramov Səlim oğlu 50-ci illərdə Azərbaycan KPMK-nın ikinci katibi, ideoloji işlər üzrə katib, sonralar mədəniyyət naziri işləmişdir. O, olduqca saf, vətənə sədaqətli bir şəxsiyyət idi. Rauf Bayramovun anası Tahirə Tahirova Əkbər qızı - tanınmış dövlət xadimi, uzun illər xarici işlər naziri vəzifəsini daşımış, ilk azərbaycanlı qadın peşəkar diplomat olmuşdur. Valideynləri dövlət işləriylə hədsiz dərəcədə məşğul olduqlarından, Rauf Bayramovun tərbiyəsinə ana tərəfdən baba və nənəsi himayədarlıq ediblər. Baba və nənə isə, öz növbələrində hələ 20-ci illərin əvvəllərində millətin mədəni-maarif işlərində çalışan tanınmış maarifçi pedaqoqlar olublar. Rauf Bayramov Bakının 160 nömrəli məktəbində təhsil almış, bu məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Unversiteti bitirəndən sonra o, Novosibirsk şəhərinə getmiş və orada SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Bakıya qayıtdıqdan sonra Rauf Bayramov əvvəllər Kibernetika İnstitutunda işləyir, sonra isə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna (indiki AMEA Riyaziyyat və Mexanika İnstitutuna işə keçir. Burada o, kiçik elmi işçi vəzifəsindən laboratoriya rəhbərinə kimi, daha sonra isə “Cəbr, məntiq və topologiya” şöbəsinin (indiki “Cəbr və riyazi məntiq” şöbəsi) müdiri vəzifəsinə qədər yüksəlir.
Rauf Cabbarov
Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır. 1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub. İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır. Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir. Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır. 1960-cı ildən lampa zavodunda operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.
Rauf Cahangirov
Rauf Dadaşov
Rauf Məmmədağa oğlu Dadaşov (4 noyabr 1944 – 9 fevral 2020) — Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008). Rauf Dadaşov 4 noyabr 1944-cü ildə doğulmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində 4 il oxumuş, 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursu bitirmişdir. 1970-ci ildən «Azərbaycanfilm»də, 1990-cı ildən başlayaraq, «Azanfilm» studiyasında rejissor-rəssam-animasiyaçı işləyib. "Əndazədən çıxanlar" (1988) animasiya filmindəki eyni adlı novella onun quruluşçu rejissor kimi ilk işidir. 9 fevral 2020-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Aktrisa Kübra Dadaşovanın qardaşıdır.
Rauf Denktaş
Rauf Denktaş (27 yanvar 1924, Pafos, Pafos rayonu[d] – 13 yanvar 2012[…], Şimali Nikosiya) — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti. 1.5 yaşı olarkən anasını itirib. Atası Mehmet Raif bəydir. Nənə və babası tərəfindən böyüdülərək 1930-cu ildə təhsil üçün İstanbula göndərildi. Arnavutköydə yerləşən ibtidai sinifdən orta məktəbə qədər təhsil verən Fevzi Ati internat məktəbində oxumağa başlayır. Orta məktəbi bitirdikdən sonra Kiprə geri dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazıl Küçüyün ''"Halkın Sesi"'' qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə Lincolns İnn-də hüquq təhsili almaq üçün Birləşmiş Krallığa getdi. 1947-ci ildə adaya geri dönüb hüquqşünaslığa başladı.
Rauf Gülməmmədov
Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı. Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür. Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur. Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır. Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.
Rauf Hacıyev
Rauf Soltan oğlu Hacıyev (15 may 1922, Bakı – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
Rauf Hüseynli
Rauf Hüseynli (25 yanvar 2000, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və 21 yaşadək Azərbaycan milli futbol komandasının müdafiəçisi. Rauf Hüseynli 1 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir.
Rayt qardaşları
Uilber və Orvill Rayt qardaşları (ing. Wilbur Wright (1867–1912) və ing. Orville Wright (1871–1948)) — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar. Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi. Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. Onların külək tuneli təcrübələri, səmərəli qanad və pərvanələrin istehsalında digər aviasiya qabaqcıllarından daha məhsuldar oldu. 22 may 1906-cı ildə onlar təyyarə səthlərindən istifadə etməklə həyata keçirilən aerodinamik idarəetmə sisteminin ixtirası üçün 821,393 saylı ABŞ patentini aldılar.